7 Avqust 2026, Cümə
“Qarabağ” “Dinamo”ya məğlub oldu
"Qarabağ" Polşaya yollandı
Azərbaycan II Liqasının püşk atıldı
"Sumqayıt"da braziliyalı yarımmüdafiəçi

Ölkə futbolu

Adrian Mutunun “Neftçi”yə gəlişi baş tutmadı

Baş məşqçi axtarışında olan “Neftçi” daha bir namizədlə razılıq əldə edə bilməyib.

Futbolxeber.az saytının əldə etdiyi məlumata görə, iddia olunduğu kimi, “ağ-qaralar” həqiqətən də Adrian Mutunun xidmətində maraqlı olub.

Flaqman tanınmış rumın mütəxəssisi baş məşqçi vəzifəsinə gətirmək istəyib. Lakin Mutunun hazırkı klubu “Rapid”lə sözləşməsi var. Məhz bu səbəbdən də  44 yaşlı məşqçinin “Neftçi”yə gəlişi baş tutmayıb.

Dünən Rumıniyanın gsp.ro saytı "Neftçi"nin Mutu ilə danışıqlar apardığı barədə məlumat yaymışdı.

Qeyd edək ki, Rumıniya futbolunun ən tanınmış simalarından olan Mutu hazırkı klubuna qədər “Voluntari” (Rumıniya), “Əl-Vəhdə” (BƏƏ, gənclər komandası), Rumıniyanın U-21 millisi və “Universitatya Krayova”da (Rumıniya) çalışıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31