7 May 2026, Cümə axşamı
XXXI turun hakim təyinatları
Millimiz Litvaya məğlub oldu
“Neftçi” yenidən ilk dördlükdə
"Neftçi"nin şikayəti təmin edilmədi

Ölkə futbolu

“Azərbaycan milli komandasında işləmək şərəfdir”

"Kəpəz"in baş məşqçisi Tərlan Əhmədov adının milli komanda ilə hallanmasına münasibət bildirib.

Futbolxeber.az saytının məlumatına görə, o, “Qarabağ”la bugünkü oyundan (1:3) sonra keçirilən mətbuat konfransında milli ilə bağlı sualı belə cavablandırıb:

"Azərbaycan milli komandasında işləmək şərəfdir. Onun ağır günlərində biz oynamışıq. Zaman dəyişib. Mən təyinat alsam, layiqincə çalışacağam. Bir Azərbaycan vətəndaşı, oğlu, kişisi kimi. Yığmada milli mütəxəssis çalışmalıdır. Klublarımızın çoxunun səviyyəsi o qədər də yüksək deyil. Tək “Qarabağ”dan başqa. Konfrans Liqasında da görünür ki, ikinci mərhələdə dayanırıq. Bir neçə komandamız avrokuboklarda uğurlu çıxış etsə, sonra millimizin uğursuz çıxışı olarsa, adlı-sanlı məşqçi gətirmək mümkündür. Amma bizim klublarımız hələ o səviyyəyə çatmayıb. Mənə də etimad göstərilərsə, millidə işləmək şərəf olardı".

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31