Ölkə futbolu
Qurban Qurbanov: “Üstünlük bir az rəqib tərəfdədir”
"Bizim üçün vacib qarşılaşmadır. Çox intizamlı rəqibə qarşı oynayacağıq”.
Futbolxeber.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov sabah UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Polşa “Rakuv”una qarşı keçiriləcək matçdan öncə təşkil olunan mətbuat konfransında deyib.
Mütəxəssis uğur qazanmaq üçün çox əziyyət çəkməli olduqlarını bildirib: “Üstünlük bir az rəqib tərəfdədir. Amma matça pis hazırlaşmadıq. Rəqibi tam yaxından tanıyırıq. Sabah yaxşı nəticə üçün meydanda çox əziyyət çəkməliyik. Polşa çempionuna qarşı bir an belə oyundan qopmaq olmaz”.
Qurbanov futbolçularının matça məsuliyyətlə hazırlaşdıqlarını qeyd edib: “Rəqibi analiz etmişik. Futbolçularla söhbətimiz olub. Çalışacağıq ki, sabah ən yaxşı oyunlarımızdan birini sərgiləyək. Buna ehtiyac var. Hər bir futbolçu oyuna məsuliyyətli hazırlaşıb”.
“Qarabağ”ın çalışdırıcısı Şahruddin Məhəmmədəliyevin buraxdığı səhvlərə görə azarkeşlər tərəfindən ciddi tənqid edilməsindən xəbərdar olduğunu deyib. O, qapıçının sabah meydana çıxmaq şansının yüksək olduğunu söyləyib: “Yazılanlardan məlumatım var. Amma bu, kollektiv oyundur. Start heyəti sabah bilinəcək. Şahruddinin oynamaq şansı çoxdur. Fikrimiz, diqqətimiz oyunda, rəqibdə olmalıdır. Biz oyundan kənara çıxmamalıyıq. Başımızı aşağı salıb, işimizi görməliyik. Hər bir futbolçumuz çalışmalıdır ki, bu oyunda səhvlərdən uzaq olsun. Eləcə də, qapıçılarımız”.
Təcrübəli mütəxəssis ilk görüşdən sonra rəqibi daha yaxşı tanıdıqlarını bildirib: “Nə düşünürdüksə, onları da gördük. Hətta komandanın ciddi, daha da yaxşı səviyyədə olduğunu gördük. Bakıdakı oyunda Polşadakı matçdan tam fərqli olmalıyıq. Xüsusən də, bir saniyə belə oyundan qopmalı deyilik. Bizim hamımız üçün maraqlı rəqibdir. “Rakuv”a hörmətlə yanaşırıq. Hər bir komandanı təkcə öz oyun üslubunu yox, klubun iş prinsipi ilə yaxından maraqlanıram. Qısa müddətdə uğurlara imza atıblar, ildən-ilə keyfiyyətli iş qurub, nəticələr əldə ediblər. Ötən mövsüm çempion olublar. Bu komandanın tam ciddi olduğunu daha da anladım. Polşada da demişdim ki, "Rakuv"a simpatiyam oyandı. Rəqib oynadığı sistemi, fəlsəfəni çox yaxşı yerinə yetirir. Hamı düşünür ki, bu sistemdə oynayanlar müdafiəyə önəm verir. Qətiyyən belə deyil. "Rakuv"a uğurlar arzulayıram. Bu, idmandır. Amma sabah Polşadadakından daha ciddi olmalıyıq. Olacağıq da”.
“Qarabağ”ın çalışdırıcısı "Rakuv"un sabiq baş məşqçisi Papşun mərhələ adlamaq şanslarının yüksək olması barədə səsləndirdiyi fikrə belə münasibət bildirib: “Bu komandanın sistemində yaxşı iş qurulub. Bu gün görünən budur ki, "Rakuv" elə formalaşıb ki, hansısa məşqçi getsə də, iş prinsipləri, sistemləri qalacaq. Sadəcə onu icra edənlər, hansı səviyyədə edəcək, fərqli sualdır. Onlara qarşı qışda da yoldaşlıq görüşü oynamışdıq. Deməmişdim ki, dəyişiklik var. Əksinə, indi komandada inam var, daha yaxşı bir-birini inanırlar. Təcrübələri də artıb. Baş məşqçisi futbolun içində böyüyüb, yaş olaraq çox deyil. Amma işində məsuliyyətlidir, işlərini yaxşı icra edirlər. "Rakuv" təkcə müdafiədə yox, hər yerdə yaxşı müdafiə oluna bilir. Desəm ki, zəif tərəfləri var, düzgün çıxmaz. Amma bu komandaya qol vurmaq üçün daha aktiv olmalıyıq. Çünki çox yaxşı müdafiə bacarığı və hücum potensialı olan komandadır”.
Qurban Qurbanov Juninyonun sabah meydana çıxmaq şansının olduğunu deyib: “Juninyonun vəziyyəti normaldır. Bu həftə komanda ilə məşqlərdə iştirak edib”.
Təcrübəli məşqçi qeyd edib ki, uğur qazanmaq üçün sabah komandası bir an belə konsentrasiyanı itirməməlidir: “Əgər qalib gəlmək istəyirsənsə, öz oyununu oynamaq istəyirsənsə, rəqibə imkan verməməlisən. İlk növbədə "Rakuv"a imkan verməməliyik ki, oyunlarını qursun. Digər tərəfdən oyunçularım fərdi ustalığı ola bilər ki, yaxşı nəticə etmək üçün vacib olsun. Amma hər bir halda, öz oyunumuzdan, prinsiplərimizdən əl çəkməyəcəyik. Çünki bu günə qədər əldə olunan nəticələr bu prinsiplərə görə olub. Amma 90 dəqiqə və ya artıq biz oyundan çıxmalı deyilik. Futbolçularımın bütün konsentrasiyası oyuna olmalıdır”.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Azərbaycan kubokunda yeni rekord
- Asif Məmmədovdan 18 ilin rekordu
- "Sumqayıt"ın qələbə həsrəti bitdi
- “İmişli”də baş məşqçi istefası
- Kurban Berdiyev: “Bu sualı niyə mənə verirsiniz?”
- Maksimov məğlubiyyəti şərh etdi
-
21:55
Zirədə 3 qol vuruldu VİDEO
-
21:37
Sadıqov: "Önəmli 3 xal qazandıq"
-
21:14
Yeton Bekiri: “Zamanımız var"
-
20:28
“Zirə” “Qəbələ”yə qalib gəldi
-
16:06
"Kəpəz" milli fasilə zamanı yoxlama oyunu keçirəcək
-
15:43
Cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı keçiriləcək
-
15:12
U-21 millimizin heyəti açıqlandı
-
14:51
Danimarkalı vinger “Arsenal” və PSJ-nin hədəfində
-
13:39
Tofiq Əliyev dünya çempionatının gümüş mükafatçısı olub
-
13:25
Emin Mahmudov: “O qol heç vaxt yaddan çıxmayacaq"
-
13:00
Azərbaycanın batut gimnastları dünya çempionatında gümüş medal qazanıblar
-
12:48
NTD-dən növbəti transfer
-
12:24
Prezident İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib FOTOLENT
-
11:56
“Yuventus” 19 yaşlı hücumçu ilə maraqlanır
-
11:33
Musa Qurbanlı: “Hər nə qədər çətinə düşsək də, hədəflərimiz dəyişmir”
-
11:17
Türkiyə klubunda yeni baş məşqçi
-
10:45
Azərbaycan gimnastı dünya çempionatında finala vəsiqə qazanıb
-
10:21
Cenk Sümer: “Neftçi” bu gün boş tribunalar önündə oynamağı haqq etmir”
-
10:09
ünün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:52
"Kasımpaşa"nın qələbəsi VİDEO
-
09:30
Cəlal oynadı, komandası qalib gəldi
-
23:05
"Neftçi" 3 xalı tək qolla qazandı VİDEO
-
22:36
Vernidub: “Sevinirəm ki, meydana sonradan çıxanlar nəticə verirlər”
-
21:58
"Zəfər Turu": "Turan Tovuz" və "Neftçi" qələbə qazandı
-
21:11
"Turan Tovuz" "Qarabağ"ı tək qolla üstələdi VİDEO
-
20:49
Qurban Qurbanov: "Bu, onların haqqı idi”
-
20:24
Kurban Berdıyevdən qələbə şərhi
-
19:00
“Neftçi” - “Kəpəz”: Heyətlər açıqlandı
-
18:37
Riçarlison “Qalatasaray”a keçir?
-
18:03
BOS: "Borussiya"nın ittihamı əsassızdır, "Barselona" isə narahat olmaya bilər" FOTOLENT
-
17:45
“Barselona” daha 3 futbolçusu ilə müqavilə yeniləyəcək
-
17:23
Azərbaycanın tamblinq millisi ardıcıl üçüncü dəfə dünya çempionu olub
-
16:56
“Qarabağ” - “Turan Tovuz”: Heyətlər müəyyənləşdi
-
16:31
Emin Mahmudov: "Milli formanı geyindiyim ilk günü heç vaxt unutmayacağam"
-
16:19
I Liqa klubunda yeni prezident
-
16:00
PFL “Ayın qolu”nun müəllifini mükafatlandırdı
-
15:38
Azərbaycanla oyuna 15 nəfər çağırıldı
-
15:02
"Turan Tovuz"un legioneri milliyə dəvət alıb
-
14:44
Üzgüçülərimiz Belarusda 2 medal qazanıblar
-
14:27
Azərbaycan - Latviya oyununun hakimləri məlum oldu
-
13:53
Stolüstü tennisçilərimiz Avrasiya Liqasında III turun oyunlarına çıxacaqlar
-
13:35
AMADA "10ların təbəssümü" layihəsi çərçivəsində qazi övladları üçün Zəfər Günü tədbiri keçirib
-
13:19
AFFA 8 komandaya texniki məğlubiyyət verdi
-
12:41
Millimizə 27 futbolçu dəvət aldı
-
12:20
“Şahdağ Qusar”a texniki qələbə verildi
-
12:08
Emin Mahmudov millidəki karyerasını başa vurur
-
11:52
Zəfər Gününə həsr olunmuş bədii gimnastika yarışı keçiriləcək
-
11:34
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:17
Azərbaycanda çıxış etmiş moldovalı futbolçu vəfat edib
-
10:45
UEFA reytinqi: Azərbaycan mövqeyini qoruyur
07.11.2026
06.11.2026
























