Ölkə futbolu
Qurbanov: “Çox üzgünük”
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Konfrans Liqasının pley-off mərhələsində Belçikada "Gent"ə uduzaraq (0:1, penaltilər seriyası - 3:5, ilk oyun - 1:0) mübarizəni dayandırdıqları matç barədə danışıb.
Futbolxeber.az saytının məlumatına görə, təcrübəli mütəxəssis görüşdən sonra "CBC Sport"a açıqlamasında uduzmaqlarına baxmayaraq, komandanın oyunundan razı qaldığını deyib:
"Çox üzgünük. Bakıdakı oyundan sonra da komandada inam, istək var idi. Çox istəyirdik ki, azarkeşlərimizi yaxşı oyun və qalibiyyətlə sevindirək. Amma futbolçular meydanda 120 dəqiqə yaxşı və ağıllı mübarizə apardılar. Sadəcə olaraq qol epizodunda kiçik bir diqqətsizlik oldu. Bu, futbolun silinməyən qanunlarından biridir. Futbolçularıma da dedim ki, həmişə onların yanındayam. Belə oyunlar ancaq bizi böyüdür, inam verir. Əgər belə vacib oyunda futbolçular meydanda 120 dəqiqə dözürlərsə, biz səfərdə rəqibdən çəkinməyərək onların üzərinə gediriksə, bu, məni ancaq sevindirir".
O, komandaya dəstək olduqlarına görə azarkeşlərə təşəkkür edib: "Futbolçularımı təbrik edirəm. Təəssüf ki, azarkeşlərimizi sevindirə bilmədik. Əvvəldən məlumat var idi ki, Bakıda nə cür hazırlıq gedir, azarkeşlə oyunu necə gözləyirlər. Buraya çoxlu azarkeş gəlmişdi. Demək olar ki, bir sektor dolu idi. Azarkeşlər sonadək bizimlə oldular. Onlara təşəkkür edirəm. Əlbəttə ki, futbolçular belə dəstəyə layiqdirlər. Azarkeşlərimiz isə daha böyük qələbəyə layiqdirlər. Çalışacağıq ki, onları sevindirək.
Qurbanov qeyd edib ki, heyətdəki bəzi problemlər səbəbindən oyunda çatışmazlıqlar olub: "Bəlkə də növbəti mərhələyə keçmək bəxti amili çatmadı. Bilirsiniz, mən elə yanvar ayından indiyədək fikirlərimi bildirirdim ki, bizə bir az ayaqüstə durmaq üçün vaxt lazımdır. Zədələlilərimiz də var idi. Futbolçuların hazırlığı daha yaxşı səviyyədə olsaydı, daha yaxşı nəticə əldə edə bilərdik. Xırda detallar bizə mane oldu.Yenə də əlimizdən gələni etməyə çalışdıq. Geriyə yol yoxdur, daha da irəli getmək istəyirik".
Mütəxəssis matçdan sonra keçirilən mətbuat konfransında isə bunları söyləyib: "Əlbəttə ki, çox üzgünük. Daha çox futbolçularım üzüldülər. Bu oyunda qalib gəlmək üçün çox istəkli idilər. Meydanda 120 dəqiqə amansız mübarizə apardılar. Hər birinə təşəkkür edirəm. Bura xeyli sayda azarkeşimiz gəlmişdi. Onlar bizə inanaraq, güvənərək burada idilər. Əfsuslar olsun ki, penaltilər seriyasında uduzduq. Amma geriyə yolumuz yoxdur, irəliyə baxacağıq. Daha yaxşı komanda formalaşdırmağa, komandanın idman formasını daha da yaxşılaşdırmağa çalışdıracağıq".
O, futbolçulara müdafiədə oturmaq tapşırığı vermədiyini vurğulayıb: "Ümumiyyətlə, son zamanlar bunun üzərinə çox düşmüşəm ki, istənilən hesabda biz müdafiədə oturmağı düşünmürük. Sadəcə 90 dəqiqə eyni tempi, eyni oyunu göstərə bilmərik. Çünki qarşımızda ciddi rəqib var və istər-istəməz bəzən onlar bizi müdafiədə oturmağa məcbur edir. Ancaq buraxılan qoldan sonra yenə daha çox irəliyə atılmağa başladıq. Bizim komandada son vaxtlar rəqibdən asılı olmayaraq, müdafiədə oturmaq kimi anlayış yoxdur".
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Azərbaycan kubokunda yeni rekord
- VII turun hakim təyinatları
- Fətiyev bürünc medal qazandı
- “Səbail” qələbəni əldən verdi
- Asif Məmmədovdan 18 ilin rekordu
- "Sumqayıt"ın qələbə həsrəti bitdi
-
21:14
Abşeron Olimpiya İdman Kompleksində kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
-
20:59
“Şəfa”da qalmaqal: maaşını tələb etdi, “23”lükdən uzaqlaşdırıldı
-
20:30
"Neftçi" "Kəpəz"lə oyuna hazırdır FOTOLENT
-
19:22
Çempionlar Liqasında həftənin ən yaxşı kim seçildi?
-
18:07
Millimiz Çexiya ilə heç-heçə etdi
-
17:46
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
-
17:33
O da FİFA prezidentliyinə namizəd olacaq
-
16:15
"Zirə" "Qəbələ" ilə oyuna hazırlaşır FOTOLENT
-
15:51
Almaniya millisinin heyəti açıqlandı
-
15:24
Zəfər Günü münasibətilə Gəncədə veloyürüş keçirilib
-
14:48
"Kəpəz"in futbolçusu milliyə çağırıldı
-
14:32
Ronaldo Portuqaliya millisinə vida etdi
-
14:00
"Şəki"də yeni baş məşqçi
-
13:17
Anatoli Ponomaryov: “Avropada bu komandaya getmək istəyirəm” deməklə iş bitmir”
-
12:56
Azərbaycan şahmatçısı U-20 dünya çempionatında bürünc medal qazanıb
-
12:23
“Neftçi”nin legionerinə millidən dəvət
-
11:39
XI turun hakim təyinatları açıqlandı
-
11:15
"Borussiya"nın qələbəsi VİDEO
-
11:01
Cüdo üzrə yeniyetmələr arasında Bakı şəhər birinciliyi keçiriləcək
-
10:48
"Real"dan əzmkar qələbə VİDEO
-
10:24
Almeyda Bakıya gəlib: Yaxşı övlad doğma evinə qayıdar
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
"Fənərbaxça" "Liverpul"a qalib gəldi VİDEO
-
21:35
Azərbaycan gimnastları dünya çempionatına uğurlu start veriblər
-
19:49
"Şamaxı"nın legioneri milliyə dəvət aldı
-
18:51
Cüdo məşçiləri üçün peşəkar inkişaf proqramı keçirilir
-
18:24
"Qarabağ" "Dinamo"ya məğlub oldu
-
18:00
“Barselona” “Atletiko” önünə itki ilə çıxacaq
-
17:37
Yamal Mbappenin rekordunu qırdı
-
17:12
İngiltərə klubunda yeni baş məşqçi
-
16:53
Çempionlar Liqasında iki rekorda birdən imza atdılar
-
16:25
Bölgə klubu oyunu boykot etdi - Maaşlar verilmir
-
16:08
FIFA-dan AFFA-ya təşəkkür məktubu
-
15:46
Aysel Əhmədli Avropa çempionatında qızıl medal qazanıb
-
15:19
"İmişli"nin U-19 komandasına 6 legioner cəlb olunub
-
14:51
Kamal Umudlunun idarə etdiyi oyunda PSJ uduzdu
-
14:34
“Turan”ın legioneri: “Əldə etdiyimiz uğur əzmkarlığın nəticəsidir”
-
14:00
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
13:42
“Turan”dan jest: Çempionlar Liqası oyununun biletləri ödənişsizdir
-
13:27
Şahin Bağırov Ağsuda yeniyetmə voleybolçuların valideynləri ilə fikir mübadiləsi aparıb
-
12:53
Azərbaycan Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
-
12:35
Turun mərkəzi oyununun biletləri satışda
-
11:46
“Qarabağ”ın legioneri ilk dəfə milliyə dəvət aldı
-
11:18
Azərbaycan - Çexiya oyunun hakimləri bilindi
-
10:21
“Neftçi” azarkeşi, nəyin çatışmır?
-
10:09
"Bavariya" Madriddən 3 xalla qayıtdı VİDEO
-
09:54
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
-
09:32
"Mançester Yunayted"dən əzmkar qələbə VİDEO
-
09:17
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:00
Batrakovun dublu "Qalatasaray"a qələbə qazandırdı VİDEO
05.11.2026
04.11.2026
























