Ölkə futbolu
Elmar Baxşıyev: “Avrokuboklara layiqli şəkildə vəsiqə qazandıq”
“Oyun barədə çox danışmayacam. Komandamı təbrik edirəm. İlk turdan son tura kimi iddiamızdan əl çəkmədik. Mövsüm ərzində enişdə olduğumuz vaxtlar da oldu. Amma komanda şəklində inanırdıq ki, sona kimi müqavimət göstərə biləcəyik. Düşünürəm ki, avrokuboklara layiqli şəkildə vəsiqə qazandıq”.
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Azərbaycan Premyer Liqasının sonuncu - 36-cı turunda “Kəpəz”lə matçdan (1:1) sonra “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev deyib.
O, sona kimi “Qəbələ”nin uğuruna inandığını bildirib: “Təbii ki, heç kim səhvdən sığortalanmayıb. Hər şey ola bilərdi. Amma mən futbolçularıma güvənirdim. Hətta bu gün dördüncü yeri tutmasaydıq belə, komandam iddialıdı və düşünürəm ki, kuboku qazanaraq Konfrans Liqasına yollanardıq”.
Elmar Baxşıyev paralel keçən “Sumqayıt” - “Zirə” oyununun nəticəsi ilə maraqlanmadıqlarını bildirib: “Bizi düşündürən öz oyunumuz idi. Daha çox “Kəpəz”lə matçımıza köklənmişdik”.
“Avrokuboklara gedən yolda “Zirə” üzərində Qəbələdə qazanılan qələbəni dönüş nöqtəsi hesab etmək olar?” sualını “Qəbələ”nin çalışdırıcısı belə cavablandırıb: “Məncə, qazandığımız hər bir xal önəmlidi. Tək “Zirə” ilə matçları fərqləndirməzdim. Qış fasiləsindən sonra çox oyunlarda geridönüş etdik. Bu da komandanın xarakterini göstərir. Sevindirici haldır ki, ardıcıl iki il avrokuboklara vəsiqə qazanırıq. Amma mən hər zaman “Qəbələ”nin daha güclü olmasını istəyirəm. Qarşıda hələ kubokun finalı var. Düşünürəm ki, rəhbərliklə komandanın inkişaf etdirilməsi məsələni müzakirə edəcəyik”.
Baxşıyev artıq Konfrans Liqasına vəsiqə qazandıqları üçün “Neftçi” ilə kubokun finalına gərgin vəziyyətdə çıxmayacaqları fikrinə də münasibət bildirib: “Bizim komandada heç vaxt gərginlik olmur. Uduzduğumuz matçlarda da futbolçulardan komanda şəklində soyuqqanlı olmalarını istəmişik. Düzdür, bəzən alınır, bəzən isə yox. Razıyam ki, bu matçda hədəfimizə çatmasaydıq, final öncəsi futbolçularda bir qədər stress ola bilərdi. Lakin inkişaf etmək istəyiriksə, həmin stressin altında da oynamağı bacarmalıyıq”.
Elmar Baxşıyev final matçını hansı hakimin idarə etməsinin ciddi önəm daşımadığını bildirib: “Hakimliklə bağlı istəyimiz yoxdur. İstəyim komandamla bağlıdır. Arzu edirəm ki, komandam finalda da istəyindən əl çəkməsin, dominant futbol nümayiş etdirsin”.
O, zədədən əziyyət çəkən kapitan Asif Məmmədovun “Kəpəz”lə matçda ehtiyat oyunçular skamyasında yer almasına aydınlıq gətirib: “Asifin ehtiyat oyunçular skamyasında oturmasını mən istədim. O, komandanın kapitanıdı və düşünürəm ki, nə qədər çox yanımızda olsa, bir o qədər yaxşıdı”.
Elmar Baxşıyev bildirib ki, kubokun finalının “Neftçi”nin meydanında keçirilməsi komandasının çıxışına təsir etməməlidir: “Biz də Qəbələdə final keçirib, uduzmuşuq. Ona görə də hər hansı mənfi təsirin olacağını düşünmürəm. Finalın öz ab-havası var. Daha çox istəkli olan komanda kuboku qazanır. Stadion amili ciddi rol oynamayacaq”.
Mütəxəssis qeyd edib ki, uğurlu çıxış qarşılığında “Qəbələ”nin futbolçularının məvacibləri artırılmalıdır: “Ən önəmlisi komandanın heyətini qorumaqdı. Rəhbərlik də bilir ki, 2 il ardıcıl avrokuboklara vəsiqə qazanan futbolçuların inkişafı üçün qazancları da qalxmalıdır. İnanıram ki, bu baxımdan müsbət siqnal alacağıq. Çalışmalıyıq ki, bu heyəti qoruyaq, eləcə də bir qədər də güclənməklə yolumuza davam edək”.
O, komandadan mümkün gedişi barədə sualı da cavablandırıb: “Bu barədə çox danışılır, çox yazılır. Hələ ki burdayam, “Qəbələ”nin baş məşqçisiyəm. Gələcəkdə nə olacağını zaman göstərəcək. “Qəbələ”də olduğum müddətdə heç vaxt müqavilənin müddəti barədə düşünməmişəm. Hər şey qarşılıqlı hörmət əsasındadır. Çünki mən “Qəbələ” üçün yad biri deyiləm”.
Sonda Baxşıyev finalda “Neftçi”ni məğlub etməklə “ağ-qaralar”ın sükanı arxasına keçəcəyi barədə iddialara toxunub: “Finalda “Neftçi”ni məğlub edib, sonrasına baxmaq istəyirəm. Hazırda bütün fikrim “Qəbələ”dədi”.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- VII turun hakim təyinatları
- “Neftçi” 5 min manat cərimələndi
- Azərbaycan kubokunda yeni rekord
- “Səbail” qələbəni əldən verdi
- Fətiyev bürünc medal qazandı
- Asif Məmmədovdan 18 ilin rekordu
- "Sumqayıt"ın qələbə həsrəti bitdi
-
16:03
"Kəpəz" milli fasilə zamanı yoxlama oyunu keçirəcək
-
15:43
Cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı keçiriləcək
-
15:12
U-21 millimizin heyəti açıqlandı
-
14:51
Danimarkalı vinger “Arsenal” və PSJ-nin hədəfində
-
13:39
Tofiq Əliyev dünya çempionatının gümüş mükafatçısı olub
-
13:25
Emin Mahmudov: “O qol heç vaxt yaddan çıxmayacaq"
-
13:00
Azərbaycanın batut gimnastları dünya çempionatında gümüş medal qazanıblar
-
12:48
NTD-dən növbəti transfer
-
12:24
Prezident İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib FOTOLENT
-
11:56
“Yuventus” 19 yaşlı hücumçu ilə maraqlanır
-
11:33
Musa Qurbanlı: “Hər nə qədər çətinə düşsək də, hədəflərimiz dəyişmir”
-
11:17
Türkiyə klubunda yeni baş məşqçi
-
10:45
Azərbaycan gimnastı dünya çempionatında finala vəsiqə qazanıb
-
10:21
Cenk Sümer: “Neftçi” bu gün boş tribunalar önündə oynamağı haqq etmir”
-
10:09
ünün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:52
"Kasımpaşa"nın qələbəsi VİDEO
-
09:30
Cəlal oynadı, komandası qalib gəldi
-
23:05
"Neftçi" 3 xalı tək qolla qazandı VİDEO
-
22:36
Vernidub: “Sevinirəm ki, meydana sonradan çıxanlar nəticə verirlər”
-
21:58
"Zəfər Turu": "Turan Tovuz" və "Neftçi" qələbə qazandı
-
21:11
"Turan Tovuz" "Qarabağ"ı tək qolla üstələdi VİDEO
-
20:49
Qurban Qurbanov: "Bu, onların haqqı idi”
-
20:24
Kurban Berdıyevdən qələbə şərhi
-
19:00
“Neftçi” - “Kəpəz”: Heyətlər açıqlandı
-
18:37
Riçarlison “Qalatasaray”a keçir?
-
18:03
BOS: "Borussiya"nın ittihamı əsassızdır, "Barselona" isə narahat olmaya bilər" FOTOLENT
-
17:45
“Barselona” daha 3 futbolçusu ilə müqavilə yeniləyəcək
-
17:23
Azərbaycanın tamblinq millisi ardıcıl üçüncü dəfə dünya çempionu olub
-
16:56
“Qarabağ” - “Turan Tovuz”: Heyətlər müəyyənləşdi
-
16:31
Emin Mahmudov: "Milli formanı geyindiyim ilk günü heç vaxt unutmayacağam"
-
16:19
I Liqa klubunda yeni prezident
-
16:00
PFL “Ayın qolu”nun müəllifini mükafatlandırdı
-
15:38
Azərbaycanla oyuna 15 nəfər çağırıldı
-
15:02
"Turan Tovuz"un legioneri milliyə dəvət alıb
-
14:44
Üzgüçülərimiz Belarusda 2 medal qazanıblar
-
14:27
Azərbaycan - Latviya oyununun hakimləri məlum oldu
-
13:53
Stolüstü tennisçilərimiz Avrasiya Liqasında III turun oyunlarına çıxacaqlar
-
13:35
AMADA "10ların təbəssümü" layihəsi çərçivəsində qazi övladları üçün Zəfər Günü tədbiri keçirib
-
13:19
AFFA 8 komandaya texniki məğlubiyyət verdi
-
12:41
Millimizə 27 futbolçu dəvət aldı
-
12:20
“Şahdağ Qusar”a texniki qələbə verildi
-
12:08
Emin Mahmudov millidəki karyerasını başa vurur
-
11:52
Zəfər Gününə həsr olunmuş bədii gimnastika yarışı keçiriləcək
-
11:34
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:17
Azərbaycanda çıxış etmiş moldovalı futbolçu vəfat edib
-
10:45
UEFA reytinqi: Azərbaycan mövqeyini qoruyur
-
10:23
Azərbaycan gimnastları dünya çempionatında mübarizəni davam etdirirlər
-
10:09
"Milan"dan gözlənilməz məğlubiyyət VİDEO
-
09:51
Cüdoçularımız Zaqrebdə Qran-pri turnirində iştirak
-
09:30
"Beşiktaş" "Seltik"ə uduzdu VİDEO
07.11.2026
06.11.2026
























