8 Fevral 2026, Bazar günü
"Yenə də favorit "Qarabağ"dır"
"Neftçi"də braziliyalı vinger?
Azərbaycan futbolunda yenilik
Aərbaycan kubokunun püşkü atılıb

Ölkə futbolu

"Sabah"ın baş məşqçisi: "Neymar bizə keçməyə daha yaxındır, nəinki o"

"Sabah"ın baş məşqçisi Murad Musayev ispaniyalı yarımmüdafiəçi Xese Rodriqez və "Ximki"də çıxış edən Ayaz Quliyevi transfer edəcəkləri barədə məlumatlara münasibət bildirib.

Futbolxeber.az saytının məlumatına görə, o, "CBC Sport"a açıqlamasında deyib: 

"Reallıq odur ki, Neymar bizə keçməyə daha yaxındır, nəinki Xese. Ayazla danışıqlarımız hələ olmayıb. Mətbuatdan bilirəm ki, onun klubu ilə problemi olub. Amma biz danışmamışıq. Transferlərin olmaması məni ciddi narahat etmir. Keçidlər hələ mümkündür. Çünki transfer pəncərəsi açıqdır".

Qeyd edək ki, Xese Rodriqez  “Real”, “Las Palmas”, “Betis”, PSJ, “Stok Siti”, “Sportinq” klublarında çıxış edib. Ayaz Quliyev isə "Rusiya"da "Ximki" ilə yanaşı, ölkənin aşağı yaş qruplarından ibarət yığmalarında oynayıb.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28