4 May 2026, Bazar ertəsi
"Sumqayıt"dan hakimlərə etiraz
“Kəpəz” və "İmişli" qalib gəldi
Azər Bağırovdan qələbə şərhi
Vernidub: “Bu oyun suyumu çıxardı”

Ölkə futbolu

Musa Qurbanlı işçi vizası aldı: Debüt üçün maneə qalmadı

Azərbaycan millisinin hücumçusu Musa Qurbanlıya İsveçdə işçi vizası verilib.

Fubtolxeber.az saytının məlumatına görə, bununla da futbolçunun yeni klubu “Yurqorden”də oynaması üçün yaranan hüquqi maneə tamamilə aradan qalxıb.

Stokholm təmsilçisinin idman meneceri Bosse Anderson İsveç mətbuatına açıqlamasında məlumatı təsdiqləyib. Onun sözlərinə görə, İsveç Miqrasiya İdarəsi 21 yaşlı futbolçuya işçi vizası verib. Klub rəsmisi bildirib ki, Musa bu həftənin şənbə günü lider “Elfsborq”a qarşı keçiriləcək oyunda iştirak edə biləcək.

Xatırladaq ki, M.Qurbanlının adı ötən həftə "Malmö" ilə çempionat matçına sifariş olunsa da, onun işçi vizası olmadığından görüşdə iştirak edə bilməmişdi.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31