2 Fevral 2026, Bazar ertəsi
"Qarabağ" yeni transfer edir
"Qarabağ" və "Neftçi"dən qələbə
"Sumqayıt"da gözlənilməz ayrılıq
Yuri Vernidubdan qələbə şərhi

Ölkə futbolu

Bolqarıstan - Monteneqro oyunu Əliyar Ağayevə tapşırıldı

FİFA referisi Əliyar Ağayev UEFA-dan növbəti dəfə təyinat alıb.
 
Futbolxeber.az-ın UEFA-nın saytına istinadən verdiyi məlumata görə, 36 yaşlı referi AVRO-2024-ün seçmə mərhələsinin ilk turunda iş başında olacaq.
 
O, G qrupunun Bolqarıstan – Monteneqro matçında ədaləti qoruyacaq. FIFA referisinə həmin qarşılaşmada Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Kamal Umudlu isə ehtiyat hakim olacaq.
 
Azərbaycanlı hakimlərin işinə portuqaliyalı hakim-inspektor Joao Ferreyra qiymət verəcək.
 
Qeyd edək ki, Bolqarıstan - Monteneqro görüşü martın 24-də “Ludoqorets Arena”da keçiriləcək.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28