Ölkə futbolu
Tərlan Əhmədov: “Kəpəz” Premyer Liqada qalsın, sonra kimi istəyərlər gətirərlər”
“Qələbə hər zaman xoşdu. Əsasən də ağır durumda, məğubiyyətdən sonra. Yaxşı mübarizəli futbol gördük. Dramatik qarşılaşma oldu. Bəlkə də daha əvvəl heç vaxt bu qədər həyəcan keçirməmişdim. İlk dəfə idi ki, futbolçularıma “gözəl oyun istəmirəm, çalışın qələbə qazanın” demişdim. Futbolçularıma təşəkkür edirəm. Həm azarkeşləri sevindirdilər, həm də bizə işimizi daha rahat görməkm üçün ümid verdilər”.
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Kəpəz”in baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının XXIII turunda “Şamaxı”nı 3:2 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.
Qələbəyə baxmayaraq, Əhmədov bəzi azarkeşlər tərəfindən yenidən istefaya səslənməsinə belə münasibət bildirib: “Bu cür hallar xoş deyil. Gəldiyim ilk gündən burda söz-söhbətlər var. Lakin yenidən bu mövzuya qayıtmaq istəmirəm. Qış fasiləsindən öncə burda “Səbail”i 3:0 hesabı ilə məğlub etdiyimiz oyunda da məni istefaya çağıran insanlar vardı. Niyə axı? 6 aya yaxındı Gəncədəyəm. Burda heç kimin işinə qarışmıram, heç kimlə də pis rəftar etməmişəm. Məni klub rəhbərliyi dəvət edib və qarşıma Premyer Liqada qalmaq tapşırığı qoyulub. Mənə deyilməyib ki, kimlərisə udmaq lazımdı. Belə söhbət olmayıb. Dünən də rəhbərliklə söhbətimiz oldu. Mənim “Kəpəz”lə mayın sonuna qədər müqaviləm var. Bura gəlməmişəm ki, kimsə mənə təzyiq göstərsin. Amma bundan da pis təzyiqlər görmüşəm. İstər futbolçu karyeramda olsun, istər məşqçi. Başa düşürəm, məni hamı sevə bilməz, eləcə də hamının nifrət etməsi də mümkün deyil. İndiki məqamda komandanın ətrafında birləşmək lazımdı ki, “Kəpəz” Premyer Liqada qalsın. Sonra kimi istəyərlər, onu da gətirərlər. İndi mənim üçün yaratdığım kollektivin göstərdiyi oyun maraqlıdı. Heç nəyi olmayan komanda bu futbolu oynayırsa, burda əziyyəti olan insanlara təşəkkür düşür. Gəncədə qaldığım ev şəhərin mərkəzindədi. Kimin mənlə şəxsi ədavəti varsa, istənilən vaxt gəlsin, sözünü desin. Şəxsi münasibəti kənara qoyub, “Kəpəz”in adı ətrafında birləşmək lazımdı”.
“Kəpəz”in çalışdırıcısı müdafiədə boşluqlar olmasını anlayışla qarşıladığını bildirib: “Təzyiq altında komandanı motivasiya etmək asan deyil. Müdafiədəki boşluqlar məni narahat edir, bəli. Bunu da təbii qarşılayıram. Biz futboçu olan vaxtı cəmi 2-3 qəzet var idi. Ona görə də söz-söhbətlərdən xəbərimiz olmurdu. İndi mətbuat, internet, sosial şəbəkələr - futbolçular yazılanları oxuyanda bu, onlara da pis təsir edir. Bu gün də ilk dəqiqələrdən hiss olunurdu ki, komandada həyəcan var idi. Amma sonda qalib gəldik və mənim üçün bu, daha vacibdi”.
“Sizi istəyən qüvvələrin komandaya müdaxilə etməsindən narahat deyilsiz ki” sualını Əhmədov belə cavablandırıb: “Futbolçularla hər zaman bu barıədə danışıram. Onlara deyirəm ki, ilk növbədə ailənizi düşünün. Sizin uğurunuza sevinmələri yaxşıdı, yoxsa uğursuzluğuna görə göz yaşı tökmələri? Ətrafa fikir verməyin. Bizi istəməyənlər bu gün çoxdu. Qalib gələndə də istefa deyirlər. Dünən mənə dedilər ki, bir fan-kluba axşam plaktla gələcək. Udsaz belə, istefa qışqıracaqlar. Dedim buyursunlar. Söz-söhbətləri çalışıram futbolçuların ətrafına buraxmayım. Onlarla nəzəri-psixoloji söhbətlərim olur”.
O, növbəti turda “Sumqayıt”a qarşı keçirəcəkləri səfər oyununa xal qazanmaq üçün yollanacaqlarını bildirib: “Hər səfərdə qazanılan xal bizim üçün vacibdi. Hər oyunun öz hazırlığı, taktikası var. Tovuzdakı məğlubiyyət məni bu gün nəticəni düşünməyə vadar edirdi. “Səbail” qarşı yaxşı oynasaq da, heç nədən uduzduq. Sonra “Qarabağ”dan xal aldıq. Dünən futbolçular zarafatca deyirdilər ki, “Biz “Gent”dən güclüyük. Biz “Qarabağ”la heç-heçə etdik, onlar isə uduzdu” (gülür). “Qarabağ” Qurban Qurbanovun 16-17 illik əsəridi. Onlarla heç-heçə oynadıq. Amma yaxşı oyuna görə heç kim çox sağ ol demir. Hamı nəticə istəyir”.
Əhmədov yeni transferlərdən olan Sissenin zədəsi barədə də söz açıb: “Sissenin müalicəsi bitmək üzrədi. 2 gündən sona fərdi məşqlərə başlayacaq. Yəqin ki, XXV turda “Sabah”la oyunda 20-25 dəqiqə meydanda olacaq”.
Tərlan Əhmədov “Kəpəz”in əvəzedici heyətinin baş məşqçisi Xaliq Mərdanovun oğlunu əsas komandaya götürmədiyi üçün onunla ədavət aparması məsələsinə də toxunub: “Kim toplantıda nə deyibsə, o da cavab versin. 2 oğlum futbola gedirdi. İkisini də mənimlə “Qarabağ”da uzun illər çiyin-çiyinə oynamış bir nəfər 11 yaşında futboldan uzaqlaşdırdı. Amma mənim həmin adamlar bu gün münasibətim var. Şəxsi məsələ kənarda həll olur. Çalıışrıq heç nəyi olmayan komanda nəticə qazansın. Digər məsələlər düzələcək, çünki zaman özü hər şeyi yoluna qoyur”.
“Kəpəz”in çalışdırıcısı ona 3 oyunluq vaxt verilməsi məsələsindən də danışıb: “Klubun İdarə Heyətinin sədri İlqar Nadiri ilə dünən görüşdük. Təzyiqlər vardı. Deyilmişdi ki, 2 oyundan komanda xal toplamalıdı. Çoxu düşünürdü ki, bu gün biz uduzacağıq. Buna uyğun da çox şey hazırlaşmışdılar. Fikirləşirdilər ki, təzyiqdən çıxa bilməyəcəyik. Amma şükürlə olsun ki, bu gün qalib gəlməklə o insanların arzularını gözlərində qoyduq”.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Neftçi” 5 min manat cərimələndi
- Azərbaycan kubokunda yeni rekord
- VII turun hakim təyinatları
- Fətiyev bürünc medal qazandı
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Səbail” qələbəni əldən verdi
- "Sumqayıt"ın qələbə həsrəti bitdi
-
19:00
“Neftçi” - “Kəpəz”: Heyətlər açıqlandı
-
18:37
Riçarlison “Qalatasaray”a keçir?
-
18:03
BOS: "Borussiya"nın ittihamı əsassızdır, "Barselona" isə narahat olmaya bilər" FOTOLENT
-
17:45
“Barselona” daha 3 futbolçusu ilə müqavilə yeniləyəcək
-
17:23
Azərbaycanın tamblinq millisi ardıcıl üçüncü dəfə dünya çempionu olub
-
16:56
“Qarabağ” - “Turan Tovuz”: Heyətlər müəyyənləşdi
-
16:31
Emin Mahmudov: "Milli formanı geyindiyim ilk günü heç vaxt unutmayacağam"
-
16:19
I Liqa klubunda yeni prezident
-
16:00
PFL “Ayın qolu”nun müəllifini mükafatlandırdı
-
15:38
Azərbaycanla oyuna 15 nəfər çağırıldı
-
15:02
"Turan Tovuz"un legioneri milliyə dəvət alıb
-
14:44
Üzgüçülərimiz Belarusda 2 medal qazanıblar
-
14:27
Azərbaycan - Latviya oyununun hakimləri məlum oldu
-
13:53
Stolüstü tennisçilərimiz Avrasiya Liqasında III turun oyunlarına çıxacaqlar
-
13:35
AMADA "10ların təbəssümü" layihəsi çərçivəsində qazi övladları üçün Zəfər Günü tədbiri keçirib
-
13:19
AFFA 8 komandaya texniki məğlubiyyət verdi
-
12:41
Millimizə 27 futbolçu dəvət aldı
-
12:20
“Şahdağ Qusar”a texniki qələbə verildi
-
12:08
Emin Mahmudov millidəki karyerasını başa vurur
-
11:52
Zəfər Gününə həsr olunmuş bədii gimnastika yarışı keçiriləcək
-
11:34
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:17
Azərbaycanda çıxış etmiş moldovalı futbolçu vəfat edib
-
10:45
UEFA reytinqi: Azərbaycan mövqeyini qoruyur
-
10:23
Azərbaycan gimnastları dünya çempionatında mübarizəni davam etdirirlər
-
10:09
"Milan"dan gözlənilməz məğlubiyyət VİDEO
-
09:51
Cüdoçularımız Zaqrebdə Qran-pri turnirində iştirak
-
09:30
"Beşiktaş" "Seltik"ə uduzdu VİDEO
-
09:00
"Zəfər Turu" start götürür: "Qarabağ" "Turan Tovuz"a, "Neftçi" "Kəpəz"ə qarşı
-
21:14
Abşeron Olimpiya İdman Kompleksində kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
-
20:59
“Şəfa”da qalmaqal: maaşını tələb etdi, “23”lükdən uzaqlaşdırıldı
-
20:30
"Neftçi" "Kəpəz"lə oyuna hazırdır FOTOLENT
-
19:22
Çempionlar Liqasında həftənin ən yaxşı kim seçildi?
-
18:07
Millimiz Çexiya ilə heç-heçə etdi
-
17:46
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
-
17:33
O da FİFA prezidentliyinə namizəd olacaq
-
16:15
"Zirə" "Qəbələ" ilə oyuna hazırlaşır FOTOLENT
-
15:51
Almaniya millisinin heyəti açıqlandı
-
15:24
Zəfər Günü münasibətilə Gəncədə veloyürüş keçirilib
-
14:48
"Kəpəz"in futbolçusu milliyə çağırıldı
-
14:32
Ronaldo Portuqaliya millisinə vida etdi
-
14:00
"Şəki"də yeni baş məşqçi
-
13:17
Anatoli Ponomaryov: “Avropada bu komandaya getmək istəyirəm” deməklə iş bitmir”
-
12:56
Azərbaycan şahmatçısı U-20 dünya çempionatında bürünc medal qazanıb
-
12:23
“Neftçi”nin legionerinə millidən dəvət
-
11:39
XI turun hakim təyinatları açıqlandı
-
11:15
"Borussiya"nın qələbəsi VİDEO
-
11:01
Cüdo üzrə yeniyetmələr arasında Bakı şəhər birinciliyi keçiriləcək
-
10:48
"Real"dan əzmkar qələbə VİDEO
-
10:24
Almeyda Bakıya gəlib: Yaxşı övlad doğma evinə qayıdar
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
06.11.2026
05.11.2026
























