Ölkə futbolu
Ayxan bəy, bəlkə bir az yavaşlayaq?
Premyer Liqamızın 12-ci turunun açılış oyununda “Turan Tovuz” sona yaxın vurduğu qolla “Sumqayıt” üzərində 1:0 hesablı qələbə qazandı. 90 dəqiqə ərzində görüşə tamaşa edənlər də təsdiqləyər ki, cari mövsümün ən cansıxıcı, maraqsız qarşılaşmalarından birini izlədik. Matçdan sonra təşkil olunan mətbuat konfransında “Sumqayıt”ın baş məşqçisi Samir Abasovun da dediyi kimi, həqiqətən də I Divizion səviyyəsində bir oyun idi. Futbolçular ard-arda 3-4 dəqiqə ötürmə verməkdə belə çətinlik çəkirdilər...
Mətbuat konfransı demişkən, oyundan sonra baş məşqçilərin açıqlamaları mətbuat üçün 90 dəqiqə ilə müqayisədə daha maraqlı idi. Xüsusən də Ayxan Abbasov ehtiyat oyunçular skamyasında olduğu kimi, media önündə də xeyli fəal idi. “Turan Tovuz”un çalışdırıcısı əvvəlcə həmkarının oyunun səviyyəsinin Premyer Liqaya deyil, I Diviziona uyğun gəlməsi fikri ilə razılaşmadığını vurğuldı, bununla kifayətlənməyib Samir Abasova söz də atdı: “Yəqin Samir müəllim “Neftçi”dən sonra səviyyə baxımından aşağı komandalarda işləyəndə çətinlik çəkir”...
Amma Ayxan Abbasovun əsas “hədəf”i həmkarı yox, “Sumqayıt”ın prezidenti Riad Rəfiyev idi. Komandasının qolunu çılğınlıqla qeyd etməsi barədə sualı cavablandırarkən Ayxan Abbasovun “Bu qol bəzi adamlara ismarış idi. Öz mesajlarını aldılar” cümlələrinin məhz Rəfiyevə ünvanlaması məlum məsələdi. Təbii ki, hər kəs fikrini ifadə etməkdə azaddı. Amma Ayxan Abbasov deyəsən, bəzi şeyləri unudur.
Birincisi, “Turan Tovuz” hələ 15 xaldan başqa nəyəsə nail olmayıb. Mövsümün isə yalnız 30 faizi geridə qalıb. Çempionatın yekununda “Sumqayıt”ın, yaxud “Turan Tovuz”un turnir cədvəlində daha yüksəkdə olacağını indidən heç kim dəqiqliyi ilə deyə bilməz. III, IV dövrədə “Sumqayıt”a uduzacağı halda, yaxud mövsümün yekununda Samir Abasovun komandası turnir cədvəlində daha yüksəkdə olacağı təqdirdə Ayxan Abbasov nə deyəcək? O halda kimə mesaj göndərəcək?
İkincisi, bəli, Ayxan Abbasovun "Sumqayıt"la ardıcıl 2 dəfə avrokuboklara qatılması, ölkə kubokunda final oynaması uğurdu. Lakin belə təəssürat yaranır ki, sanki bütün bunlara Ayxan Abbasov tək nail olub. Sanki bu uğurda ondan başqa heç kimin rolu olmayıb. Axı “Sumqayıt”ın qazandığı nəticələrdə baş məşqçi kimi klub prezidentinin, futbolçuların, klub rəsmilərinin, hətta klub avtobusunun sürücüsünün də, stadionun xadiməçisinin də müəyyən rolu var. Uğur qazanmaq üçün mütləq komanda olmalıdı. Təbii ki, baş məşqçinin qazanılan uğurda böyük rolu var. Lakin hər şeyi öz adına bağlamaq heç bir məntiqə sığmır.
Şahid olduğumuz bir məqamı deyə bilərik ki, “Sumqayıt”ın ardıcıl ikinci il avrokuboklara vəsiqə qazandığı vaxt komanda ilə bağlı bir yazı hazırlayırdıq. Həmin vaxt Riad Rəfiyevlə danışmaq istəsək də, klub prezidenti “məndənsə baş məşqçi ilə danışın” demişdi. İndi Ayxan Abbasovun hər fürsətdə Rəfiyevə söz atdığını görəndə istər-istəməz bu iki hərəkət arasında müqayisə aparmalı olursan...
Ayxan Abbasov “Sumqayıt”dan inciyib. Özünə görə bunun üçün arqumentləri də var. Lakin hər fürsətdə bu incikliyi açıq-aşkar büruzə verməsi heç də xoş deyil. Ona qalsa, Samir Abasov “Neftçi”ni 9 ildən sonra çempion etdi və növbəti mövsüm komandadan göndərildi. Yaxud ortada Qurban Qurbanov nümunəsi var. “Qarabağ”la Avropada tarix yazan təcrübəli mütəxəssisin milli komanda karyerası cəmi 1 ili əhatə elədi. İndi Qurban bəy hər açıqlamasında AFFA-ya söz atmalıdı? “Qarabağ”ın çalışdırıcısının təkcə qazandığı nəticələri deyil, eləcə də təmkini, səbri, təvazökarlığı digər məşqçilərə örnək olsa, heç də pis olmaz...
İBRAHİM
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- “Neftçi” 5 min manat cərimələndi
- Azərbaycan kubokunda yeni rekord
- VII turun hakim təyinatları
- Asif Məmmədovdan 18 ilin rekordu
- Fətiyev bürünc medal qazandı
- “Səbail” qələbəni əldən verdi
-
21:14
Abşeron Olimpiya İdman Kompleksində kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
-
20:59
“Şəfa”da qalmaqal: maaşını tələb etdi, “23”lükdən uzaqlaşdırıldı
-
20:30
"Neftçi" "Kəpəz"lə oyuna hazırdır FOTOLENT
-
19:22
Çempionlar Liqasında həftənin ən yaxşı kim seçildi?
-
18:07
Millimiz Çexiya ilə heç-heçə etdi
-
17:46
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
-
17:33
O da FİFA prezidentliyinə namizəd olacaq
-
16:15
"Zirə" "Qəbələ" ilə oyuna hazırlaşır FOTOLENT
-
15:51
Almaniya millisinin heyəti açıqlandı
-
15:24
Zəfər Günü münasibətilə Gəncədə veloyürüş keçirilib
-
14:48
"Kəpəz"in futbolçusu milliyə çağırıldı
-
14:32
Ronaldo Portuqaliya millisinə vida etdi
-
14:00
"Şəki"də yeni baş məşqçi
-
13:17
Anatoli Ponomaryov: “Avropada bu komandaya getmək istəyirəm” deməklə iş bitmir”
-
12:56
Azərbaycan şahmatçısı U-20 dünya çempionatında bürünc medal qazanıb
-
12:23
“Neftçi”nin legionerinə millidən dəvət
-
11:39
XI turun hakim təyinatları açıqlandı
-
11:15
"Borussiya"nın qələbəsi VİDEO
-
11:01
Cüdo üzrə yeniyetmələr arasında Bakı şəhər birinciliyi keçiriləcək
-
10:48
"Real"dan əzmkar qələbə VİDEO
-
10:24
Almeyda Bakıya gəlib: Yaxşı övlad doğma evinə qayıdar
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
"Fənərbaxça" "Liverpul"a qalib gəldi VİDEO
-
21:35
Azərbaycan gimnastları dünya çempionatına uğurlu start veriblər
-
19:49
"Şamaxı"nın legioneri milliyə dəvət aldı
-
18:51
Cüdo məşçiləri üçün peşəkar inkişaf proqramı keçirilir
-
18:24
"Qarabağ" "Dinamo"ya məğlub oldu
-
18:00
“Barselona” “Atletiko” önünə itki ilə çıxacaq
-
17:37
Yamal Mbappenin rekordunu qırdı
-
17:12
İngiltərə klubunda yeni baş məşqçi
-
16:53
Çempionlar Liqasında iki rekorda birdən imza atdılar
-
16:25
Bölgə klubu oyunu boykot etdi - Maaşlar verilmir
-
16:08
FIFA-dan AFFA-ya təşəkkür məktubu
-
15:46
Aysel Əhmədli Avropa çempionatında qızıl medal qazanıb
-
15:19
"İmişli"nin U-19 komandasına 6 legioner cəlb olunub
-
14:51
Kamal Umudlunun idarə etdiyi oyunda PSJ uduzdu
-
14:34
“Turan”ın legioneri: “Əldə etdiyimiz uğur əzmkarlığın nəticəsidir”
-
14:00
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
13:42
“Turan”dan jest: Çempionlar Liqası oyununun biletləri ödənişsizdir
-
13:27
Şahin Bağırov Ağsuda yeniyetmə voleybolçuların valideynləri ilə fikir mübadiləsi aparıb
-
12:53
Azərbaycan Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
-
12:35
Turun mərkəzi oyununun biletləri satışda
-
11:46
“Qarabağ”ın legioneri ilk dəfə milliyə dəvət aldı
-
11:18
Azərbaycan - Çexiya oyunun hakimləri bilindi
-
10:21
“Neftçi” azarkeşi, nəyin çatışmır?
-
10:09
"Bavariya" Madriddən 3 xalla qayıtdı VİDEO
-
09:54
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
-
09:32
"Mançester Yunayted"dən əzmkar qələbə VİDEO
-
09:17
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:00
Batrakovun dublu "Qalatasaray"a qələbə qazandırdı VİDEO
05.11.2026
04.11.2026
























