6 Avqust 2026, Cümə axşamı
"Qarabağ" Polşaya yollandı
Azərbaycan II Liqasının püşk atıldı
"Sumqayıt"da braziliyalı yarımmüdafiəçi
“Şamaxı” “Qəbələ”yə qalib gəldi

Ölkə futbolu

“Sumqayıt” 45 dəqiqəyə 2 legionerini itirdi

Azərbaycan Premyer Liqasının 12-ci turunda səfərdə "Turan Tovuz"la qarşılaşan “Sumqayıt” ciddi itkilərlə üzləşib.

Futbolxeber.az saytının məlumatına görə, ilk 45 dəqiqədə Samir Abasovun komandası 2 legionerinin xidmətindən məhrum olub.

Əvvəlcə matçın əvvəlində Alya Ture zədələnib. Həkimlər 2 dəfə qvineyalı yarımmüdafiəçiyə meydanda tibbi yardım göstərsələr də, o, 20-ci dəqiqədə  Rüfət Abdullazadə ilə əvəzlənməli olub.

İlk yarının sonuna yaxın isə Todor Todoroski xəsarət alıb. Şimali makedoniyalı müdafiəçi oyunu davam etdirsə də, fasilədə də o da əvəzlənib. Todorskinin əvəzinə 46-cı dəqiqədə meydana Damian Daniçiç daxil olub.

Qeyd edək ki, hazırda ikinci hissəsi gedən “Turan Tovuz” - “Sumqayıt” qarşılaşmasında hesab açılmayıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31