8 Noyabr 2025, Şənbə
Sxadadze azarkeşlərdən üzr istədi
Saşa İliç qələbəni şərh etdi
Millimiz Özbəkistaba məğlub oldu
Kadi uzun müddətə sıradan çıxdı

Ölkə futbolu

De Byazi: "Ona dedim ki, mənim komandamda olacaqsan"

Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi yığmamızın və "Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyevin klubun Türkiyədəki təlim-məşq toplanışı zamanı zədələnməsi barədə danışıb.

Futbolxeber.az saytının məlumatına görə, bir neçə gün əvvəl 28 yaşlı qolkiperin qolu sınıb. De Byazi isə Şahruddinlə danışdığını bildirib: "Şahruddinlə danışdıq. O, çox məyusdur ki, belə durumla üzləşib. Şahruddin daha əvvəl zədə aldığı qolundan zədələnib. Ümid edirəm ki, o, tezliklə sağalacaq. Nə vaxt sağalacağını bilmirəm. Amma onunla söhbət edəndə dedim ki, narahat olma, vaxtını səmərəli keçir. Mənim komandamda olacaqsan. Şahruddini kimin əvəzləyəcəyi haqda suala isə cavab verə bilmərəm".

Qeyd edək ki, Azərbaycan millisi Avro-2024-ün seçmə mərhələsində martın 24-ü Avstriya, 27-si isə İsveçin qonağı olacaq.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30