3 Avqust 2026, Bazar ertəsi
“Sumqayıt”da braziliyalı hücumçu
“Zirə”də gözlənilməz ayrılıq
ÇL-də pley-offun püşkü atıldı
"Qarabağ" ciddi itki ilə üzləşdi

Ölkə futbolu

Türk menecerdən Sərgən Yalçının “Neftçi”yə keçəcəyinə dair açıqlama - “Düşünür...”

Türkiyəli menecer Hakan Qorxmaz Sərgən Yalçının “Neftçi”nin baş məşqçisi olacağı haqda yayılan xəbərlərə münasibət bildirib.

Futbolxeber.az saytının məlumatına görə, S.Yalçının dostu da olan H.Qorxmaz Azərbaycan və Türkiyə mətbuatında bununla bağlı yayılan xəbərlərdən sonra özünün tviter səhifəsində paylaşım edib:

“Sərgən Yalçın üçün ölkə daxili və xaricindən təkliflərin gəlməsi barədə xəbərlər doğrudur. Amma onun anlaşdığı barədə mətbuatda yazılanlar həqiqəti əks etdirmir. Sərgən hoca təklifləri dəyərləndirib doğru qərar vermək üçün düşünmə mərhələsindədir. Mətbuatda çıxan xəbərlərə etibar etməyin”.

Qeyd edək ki, daha öncə S.Yalçının “Neftçi” ilə razılığa gəldiyi və tezliklə müqavilə imzalayacağı deyilir.

Futbolxeber.az-ın teleqram kanalına abunə olun 

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31