28 Fevral 2026, Şənbə
Millimizin rəqibləri müəyyənləşdi
"Zirə" və "Kəpəz"dən qələbə
Boksçumuz erməniyə qalib gəldi
ÇL: 1/8 final mərhələsinin püşkü atıldı

Ölkə futbolu

"Qarabağ" Kadi Borgesi itirdi

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda "Olimpiakos"la Bakıdakı matçda (0:0) zədələnən futbolçusu Kadi Borgesin durumuna aydınlıq gəlib.

Futbolxeber.az saytının məlumatına görə, 26 yaşlı yarımmüdafiəçi tibbi müayinədən keçərkən ayaq əzələsində problem aşkarlanıb. Lakin braziliyalının zədəsinin çox ciddi deyil. O, 7-10 gün müddətində yaşıl meydanlardan kənarda qalacaq.

Kadi Premyer Liqanın 10-cu turunda "Sumqayıt"la sabahkı matçı buraxacaq. Lakin Borgesin Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda "Nant"la səfər görüşünə qədər bərpa olunacağı gözlənilir.

Qeyd edək ki, "Nant" - "Qarabağ" matçı oktyabrın 27-si Fransada olacaq.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28