16 Dekabr 2025, Çərşənbə axşamı
Vernidub: "Mən sehrbaz deyiləm”
"Neftçi" qələbəni əldən verdi
AFFA klubları soyur! - ARAŞDIRMA
Qurbanov: “Çox vacib qalibiyyət idi”

Ölkə futbolu

"Qarabağ" sabah Macarıstana yollanacaq

UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab görüşündə "Ferentsvaroş" ilə qarşılaşacaq "Qarabağ" FK sabah - avqustun 8-i Macarıstana yollanacaq.

Futbolxeber.az saytının klubun feysbuk səhifəsinə istinadən verdiyi məlumata görə, komandanı Budapeşt şəhərinə aparacaq təyyarə saat 10:30-da Heydər Əliyev Beynəlxalq Hava Limanından yola düşəcək.

Sabah saat 18:40-da (Bakı vaxtı ilə 20:40) komandanın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı olacaq. Saat 19:00-da isə (Bakı vaxtı ilə 21:00) matçın keçiriləcəyi "Ferentsvaroş" stadionunda komandanın media üçün açıq məşqi (ilk 15 dəqiqəsi) reallaşacaq.

Qeyd edək ki, "Ferentsvaroş" - "Qarabağ" oyunu avqustun 9-da Bakı vaxtı ilə 22:00-da başlayacaq. İlk matç 1:1 hesabı ilə yekunlaşıb.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Dekabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31