7 Noyabr 2026, Şənbə
Millimizə 27 futbolçu dəvət aldı
Millimiz Çexiya ilə heç-heçə etdi
XI turun hakim təyinatları açıqlandı
"Qarabağ" "Dinamo"ya məğlub oldu

Ölkə futbolu

Saldanya: “Qarabağ”a qarşı necə oynamaq lazım olduğunu bilirəm”

“Qarşıdakı oyunda “Qarabağ”a qol vuraraq məhsuldar futbolçu kimi iz qoymaq istəyirəm”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında “Neftçi”nin braziliyalı futbolçusu Mateus Saldanya Azərbaycan Premyer Liqasının XXIV turunda “Qarabağ”la keçiriləcək oyun barədə danışarkən deyib.

Paytaxt klubuna qış fasiləsində transfer olunan və ikinci yarının ilk 4 oyununda 2 qol vuran 24 yaşlı hücumçu bunun davamını gətirmək arzusundadır: “Həftəboyu üzərimizdə yaxşı çalışırıq. “Qarabağ”la oyuna hazırlaşırıq. Ümid edirəm ki, bu matçda da qol vuraraq komandama xeyir verəcəyəm. Vurduğum qollardan sonra özümə inamım artıb. Bu da alınmasa, ən azı assist edərək komandama kömək olmağa çalışacağam”.

Saldanya rəqibin matçlarına baxdığını sözlərinə əlavə edib: “Qarabağ”ın son oyunlarını izləmişəm. Özlüyümdə analiz eləmişəm, onlara qarşı necə oynamaq lazım olduğunu bilirəm” (“Report”).

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30