6 Iyun 2026, Şənbə
Azərbaycan millisi Maltaya uduzdu
Sadıq Sadıqov dünyasını dəyişib
Millimiz Macarıstana məğlub oldu
Zaur Həşimov rəsmən “Şəfa”da

Ölkə futbolu

“Sumqayıt”dan ilk əcnəbi transferi

2023/2024 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” ilk əcnəbi futbolçunu transfer edib.
 
Futbolxeber.az saytının klubun feysbuk səhifəsinə istinadən verdiyi məlumata görə, “gənclik şəhəri” təmsilçisi son mövsümü Bolqarıstanın “Lokomotiv” (Plovdiv) klubunda keçirmiş estoniyalı hücumçu Erik Sorqa ilə 1+1 illik müqavilə imzalayıb.
 
Qeyd edək ki, Erik Sorqa karyerası ərzində Estoniyanın “Legion”, “Flora”, ABŞ-ın “Loudoun Yunayted”, “Di Si Yunayted”, Niderlandın “Venlo”, İsveçin “Höteborq” və Bolqarıstanın “Lokomotiv” klublarının şərəfini qoruyub. 24 yaşlı hücumçu Estoniyanın U-16, U-17, U-19, U-21 və əsas yığma komandalarına da cəlb olunub.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30