Ölkə futbolu
AFFA-nın baş katibi: "Milliyə verilən mükafatlar xeyli azaldılıb"
"Təəssüflər olsun ki, buraxılan ilk qollardan sonra komandamız psixoloji cəhətdən özünü toparlaya bilmədi".
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri AFFA-nın baş katibi Sərxan Hacıyev ATV telekanalına müsahibəsində deyib.
O, Azərbaycan millisinin Avro-2024-ün seçmə mərhələsində Avstriya (1:4) və İsveçə (0:5) məğlubiyyəti barədə danışarkən məşqçilər korpusunun bu uğursuzluqlara görə hesabat təqdim edəcəyini bildirib: "Komanda özünü toparlaya bilmədi deyə nəticədə böyükhesablı məğlubiyyətlə üzləşdik. Əlbəttə, bu nəticələr hər birimizi məyus edir. Məşqçi heyəti tərəfindən AFFA rəhbərliyinə müəyyən hesabat da veriləcək".
S.Hacıyev millimizin baş məşqçisi Canni de Byazinin həmin görüşlərdən sonra yığmanın oyununu əla qiymətləndirməsinə də münasibət bildirib: "İnanmıram ki, dünyada hansısa bir məşqçi komandası 1:4, 0:5 uduzduqdan sonra oyunu "əla" kimi qiymətləndirsin. Əlbəttə ki, həmin məsələdə kontekstdən çıxarılmış bir məqam var idi. Canni de Byazi "Komanda ilk qola kimi yaxşı oynadı" - deyə fikirlərini ifadə edib".
S.Hacıyev qeyd edib ki, italiyalı mütəxəssislə müqavilə uzadılan zaman onun qarşısına konkret hədəf qoyulmayıb: "Həmin vaxt komandamız ardıcıl 3 qələbə qazanmışdı. Əsas məqsəd komandanın belə bir tendesiyanı davam etdirməsi idi".
Hacıyev komandaya futbolçuların dəvət olunması mövzusunda baş məşqçinin qərarlarına müdaxilə etmədiklərini bildirib: "Yanaşmamız belədir ki, onun qərarlarına heç bir müdaxilə etməyək. De Byazi baş məşqçi kimi komandanı tam olaraq formalaşdırır, bunun üçün məsuliyyət daşıyır".
S.Hacıyev "Millidə əcnəbi məşqçi işləməlidir, yoxsa yerli" sualına belə cavab verib: "Yerli məşqçilərin arasında da bir sıra mütəxəssislər var ki, rahat şəkildə milliyə baş məşqçilik edə bilərlər. Bu, subyektiv fikrimdir".
Ötən ildən başlayaraq AFFA millinin üzvlərinə verilən mükafatları xeyli azaldıb. Artıq qələbə və ya heç-heçəyə görə fantastik mükafatlar olmayacaq. S.Hacıyev bu haqda deyib: "5-6 oyun bundan əvvəl belə bir məsələ gündəmə gəlib. Nəticələrə görə verilən mükafatlar xeyli azaldılıb. Hazırda bunu sırf yeni maliyyə strategiyası ilə əlaqələndirə bilərik".
AFFA rəsmisi hazırda Canni de Byazinin istefaya göndərilməsinin gündəmdə olmadığını söyləyib: "Aprel ayının ortalarında AFFA İcraiyyə Komitəsinin iclasının keçirilməsi gözlənilir. Müzakirə olunacaq məsələlərdən biri də məhz yığmanın nəticələridir. Baş məşqçinin də hesabatı dinləniləcək".
Hacıyev sonda İsveç və Avstriyada millimizə dəstək olan azarkeşlərə təşəkkür edib: "Onlardan komandanın yanında olmaqlarını xahiş etmək istərdim. Millimizə dəstək olmağa davam etsinlər".
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Neftçi” 5 min manat cərimələndi
- Azərbaycan kubokunda yeni rekord
- VII turun hakim təyinatları
- Fətiyev bürünc medal qazandı
- “Səbail” qələbəni əldən verdi
- Asif Məmmədovdan 18 ilin rekordu
- "Sumqayıt"ın qələbə həsrəti bitdi
-
18:03
BOS: "Borussiya"nın ittihamı əsassızdır, "Barselona" isə narahat olmaya bilər" FOTOLENT
-
17:45
“Barselona” daha 3 futbolçusu ilə müqavilə yeniləyəcək
-
17:23
Azərbaycanın tamblinq millisi ardıcıl üçüncü dəfə dünya çempionu olub
-
16:56
“Qarabağ” - “Turan Tovuz”: Heyətlər müəyyənləşdi
-
16:31
Emin Mahmudov: "Milli formanı geyindiyim ilk günü heç vaxt unutmayacağam"
-
16:19
I Liqa klubunda yeni prezident
-
16:00
PFL “Ayın qolu”nun müəllifini mükafatlandırdı
-
15:38
Azərbaycanla oyuna 15 nəfər çağırıldı
-
15:02
"Turan Tovuz"un legioneri milliyə dəvət alıb
-
14:44
Üzgüçülərimiz Belarusda 2 medal qazanıblar
-
14:27
Azərbaycan - Latviya oyununun hakimləri məlum oldu
-
13:53
Stolüstü tennisçilərimiz Avrasiya Liqasında III turun oyunlarına çıxacaqlar
-
13:35
AMADA "10ların təbəssümü" layihəsi çərçivəsində qazi övladları üçün Zəfər Günü tədbiri keçirib
-
13:19
AFFA 8 komandaya texniki məğlubiyyət verdi
-
12:41
Millimizə 27 futbolçu dəvət aldı
-
12:20
“Şahdağ Qusar”a texniki qələbə verildi
-
12:08
Emin Mahmudov millidəki karyerasını başa vurur
-
11:52
Zəfər Gününə həsr olunmuş bədii gimnastika yarışı keçiriləcək
-
11:34
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:17
Azərbaycanda çıxış etmiş moldovalı futbolçu vəfat edib
-
10:45
UEFA reytinqi: Azərbaycan mövqeyini qoruyur
-
10:23
Azərbaycan gimnastları dünya çempionatında mübarizəni davam etdirirlər
-
10:09
"Milan"dan gözlənilməz məğlubiyyət VİDEO
-
09:51
Cüdoçularımız Zaqrebdə Qran-pri turnirində iştirak
-
09:30
"Beşiktaş" "Seltik"ə uduzdu VİDEO
-
09:00
"Zəfər Turu" start götürür: "Qarabağ" "Turan Tovuz"a, "Neftçi" "Kəpəz"ə qarşı
-
21:14
Abşeron Olimpiya İdman Kompleksində kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
-
20:59
“Şəfa”da qalmaqal: maaşını tələb etdi, “23”lükdən uzaqlaşdırıldı
-
20:30
"Neftçi" "Kəpəz"lə oyuna hazırdır FOTOLENT
-
19:22
Çempionlar Liqasında həftənin ən yaxşı kim seçildi?
-
18:07
Millimiz Çexiya ilə heç-heçə etdi
-
17:46
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
-
17:33
O da FİFA prezidentliyinə namizəd olacaq
-
16:15
"Zirə" "Qəbələ" ilə oyuna hazırlaşır FOTOLENT
-
15:51
Almaniya millisinin heyəti açıqlandı
-
15:24
Zəfər Günü münasibətilə Gəncədə veloyürüş keçirilib
-
14:48
"Kəpəz"in futbolçusu milliyə çağırıldı
-
14:32
Ronaldo Portuqaliya millisinə vida etdi
-
14:00
"Şəki"də yeni baş məşqçi
-
13:17
Anatoli Ponomaryov: “Avropada bu komandaya getmək istəyirəm” deməklə iş bitmir”
-
12:56
Azərbaycan şahmatçısı U-20 dünya çempionatında bürünc medal qazanıb
-
12:23
“Neftçi”nin legionerinə millidən dəvət
-
11:39
XI turun hakim təyinatları açıqlandı
-
11:15
"Borussiya"nın qələbəsi VİDEO
-
11:01
Cüdo üzrə yeniyetmələr arasında Bakı şəhər birinciliyi keçiriləcək
-
10:48
"Real"dan əzmkar qələbə VİDEO
-
10:24
Almeyda Bakıya gəlib: Yaxşı övlad doğma evinə qayıdar
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
"Fənərbaxça" "Liverpul"a qalib gəldi VİDEO
-
21:35
Azərbaycan gimnastları dünya çempionatına uğurlu start veriblər
06.11.2026
05.11.2026
04.11.2026
























