Ölkə futbolu
“Yəqin Samir Abasov “Neftçi”dən sonra aşağı komandalarda işləyəndə çətinlik çəkir”
Azərbaycan Premyer Liqasının XII turunun açılış matçında “Turan Tovuz”a “Sumqayıt” üzərində qələbə qazanıb - 1:0.
Futbolxeber.az saytının məlumatına görə, oyundan sonra təşkil olunan mətbuat konfrasında Tovuz klubunun baş məşqçisi Ayxan Abbasov komandasının qələbəsini belə şərh edib:
“Evdə qələbə qazanmaq, azarkeşlərimizi sevindirmək istəyirdik. Futbolçularımız sağ olsunlar ki, bunu bacardılar. Azarkeşlərimizə verdikləri dəstəyə görə təşəkkür etmək istəyirəm. Çünki oyunun kritik anında kimin ev sahibi olduğu bilindi. Komanda sonda yorulmuşdu. Fanatların dəstəyi, səbirli olmaqları bizə kömək etdi.
Oyuna gəldikdə, “Sumqayıt”ın son turda “Zirə” ilə matçda yaxşı təsir bağışlamışdı. Buna görə bilirdik ki, bizi ağır oyun gözləyir. Bəlkə də istədiyimiz sürət olmasa da, meydanın hər qarışı uğrunda mübarizə var idi. 1 qol oyunun taleyini həll edə bilərdi. Sevinirəm ki, çətinliklərimiz olsa da, yekunda qələbə qazandıq. Heyətlə bağlı çətinliklərimiz olsa da, xarakter nüayiş etdirdik. Hər xal bizim üçün vacibdi. Turnir cədvəlində bizdən aşağıda olan komandalara məğlub olmamalıyıq”.
- Samir Abbasov bugünkü görüşü I divizion səviyyəsində oyun adlandırdı. Bu fikirlə razısız, yoxsa bu fikri sizin komandanızın qələbəsinə kölgə salmaq kimi qəbul edirsiz?
- Yəqin Samir müəllim “Neftçi”dən sonra aşağı komandalarda işləyəndə çətinlik çəkir, səviyyə baxımından. Bu gün meydanda mübarizə var idi. Mən I divizion sözünü deyə bilmərəm. Hər komandanın öz məqsədi var. Bizim də istəyimiz mübarizə aparmaqdı. Bəzi gerçəkliklər var, onları qəbul etmək lazımdı. Biz klub olaraq inkişaf etmək istəyirik. “Turan Tovuz”un gələcəyi, inkişafı üçün bu periodu keçməliyik. Təbii ki, zəif oyunlar da olacaq, futbolçular səviyyələrindən aşağı da çıxış edəcəklər. Yüksək səviyyəli oyun üçün başqa şərtlər lazımdı.
- Bugünkü qələbə sayəsində xallarınızın sayı 15-ə çatdı. Qələbə sayəsində azarkeşləri sevindirirsiniz. Bu uğurlu çıxışın qarşılığında icra başçısı, tovuzlu iş adamları komandaya diqqət göstərirlər, maddi yardım edirlər? Ümumiyyətlə, maraqlanan, komandaya kömək göstərmək istəyənlər varmı?
- Əlbəttə, maraq var. Bu komandanı Oqtay Abdullayev və Nadir Nəbiyevlə birgə üçümüz qurmuşuq. Futbolçularımız sağ olsunlar ki, büdcənin hələ tam bəlli olmadığı vaxtda bizə inandılar, Tovuza gəlməyə razılıq verdilər. Bundan sonrakı işimiz komandanın böyüməsi, daha da inkişaf etməsidir. Bunun üçün isə təbii ki, kömək lazımdı. İcra başçısı sağ olsun, komandanın ən çətin vaxtında təlim-məşq toplanışına getməsi üçün köməklik göstərdi. Bəlkə də həmin toplanışa getməsəydik, komanda bu qədər hazır olmazdı. Mükafat və digər bəzi xırda məsələlərdə köməklik edirlər. Ümid edirik ki, bu qələbələr iş adamlarında da həvəs oyadar. Lakin indiki məqamda əsas güc rəhbərliyə düşür.
- Qələbə qolundan sonrakı Ayxan Abbasovun partlayış nəyin partlayışı idi? Şəhriyar Əliyev də qol sevincini məhz sizinlə bölüşdü.
- Partlayış deməzdim. Mən ümumən hər qola çox sevinirəm. Amma onu da deyim ki, bu qol bəzi adamlara ismarıc idi. Öz mesajlarını aldılar.
- “Turan Tovuz”un oyunları nədənsə həftə arasına düşür. Halbuki Tovuzda azarkeş potensialı böyükdü. Bu məqam komandanıza qarşı dırnaqarası təxribat deyil ki?
- Yox, elə deməzdim. Bizim noyabrın əvvəlində təxirə salınmış oyunumuz var. Gələn tur “Şamaxı” ilə üz-üzə gələcəyik, daha sonra noyabrın 9-da “Qarabağ”la təxirə salınmış oyunumuz olacaq. Daha sonra isə Gəncəyə yollanacağıq. Milli komandaların oyunlarına görə çempionatda fasilə yaranacaq və buna görə “Kəpəz”lə oyunun vaxtını dəyişmək mümkün deyil.
- Qısa müddətdə Tovuzda 3 oyununuz olacaq. Biri bu gün keçirildi, daha ikisini isə qarşıdakı günlərdə oynayacaqsız. Bu qrafik komandaya necə təsir edəcək?
- Yaxşı qrafikdi. Düzdü, futbolçular yüklənəcək. Bizi narahat edən əsas məsələ zədələr, xəstəliklərdi. Çünki bəzi mövqelərdə ehtiyat oyunçumuz demək olar ki yoxdur. Xüsusən də cinahlarda. Bu gün də meydanda cinah müdafiəçimiz yox idi. Rotasiyalar sayəsində vəziyyətdən çıxmağa çalışırıq. Lakin çətinliklər barədə çox danışmaq istəmirəm. Çünki vəziyyəti bilib gəlmişəm. İndİki mövsümdə komandanı qurmağı hədəfləyirik.
- Heyətdəki problemlərə görə kubokla çempionat arasında seçim etməyiniz mümkündür? Yoxsa hər iki cəbhədə sona qədər mübarizə aparacaqsınız?
- Kubok oyunu fasilədən sonra olacaq. O vaxta qədər vaxt var. Tam heyətlə oynasaq, sona kimi mübarizə aparacağıq. İndiki halda gənclərə də şans veririk. Bir neçə futbolçu var ki, onları bugünkü gündə qazanırıq. Bəlkə də bu gün Premyer Liqada komanda sayı artmasaydı, həmin oyunçular I divizionda mübarizə aparacaqdılar.
- Komandaya sponsor tapılsa, bu gənclərlə yola davam edəcəksiz, yoxsa legionerlərlə güclənəcəksiz?
- Yayda qarşıma hansısa məqsəd qoysaydılar, söz verməzdim. Amma bu gün çempionatda elə komandalar var ki, büdcələri bizdən çox olsa da, turnir cədvəlində onlardan yüksəkdəyik. Komanda qurmaq asan məsələ deyil, hətta deyərdim ən çətin işdi. Bunun üçün vaxt lazımdı. Sponsor tapılsa, daha da inkişaf edərik. “Sumqayıt”da da Konfrans Liqasında 3 gənclə mübarizə aparırdım. Yaxud bu gün “Sabah”da, “Neftçi”də, “Zirə”, “Qarabağ”da da gənclər oynayır. Yaxşı gənc legionerlə rəqabət apara bilirsə, məşqçi ona güvənəcək.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Neftçi” 5 min manat cərimələndi
- VII turun hakim təyinatları
- Azərbaycan kubokunda yeni rekord
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Səbail” qələbəni əldən verdi
- Fətiyev bürünc medal qazandı
- "Sumqayıt"ın qələbə həsrəti bitdi
-
12:48
NTD-dən növbəti transfer
-
12:24
Prezident İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib FOTOLENT
-
11:56
“Yuventus” 19 yaşlı hücumçu ilə maraqlanır
-
11:33
Musa Qurbanlı: “Hər nə qədər çətinə düşsək də, hədəflərimiz dəyişmir”
-
11:17
Türkiyə klubunda yeni baş məşqçi
-
10:45
Azərbaycan gimnastı dünya çempionatında finala vəsiqə qazanıb
-
10:21
Cenk Sümer: “Neftçi” bu gün boş tribunalar önündə oynamağı haqq etmir”
-
10:09
ünün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:52
"Kasımpaşa"nın qələbəsi VİDEO
-
09:30
Cəlal oynadı, komandası qalib gəldi
-
23:05
"Neftçi" 3 xalı tək qolla qazandı VİDEO
-
22:36
Vernidub: “Sevinirəm ki, meydana sonradan çıxanlar nəticə verirlər”
-
21:58
"Zəfər Turu": "Turan Tovuz" və "Neftçi" qələbə qazandı
-
21:11
"Turan Tovuz" "Qarabağ"ı tək qolla üstələdi VİDEO
-
20:49
Qurban Qurbanov: "Bu, onların haqqı idi”
-
20:24
Kurban Berdıyevdən qələbə şərhi
-
19:00
“Neftçi” - “Kəpəz”: Heyətlər açıqlandı
-
18:37
Riçarlison “Qalatasaray”a keçir?
-
18:03
BOS: "Borussiya"nın ittihamı əsassızdır, "Barselona" isə narahat olmaya bilər" FOTOLENT
-
17:45
“Barselona” daha 3 futbolçusu ilə müqavilə yeniləyəcək
-
17:23
Azərbaycanın tamblinq millisi ardıcıl üçüncü dəfə dünya çempionu olub
-
16:56
“Qarabağ” - “Turan Tovuz”: Heyətlər müəyyənləşdi
-
16:31
Emin Mahmudov: "Milli formanı geyindiyim ilk günü heç vaxt unutmayacağam"
-
16:19
I Liqa klubunda yeni prezident
-
16:00
PFL “Ayın qolu”nun müəllifini mükafatlandırdı
-
15:38
Azərbaycanla oyuna 15 nəfər çağırıldı
-
15:02
"Turan Tovuz"un legioneri milliyə dəvət alıb
-
14:44
Üzgüçülərimiz Belarusda 2 medal qazanıblar
-
14:27
Azərbaycan - Latviya oyununun hakimləri məlum oldu
-
13:53
Stolüstü tennisçilərimiz Avrasiya Liqasında III turun oyunlarına çıxacaqlar
-
13:35
AMADA "10ların təbəssümü" layihəsi çərçivəsində qazi övladları üçün Zəfər Günü tədbiri keçirib
-
13:19
AFFA 8 komandaya texniki məğlubiyyət verdi
-
12:41
Millimizə 27 futbolçu dəvət aldı
-
12:20
“Şahdağ Qusar”a texniki qələbə verildi
-
12:08
Emin Mahmudov millidəki karyerasını başa vurur
-
11:52
Zəfər Gününə həsr olunmuş bədii gimnastika yarışı keçiriləcək
-
11:34
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:17
Azərbaycanda çıxış etmiş moldovalı futbolçu vəfat edib
-
10:45
UEFA reytinqi: Azərbaycan mövqeyini qoruyur
-
10:23
Azərbaycan gimnastları dünya çempionatında mübarizəni davam etdirirlər
-
10:09
"Milan"dan gözlənilməz məğlubiyyət VİDEO
-
09:51
Cüdoçularımız Zaqrebdə Qran-pri turnirində iştirak
-
09:30
"Beşiktaş" "Seltik"ə uduzdu VİDEO
-
21:14
Abşeron Olimpiya İdman Kompleksində kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
-
20:59
“Şəfa”da qalmaqal: maaşını tələb etdi, “23”lükdən uzaqlaşdırıldı
-
20:30
"Neftçi" "Kəpəz"lə oyuna hazırdır FOTOLENT
-
19:22
Çempionlar Liqasında həftənin ən yaxşı kim seçildi?
-
18:07
Millimiz Çexiya ilə heç-heçə etdi
-
17:46
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
-
17:33
O da FİFA prezidentliyinə namizəd olacaq
07.11.2026
06.11.2026
05.11.2026
























