6 Avqust 2026, Cümə axşamı
"Qarabağ" Polşaya yollandı
Azərbaycan II Liqasının püşk atıldı
"Sumqayıt"da braziliyalı yarımmüdafiəçi
“Şamaxı” “Qəbələ”yə qalib gəldi

Ölkə futbolu

Franko Mazurek: "Mövsümü 4-cü pillədə başa vura bilərik"

"Mövsümü ilk "5-lik"də, hətta 4-cü pillədə də başa vura bilərik".

Futbolxeber.az saytının məlumatına görə, bunu "Report"a açıqlamasında "Səbail"in futbolçusu Franko Mazurek komandanın cari mövsüm çıxışı barədə danışarkən deyib.

29 yaşlı yarımmüdafiəçi yaxşı nəticələr əldə etmək üçün bəzi aspektləri təkmilləşdirməli olduqlarını bildirib: "Həqiqət odur ki, hələlik istədiyimiz kimi çıxış edə bilmirik. Biz daha çox xal qazanmağa layiqik".

Azərbaycan çempionatının səviyyəsinin yaxşı olduğunu söyləyən argentinalı oyunçu XII turda səfərdə "Kəpəz"lə görüş haqqında fikirlərini bölüşüb: "Üst pillələrdəki komandalara çata bilmək üçün mütləq qələbə qazanmalıyıq. Həmişə daha yaxşı nəticələrə ümid etməliyik".

Mövsümün əvvəlindən "dənizçilər"də çıxış edən Mazurek Azərbaycana uyğunlaşması barədə də danışıb: "Fərqli ölkəyə və mədəniyyətə uyğunlaşmaq həmişə çətindir. Amma xoşbəxtlikdən klubdakı insanlar həmişə məni ailənin üzvü kimi qəbul edir. Belə olan təqdirdə hər şey asanlaşır".

2021/2022 mövsümündə Kiprin AEL (Limassol) klubunda çıxış edən futbolçu UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Qarabağ"a qarşı keçirdiyi görüşləri də xatırlayıb: "Çox gözəl matçlar idi. Kiprdəki qarşılaşmada qalib gəlməli idik. Amma rəqib uzatma dəqiqələrində hesabı bərabərləşdirdi. Bakıda isə matçın sonlarında buraxdığımız qola görə uduzduq".

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31