7 Avqust 2026, Cümə
“Qarabağ” “Dinamo”ya məğlub oldu
"Qarabağ" Polşaya yollandı
Azərbaycan II Liqasının püşk atıldı
"Sumqayıt"da braziliyalı yarımmüdafiəçi

Ölkə futbolu

"Qəbələ"nin "Sumqayıt"la 46-cı dueli

"Qəbələ" Azərbaycan Premyer Liqasında 33-cü turunun son oyununda sabah “Sumqayıt”la üz-üzə gələcək.

Futbolxeber.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, “Gənclik şəhəri”ndə keçiriləcək qarşılaşma iki rəqib arasında 46-cı duel olacaq.

Komandalar indiyədək 45 dəfə qarşılaşıb. “Qırmızı-qaralar” bu matçlarda böyük üstünlüyə malikdir. Hesabında 26 qələbə olan “Qəbələ” 14 bərabərlik edib və 5 dəfə məğlub olub. Rəqib qapısından 70 top keçirən komanda 32 qol buraxıb. “Sumqayıt”ın qapısına Viktor Mendi hamıdan çox - 7 top vurub. Son 8 görüşdə meydandan qolsuz ayrılmayan komanda 9 oyundur rəqibinə uduzmur.

Premyer Liqa çərçivəsində baş tutan 42 görüşdə 24 dəfə üç xal qazanan “Qəbələ” 13 sülhə imza atıb. 5 matçda isə “Sumqayıt” qalib gəlib. Çempionat oyunlarındakı top fərqi 67-31-dir.

Səfər matçlarında da üstünlüyə malik olan “qırmızı-qaralar” rəqib meydanındakı 21 oyunda 9 dəfə qalib gəlib. 8 qarşılaşma heç-heçə bitib. Digər 4 matçda meydan sahibləri üç xala seviniblər. Səfərdə 28 top vuran futbolçular 18 top buraxıblar.

Xatırladaq ki, aprelin 23-də “Kapital Bank Arena” keçiriləcək “Sumqayıt” - “Qəbələ” görüşü saat 18:00-da başlayacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31