3 Fevral 2026, Çərşənbə axşamı
"Qarabağ" yeni transfer edir
"Qarabağ" və "Neftçi"dən qələbə
"Sumqayıt"da gözlənilməz ayrılıq
Yuri Vernidubdan qələbə şərhi

Ölkə futbolu

Tərlan Əhmədov: “Vaxt bizi sıxır”

“Kəpəz”in baş məşqçisi Tərlan Əhmədov bu gün Azərbaycan Premyer Liqasının VI turu çərçivədində keçiriləcək Qərb derbisi barədə fikirlərini bölüşüb. 

Futbolxeber.az saytının məlumatına görə, “Kəpəz”də debüt oyununa çıxacaq təcrübəli məşqçi klubun mətubat xidmətinə açıqlamasında “Turan Tovuz”la görüşlə bağlı fikirlərini bölüşüb: 

“Bir neçə gün ərzində komandada əhval-ruhiyyəni qaldırmağa, qələbə ruhu formalaşdırmağa çalışmışıq. Futbolçuların əhvalı yaxşdır. Kollektivi düşdüyü bu durumdan çıxarmalıyıq. Nəticələr qazanmalıyıq. Zamana ehtiyacımız var. Amma vaxt bizi sıxır. Qərb derbisinin prinsipiallığı məlumdur. Azərbaycan çempionatında 2-3 derbidən biridir. Komandaların elitaya qayıtması ilə bu derbi çempionata rəng qatacaq. Məqsədimiz qarşıdakı görüşdə yaxşı nəticə qazanmaqdır. Bunun üçün hazırlaşmışıq. İşimizi səfərbər etmişik. Çətinliklərə baxmayaraq Gəncə futbolunun əvvəlki əzəmətini qaytarmağa səy göstəririk. Azarkeşlərə sevinc bəxş etmək üçün çalışırıq. Onlar bizə dəstək verirlər, oyunlardan zövq almaq istəyirlər. Zamanla komandamız fanatları nəticələri ilə sevindirəcək”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28