Ölkə futbolu
Samir Abasov: “Oyun yoxdusa, nə danışasan?”
Azərbaycan Premyer Liqasının XII turunda “Sumqayıt” səfərdə “Turan Tovuz”a 0:1 hesabı ilə uduzub.
Futbolxeber.az saytının məlumatına görə, görüşdən sonra təşkil olunan mətbuat konfransında “Sumqayıt”ın baş məşqçisi Samir Abasov komandasının yenilgisini belə şərh edib:
“Rəqibi təbrik edirəm. Oyun yoxdusa, nə danışasan? I divizion səviyyəsində matç keçdi. Temp yox idi, qərarlar sıfırın altında. Bu halda nə demək olar? Bunları öz komandama aid edirəm. Danışmağa söz tapmıram. Futbolçulara paltardəyişmə otağında demişdim ki, bu oyunun taleyini diqqətsizlik həll edə bilər. Yeganə qolu ya biz vuracaqdıq, ya da rəqib. Vəziyyətimiz kritikdi. Özümə deyirəm ki, səbirli olmalıyıq. İndiki halda əldən nəsə gəlmir. Bir variant düşdü, Riçard Qadzeni heyətə cəlb etdik. Görün hansı haldayıq ki, udmalı olduğumuz oyunu futbolçu formaya düşsün deyə qurban veririk”.
- Siz özünüz mübariz insansız, məğlubiyyəti qəbul eləmirsiz. Bu vəziyyətə necə dözürsüz, əsəblərinizi necə soyudursuz?
- Hazırda sakitəm. Çünki gələndə vəziyyətin necə olduğunu bilirdim. İlk müsahibəmdə də demişdim ki, komandanın içinə düşəndən sonra vəziyyətin necə olacağını biləcəm. Klub rəhbərliyi ilə gəlişimi müzakirə edəndə özüm üçün siyahı tərtib etmişdim. Orada gələcək planlar yer almışdı. Qış fasiləsinə qədər qazanacağımız futbolçular, komandanın oyun planı, görəcəyimiz işlər və s. Səbr etməyib, qışqırmaqla nə düzələcək ki? Dözmək lazımdı.
- Bir misal var, “ürəkdən tikan çıxır”. “Neftçi”nin son oyunlarına baxanda ürəyinizdən tikan çıxır?
- Belə baxıram da (gülür).
- Bugünkü matçda futbol olmasa da, zədələr çox idi. Bunu nə ilə əlaqələndirmək olar?
- Turenin zədə aldığı epizodda futbolçunun səhvi var idi. Orda ötürmə vermək əvəzinə var gücü ilə zərbə endirir və öz dizi zədələnir. Ayağın topa qoyuluşu düz deyildi. Todor isə oyundan əvvəl özünü narahat hiss edirdi. Amma həkimlərin məsləhətindən sonra onu meydana buraxdıq. Çox istəkli idi. Özü də demişdi ki, nə qədər dözəcəmsə, o qədər də oynayacam.
- Tovuz stadionda futbolçu kimi çox oynasaz da, məşqçi kimi ilk dəfə idi. Ab-hava necə idi?
- Ab-hava əla idi. Amma bu ah-havaya da uyğun futbol göstərməlisən. Təbii ki, rəqibin azarkeşləri bu gün sevinərək stadionu tərk etdilər. Lakin oyuna baxırsan, 2-3 ötürmədən sonra qırılma olur. Kənardan düşünürsən ki, bu nə futboldu? İnanın ki, özümüz də bu gün qalib gəlsəydik, yenə də eyni sözləri deyəcəkdim.
- Sizcə, oyunun ədalətli nəticəsi nə idi?
- Elə 0:1 hesabı ilə uduzmağımız.
- Qazon süni olsa da, komandanız Sumqayıtda həftə ərzində bu oyuna təbii meydançada hazırlaşırdı...
- Süni meydançada məşq etsəydik, onun fəsadları daha pis ola bilərdi. Futbolçu kimi süni meydançada məşq etməyin acısını çox yaşamışam.
- Qış fasiləsini gözlədiyiniz dediniz. Məlum məsələdir ki, legionerlərin əksəriyyətinin səviyyəsi yüksək deyil. Onların klubla müqaviləsi var. Rəhbərlik yeni legionerlərin alınması üçün büdcə ayırmasa, bəs necə olacaq?
- Rəhbərliklə fikrimiz eynidi. İşlərimizi də ona uyğun qururuq. Hansısa futbolçunu göndərməliyiksə, buna görə çıxış yolu tapmalıyıq. Təbii ki, ayrılan büdcədən kənara da çıxa bilmərik. Çalışırıq ki, az olsun, amma səviyyəli futbolçular olsun.
- Qışa qədər vəziyyətdən çıxmaq üçün hansı addımları atacaqsınız?
- Bəzi futbolçularımızla söhbətim olacaq. Çünki 1-2 nəfərin yanaşması xoşuma gəlmir. Bu məsələdə səbr etməyə ehtiyac yoxdu. Lakin bu, oyunumuza təsir etməyəcək. İndiki məqamda işimiz komandanı növbəti oyuna hazırlaşamaqdı.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- “Neftçi” 5 min manat cərimələndi
- Azərbaycan kubokunda yeni rekord
- VII turun hakim təyinatları
- Asif Məmmədovdan 18 ilin rekordu
- Fətiyev bürünc medal qazandı
- “Səbail” qələbəni əldən verdi
-
21:14
Abşeron Olimpiya İdman Kompleksində kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
-
20:59
“Şəfa”da qalmaqal: maaşını tələb etdi, “23”lükdən uzaqlaşdırıldı
-
20:30
"Neftçi" "Kəpəz"lə oyuna hazırdır FOTOLENT
-
19:22
Çempionlar Liqasında həftənin ən yaxşı kim seçildi?
-
18:07
Millimiz Çexiya ilə heç-heçə etdi
-
17:46
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
-
17:33
O da FİFA prezidentliyinə namizəd olacaq
-
16:15
"Zirə" "Qəbələ" ilə oyuna hazırlaşır FOTOLENT
-
15:51
Almaniya millisinin heyəti açıqlandı
-
15:24
Zəfər Günü münasibətilə Gəncədə veloyürüş keçirilib
-
14:48
"Kəpəz"in futbolçusu milliyə çağırıldı
-
14:32
Ronaldo Portuqaliya millisinə vida etdi
-
14:00
"Şəki"də yeni baş məşqçi
-
13:17
Anatoli Ponomaryov: “Avropada bu komandaya getmək istəyirəm” deməklə iş bitmir”
-
12:56
Azərbaycan şahmatçısı U-20 dünya çempionatında bürünc medal qazanıb
-
12:23
“Neftçi”nin legionerinə millidən dəvət
-
11:39
XI turun hakim təyinatları açıqlandı
-
11:15
"Borussiya"nın qələbəsi VİDEO
-
11:01
Cüdo üzrə yeniyetmələr arasında Bakı şəhər birinciliyi keçiriləcək
-
10:48
"Real"dan əzmkar qələbə VİDEO
-
10:24
Almeyda Bakıya gəlib: Yaxşı övlad doğma evinə qayıdar
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
"Fənərbaxça" "Liverpul"a qalib gəldi VİDEO
-
21:35
Azərbaycan gimnastları dünya çempionatına uğurlu start veriblər
-
19:49
"Şamaxı"nın legioneri milliyə dəvət aldı
-
18:51
Cüdo məşçiləri üçün peşəkar inkişaf proqramı keçirilir
-
18:24
"Qarabağ" "Dinamo"ya məğlub oldu
-
18:00
“Barselona” “Atletiko” önünə itki ilə çıxacaq
-
17:37
Yamal Mbappenin rekordunu qırdı
-
17:12
İngiltərə klubunda yeni baş məşqçi
-
16:53
Çempionlar Liqasında iki rekorda birdən imza atdılar
-
16:25
Bölgə klubu oyunu boykot etdi - Maaşlar verilmir
-
16:08
FIFA-dan AFFA-ya təşəkkür məktubu
-
15:46
Aysel Əhmədli Avropa çempionatında qızıl medal qazanıb
-
15:19
"İmişli"nin U-19 komandasına 6 legioner cəlb olunub
-
14:51
Kamal Umudlunun idarə etdiyi oyunda PSJ uduzdu
-
14:34
“Turan”ın legioneri: “Əldə etdiyimiz uğur əzmkarlığın nəticəsidir”
-
14:00
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
13:42
“Turan”dan jest: Çempionlar Liqası oyununun biletləri ödənişsizdir
-
13:27
Şahin Bağırov Ağsuda yeniyetmə voleybolçuların valideynləri ilə fikir mübadiləsi aparıb
-
12:53
Azərbaycan Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
-
12:35
Turun mərkəzi oyununun biletləri satışda
-
11:46
“Qarabağ”ın legioneri ilk dəfə milliyə dəvət aldı
-
11:18
Azərbaycan - Çexiya oyunun hakimləri bilindi
-
10:21
“Neftçi” azarkeşi, nəyin çatışmır?
-
10:09
"Bavariya" Madriddən 3 xalla qayıtdı VİDEO
-
09:54
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
-
09:32
"Mançester Yunayted"dən əzmkar qələbə VİDEO
-
09:17
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:00
Batrakovun dublu "Qalatasaray"a qələbə qazandırdı VİDEO
05.11.2026
04.11.2026
























