Ölkə futbolu
Qurban Qurbanov: "İstəyərdim ki, məğlubiyyətsiz çempion olaq"
"Futbolçularımı təbrik edirəm. Gərgin oyun alındı, futbolçularda stress var idi. Qələbə üçün əziyyət çəkdik. "Kəpəz" dinamik komandadır, baxımlı və fərqli futbol oynayır. Öz oyun üslublarının əl çəkmir, sürətli hücuma çıxırlar. Vacib üç xal qazandıq. Hər qələbə bizim üçün önəmlidir".
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 29-cu turunda bu gün "Kəpəz"ə qalib gəldikləri oyundan (3:1) sonra mətbuat konfransında deyib.
O, komandasının məğlubiyyətsiz irəliləməsi ilə bağlı bunları bildirib: "Belə hallar dünya futbolunda olur. Hələ mövsüm bitməyib. Ötən il də bir məğlubiyyətimiz olub. İstərdim ki, məğlubiyyətsiz çempion olaq. Hələ məqsədimizə çatmamışıq. Qarşıda 7 oyun var. Bu cür çempion olmaq istəyirik deyib, irəliləsək, yanıla bilərik. Hər matç önəmlidir. Məğlubiyyətsiz çempionlar arasında olmaq xoş olardı. Amma bu niyyətlə oyunlara çıxmırıq. Futbolda elə hallar olur ki, düşünmədiyin görüşlərdə məğlub olursan. Məqsədimiz komandanın oyununu yaxşılaşdırmaq, hücumların sayını artırmaqdır.
Qurbanov yeni transferlərin oyunundan da danışıb: "Planlarıma görə daha yaxşı olmalı idilər. Benzia və Diakabi düşünmədiyimiz anda zədə aldı. Hazırlıq prosesləri uzandı. Fikirləşdiklərim yanlış oldu. Getdikcə özlərinə gəlirlər, daha yaxşı performans əldə edəcəklər. Çalışacağıq ki, daha yaxşı səviyyəyə qalxsınlar".
Ağdam klubunun çalışdırıcısı komandada fiziki yorğunluğun hiss olunması ilə bağlı deyib: "Bəzən çətin olur. İstər-istəməz komandada yeni futbolçular olanda tam uyğunlaşma üçün vaxt tələb olunur. Ola bilər ki, bura qədər onlar futbola fərqli yanaşıblar. Bizdə də fərqlidir. Belə hallar əvvəl də olub və qarşısını almışıq. İstərdim ki, sona kimi daha istəkli, yaxşı formada olsunlar. Hər halda, yorğunluğun təsiri olacaq. Millidə oynayanlar daha çox yorulur. Çalışırıq ki, onları da əldə saxlayaq. Mövsümün sonuna yaxın istirahət vaxtı gözlənilir. Amma işimiz belədir ki, sona qədər diqqətli olmalıyıq".
Qurbanov "Qarabağ"ın bəzi futbolçularının xarici klubların diqqət mərkəzində olması ilə bağlı xəbərlərə də münasibət bildirib: "Bizə təklif yoxdur. Maraq ola bilər, normaldır. Bəzən bəzi futbolçuları əldə etmək üçün menecerlərdən istifadə edirlər. Bu hallarda futbolçunun fikri yayınır. Lakin bizə hələ təklif yoxdur. Kadi, Vadji üçün təklif gəldi və şərtləri nəzərə alıb, yolları ayırdıq".
Təcrübəli mütəxəssis "Qarabağ"ın futbolçularına gələn təkliflərin onların işinə təsir etdiyini deyib: "Əfsuslar olsun ki, belə hallar qaçılmazdır. Bu, bizim işimizə çox mane olur. 3-5 illik bir komanda qurmağa çalışırıq, lakin görürsən düşünmədən 6 ay, bir ildən sonra kiməsə təklif olur. Futbolçu gedəndə də problem olur, getməyəndə də. Gedəndə düşünürsən ki, o səviyyədə kimisə tapasan. Getməyəndə də, futbolçu düşünür ki, mən orda oynamalıydım, məni buraxmadılar. Oyun modelimizi qoruyub saxlaya bilirik. Bəzən kiməsə uduza, geriyə düşü bilirik. Amma ümumi üslubumuz qalır. Futbolçu, məşqçi problemlərin içində böyüyür. Olduğumuz yeri qoruyub-saxlamağa çalışırıq".
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Neftçi” 5 min manat cərimələndi
- Azərbaycan kubokunda yeni rekord
- VII turun hakim təyinatları
- Fətiyev bürünc medal qazandı
- “Səbail” qələbəni əldən verdi
- Asif Məmmədovdan 18 ilin rekordu
- "Sumqayıt"ın qələbə həsrəti bitdi
-
18:03
BOS: "Borussiya"nın ittihamı əsassızdır, "Barselona" isə narahat olmaya bilər" FOTOLENT
-
17:45
“Barselona” daha 3 futbolçusu ilə müqavilə yeniləyəcək
-
17:23
Azərbaycanın tamblinq millisi ardıcıl üçüncü dəfə dünya çempionu olub
-
16:56
“Qarabağ” - “Turan Tovuz”: Heyətlər müəyyənləşdi
-
16:31
Emin Mahmudov: "Milli formanı geyindiyim ilk günü heç vaxt unutmayacağam"
-
16:19
I Liqa klubunda yeni prezident
-
16:00
PFL “Ayın qolu”nun müəllifini mükafatlandırdı
-
15:38
Azərbaycanla oyuna 15 nəfər çağırıldı
-
15:02
"Turan Tovuz"un legioneri milliyə dəvət alıb
-
14:44
Üzgüçülərimiz Belarusda 2 medal qazanıblar
-
14:27
Azərbaycan - Latviya oyununun hakimləri məlum oldu
-
13:53
Stolüstü tennisçilərimiz Avrasiya Liqasında III turun oyunlarına çıxacaqlar
-
13:35
AMADA "10ların təbəssümü" layihəsi çərçivəsində qazi övladları üçün Zəfər Günü tədbiri keçirib
-
13:19
AFFA 8 komandaya texniki məğlubiyyət verdi
-
12:41
Millimizə 27 futbolçu dəvət aldı
-
12:20
“Şahdağ Qusar”a texniki qələbə verildi
-
12:08
Emin Mahmudov millidəki karyerasını başa vurur
-
11:52
Zəfər Gününə həsr olunmuş bədii gimnastika yarışı keçiriləcək
-
11:34
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:17
Azərbaycanda çıxış etmiş moldovalı futbolçu vəfat edib
-
10:45
UEFA reytinqi: Azərbaycan mövqeyini qoruyur
-
10:23
Azərbaycan gimnastları dünya çempionatında mübarizəni davam etdirirlər
-
10:09
"Milan"dan gözlənilməz məğlubiyyət VİDEO
-
09:51
Cüdoçularımız Zaqrebdə Qran-pri turnirində iştirak
-
09:30
"Beşiktaş" "Seltik"ə uduzdu VİDEO
-
09:00
"Zəfər Turu" start götürür: "Qarabağ" "Turan Tovuz"a, "Neftçi" "Kəpəz"ə qarşı
-
21:14
Abşeron Olimpiya İdman Kompleksində kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
-
20:59
“Şəfa”da qalmaqal: maaşını tələb etdi, “23”lükdən uzaqlaşdırıldı
-
20:30
"Neftçi" "Kəpəz"lə oyuna hazırdır FOTOLENT
-
19:22
Çempionlar Liqasında həftənin ən yaxşı kim seçildi?
-
18:07
Millimiz Çexiya ilə heç-heçə etdi
-
17:46
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
-
17:33
O da FİFA prezidentliyinə namizəd olacaq
-
16:15
"Zirə" "Qəbələ" ilə oyuna hazırlaşır FOTOLENT
-
15:51
Almaniya millisinin heyəti açıqlandı
-
15:24
Zəfər Günü münasibətilə Gəncədə veloyürüş keçirilib
-
14:48
"Kəpəz"in futbolçusu milliyə çağırıldı
-
14:32
Ronaldo Portuqaliya millisinə vida etdi
-
14:00
"Şəki"də yeni baş məşqçi
-
13:17
Anatoli Ponomaryov: “Avropada bu komandaya getmək istəyirəm” deməklə iş bitmir”
-
12:56
Azərbaycan şahmatçısı U-20 dünya çempionatında bürünc medal qazanıb
-
12:23
“Neftçi”nin legionerinə millidən dəvət
-
11:39
XI turun hakim təyinatları açıqlandı
-
11:15
"Borussiya"nın qələbəsi VİDEO
-
11:01
Cüdo üzrə yeniyetmələr arasında Bakı şəhər birinciliyi keçiriləcək
-
10:48
"Real"dan əzmkar qələbə VİDEO
-
10:24
Almeyda Bakıya gəlib: Yaxşı övlad doğma evinə qayıdar
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
"Fənərbaxça" "Liverpul"a qalib gəldi VİDEO
-
21:35
Azərbaycan gimnastları dünya çempionatına uğurlu start veriblər
06.11.2026
05.11.2026
04.11.2026
























