14 Sentyabr 2025, Bazar günü
Kurban Berdıyevdən qələbə şərhi
"Turan Tovuz" "Qəbələ"yə qalib gəldi
“Neftçi”nin heyətində iki itki
“Mövzuya bir daha qayıtmayacağam”

Ölkə futbolu

“Qəbələ” - “Neftçi”: 63-cü duel

Azərbaycan Premyer Liqasının XXII turunun açılış oyununda “Qəbələ” öz meydanında “Neftçi”ni qəbul edəcək.

Futbolxeber.az-ın “Qəbələ”nin saytına istinadən verdiyi məlumata görə, Qəbələ şəhər stadionunda baş tutacaq matç rəqiblərin 63-cü dueli olacaq.

Komandalar indiyədək 62 dəfə qarşılaşıb. Aktivində 18 qələbə olan “Qəbələ” 16 heç-heçə edib və 28 dəfə məğlub olub. Rəqib qapısına 74 top vuran “Qəbələ” futbolçuları 91 qol buraxıb.

Fevralın 10-da keçiriləcək oyun Premyer Liqa çərçivəsində 58-ci qarşılaşma olacaq. Əvvəlki 57 matçda 17 qələbəsi olan “Qəbələ” 13 dəfə bir xalla kifayətlənib və 27 dəfə uduzub. Rəqib qapısına 67 dəfə yol tapan “qırmızı-qaralar” 86 top buraxıb.

“Qəbələ” “Neftçi”ni 32-ci dəfə qəbul edəcək. Əvvəlki 31 ev matçında komanda 9 dəfə qalib gəlib, 7 heç-heçə edib və 15 dəfə uduzub. Bu matçlarda meydan sahibləri 39, qonaqlar 45 qol vurub.

Xatırladaq ki, fevralın 10-da Qəbələ şəhər stadionunda keçiriləcək matç saat 15:00-də başlayacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30