7 Noyabr 2026, Şənbə
U-21 millimizin heyəti açıqlandı
Kurban Berdıyevdən qələbə şərhi
Millimizə 27 futbolçu dəvət aldı
Millimiz Çexiya ilə heç-heçə etdi

Ölkə futbolu

Latviya - İsrail oyunu azərbaycanlı hakimə həvalə olunub

Azərbaycanın FIFA referisi Elçin Məsiyevin 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raundunda idarə edəcəyi növbəti oyun bəlli olub.
 
Futbolxeber.az saytının məlumatına görə, 32 yaşlı ədalət təmsilçisi 6-cı qrupun III turundakı Latviya - İsrail matçında əsas hakim olacaq.
 
Ona Pərvin Talıbov və polşalı Mixal Sobçak laynsmanlar qismində köməklik göstərəcək. Dördüncü hakim funksiyasını digər polşalı Patrik Qrıtskeviç yerinə yetirəcək.
 
Qeyd edək ki, martın 28-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. 6-cı qrupun matçları Polşada keçirilir. Məsiyev bu gün İsrail - Polşa oyununda da iş başında olacaq.
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30