Ölkə futbolu
Rəşad Sadıqov: "Ona qarşı oynayan komandalar çətinlik çəkirlər"
"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 1-ci turunda "Kəpəz"lə oyundan (2:1) sonra mətbuat konfransı keçirib. Futbolxeber.az saytının məlumatına görə, o, əvvəlcə matç barədə fikirlərini bildirib.
- Həmişə ilk turlar çətin keçir. Xüsusilə avqustdakı isti hava futbolçulara mənfi təsir edir. Avrokubokdan çempionata keçid də çətindir. Rəqib sona qədər əzmkar mübarizə apardı. Kəsərli hücumlar qurmaqda çətinlik çəkirdik. “Kəpəz” həmişə xarakteri ilə seçilib. Bu gün də bunu meydanda gördük. Yaşar müəllimin böyük təcrübəsi var. Ona qarşı oynayan komandalar çətinlik çəkirlər. Azlıqda qaldıqdan sonra Sərtanı yarımmüdafiənin sağına buraxdıq. Son dəqiqələrdə əhəmiyyətli qol vurduq. Bu da oyunçuların xarakterindən xəbər verir. Bu oyundan 3 xal çıxarmaq çox vacib idi. Futbolçuları təbrik edirəm.
- Rəqibdən belə oyun gözləyirdiniz?
- Bəli. Heyəti və Yaşar müəllimin təcrübəsini nəzərə aldıqda gözləyirdim. Təkcə heyətə yox, məşqçiyə, camiəyə də baxmaq lazımdır. Yorulacaqlarını gözləyirdim, amma sona qədər mübarizə apardılar. Bu gün uduza da bilərdik. Futbolçular sona qədər inandılar, xarakter göstərdilər.
- Heyətin geniş olmaması problemini hiss edirsiniz?
- Heyətin genişliyi ilə bağlı problem yaşayırıq. Rəhbərlik transferlər üçün büdcə ayırıb. Amma Avropa bazarında qiymətlər qalxıb. Büdcəmizə uyğun, istədiyimiz oyunçuları gətirməkdə çətinlik çəkirik. Kəmiyyəti artırmaq üçün transfer etmək istəmirik. Bir az da səbr etmək istəyirik.
- VAR çempionata nə qədər maraq gətirib?
- Oyunda çox pauzalar oldu. Qol vurandan sonra axıra qədər sevinmirdim. Amma buna alışmalıyıq. Ötən mövsüm yaşadığımız hakim səhvlərinə görə VAR-ın gəlməsini istəyirdik. Ümid edirəm ki, futbolumuza çox xeyri dəyər.
- Bazar qiymətlərinin qalxdığını dediniz. Buna uyğun büdcə arta bilərmi?
- Danışıqlarımız davam edir. Bu mövzudə təhbərliklə müzakirə olacaq. Keçənilki qiymətə futbolçu gətirə bilmirik. Türkiyədə 3 komanda ilə bir oteldə qalırdıq. Onlar da böyük qiymətlərlə futbolçu tapmaqda çətinlik çəkirdilər. Futbolçuları da bizdən çox güclü deyildi. Orda başa düşdüm ki, bizi nə qədər çətin transfer dövrü gözləyir. Bundan çıxış yolu tapmalıyıq.
- Cəlal Hüseynovun “Şamaxı”ya icarəyə verilməsinin səbəbi nə idi?
- 2 ildir, onun üzərində işləyirəm. Çox fikirləşdik, müzakirələr apardıq və razılaşdıq ki, indi ona daha çox oynamaq lazımdır. 2-3 klubdan ona maraq var idi. Özü “Şamaxı”nı seçdi, mən də onu dəstəklədim. Onun inkişafının qarşısını almamaq üçün bu qərarı verdik. Burada da oynayacaqdı, amma “Şamaxı”da daha çox meydana çıxa bilər.
- Qırmızı vərəqə aldıqdan sonra futbolçular adətən birbaşa paltardəyişmə otağına yollanır. Çantakias isə gəldi, dayandı, formasını yerə çırpdı. Bu cəsarəti haradan tapır?
- Biri var ki, futbolçu mənə görə formanı yerə vurub, biri də var qırmızı aldığına görə. Niyyət çox vacibdir. VAR-a görə ora gəldi. 4-cü hakim dəqiq qırmızı olduğunu dedikdən sonra oranı tərk etdi.
- Bu mövsüm üçün hədəfiniz nədir?
- Bütün komandalar yüksək yerlərdə olmaq istəyir. Ötən mövsüm avrokuboka getmişik, medal qazanmışıq. Bu il də medalçı olmaq istəyirik. Amma digər rəqiblər də güclənib.
- “Qarabağ”la “Neftçi”nin avrokubokda mərhələ keçmək şansını necə görürsünüz?
- Hər ikisinə ümidliyik. “Neftçi” dünən möhtəşəm oynadı. iTəəssüf ki, son saniyələrdə qol buraxdılar. Amma hesabda üstündürlər və yaxşı formadadırlar. "Qarabağ"ın "Neftçi" kimi hesab üstünlüyü yoxdur. Amma şanslar bərabərdir. Hər iki komandaya uğurlar arzu edirəm. Mərhələni adlamalarını istərdim.
- Ramin Musayevin PFL-dən getməsi, “Misli”nin Premyer Liqaya sponsor gəlməsi barədə nə deyə bilərsiniz?
- Bu barədə heç düşünməmişəm. İşlərimiz çoxdur, futbolçulara baxırıq, məşqlər edirik. Könül istər ki, hər nə baş veribsə, xeyrimizə olsun. Ramin müəllimə fəaliyyətinə görə təşəkkür edir, yeni PFL prezidentinə uğurlar arzulayırıq. İstərdik ki, çempionatımızın səviyyəsi daha da artsın.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- “Neftçi” 5 min manat cərimələndi
- Azərbaycan kubokunda yeni rekord
- Asif Məmmədovdan 18 ilin rekordu
- Fətiyev bürünc medal qazandı
- “Səbail” qələbəni əldən verdi
-
16:08
FIFA-dan AFFA-ya təşəkkür məktubu
-
15:46
Aysel Əhmədli Avropa çempionatında qızıl medal qazanıb
-
15:19
"İmişli"nin U-19 komandasına 6 legioner cəlb olunub
-
14:51
Kamal Umudlunun idarə etdiyi oyunda PSJ uduzdu
-
14:34
“Turan”ın legioneri: “Əldə etdiyimiz uğur əzmkarlığın nəticəsidir”
-
14:00
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
13:42
“Turan”dan jest: Çempionlar Liqası oyununun biletləri ödənişsizdir
-
13:27
Şahin Bağırov Ağsuda yeniyetmə voleybolçuların valideynləri ilə fikir mübadiləsi aparıb
-
12:53
Azərbaycan Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
-
12:35
Turun mərkəzi oyununun biletləri satışda
-
11:46
“Qarabağ”ın legioneri ilk dəfə milliyə dəvət aldı
-
11:18
Azərbaycan - Çexiya oyunun hakimləri bilindi
-
10:21
“Neftçi” azarkeşi, nəyin çatışmır?
-
10:09
"Bavariya" Madriddən 3 xalla qayıtdı VİDEO
-
09:54
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
-
09:32
"Mançester Yunayted"dən əzmkar qələbə VİDEO
-
09:17
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:00
Batrakovun dublu "Qalatasaray"a qələbə qazandırdı VİDEO
-
21:58
Çempionlar Liqası: "Turan" Bolqarıstan klubuna qalib gəldi
-
19:12
Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə imtahan keçiriləcək
-
18:35
Millimizin UEFA Millətlər Liqasındakı rəqibləri bəlli olub
-
17:56
Avrokubok oyunları 1 dəqiqəlik sükutla başlayacaq
-
17:27
I Liqa klubları üçün seminar
-
17:00
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
-
16:41
I Liqada hakim təyinatları
-
16:19
Əfran İsmayılov: coğrafiyaşünas, yoxsa futbolçu düzəldən?
-
15:33
“Real”ın ulduzu “Liverpul”un hədəfində
-
14:54
Çalhanoğlunun “İnter”dəki gələcəyinə aydınlıq gəldi
-
14:18
Əliyar Ağayev "Selta"nın oyununu idarə edəcək
-
13:42
Elçin Məsiyevə UEFA-dan təyinat
-
13:25
Dünən ağır zədə ispan futbolçu həyatını itirdi
-
13:00
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:37
AFFA İntizam Komitəsi MOİK-in futbolçusunu 3 oyunluq cəzalandırıb
-
12:29
Kənar şəxslər "Şamaxı" və "Turan Tovuz"ı xərcə saldı
-
12:21
“Qarabağ” 4500 manat cərimələndi
-
12:03
“Neftçi” - “Kəpəz” oyununun biletləri satışda
-
11:56
“Araz-Naxçıvan”dan yubiley heç-heçəsi
-
11:34
“Qarabağ” 11 ildən sonra
-
11:18
“Neftçi”dən əsrin rekordu
-
10:45
“Traktor” “Neftçi” ilə heç-heçə oynadı
-
10:22
"Atalanta" öz meydanında uduzdu VİDEO
-
10:00
Breno Almeyda: “Çempion biz olacağıq”
-
09:39
"Gənclərbirliyi"ndən darmadağın VİDEO
-
09:17
Mahirdən məhsuldar ötürmə, “Rakuv”dan qələbə
-
08:51
"Fiorentina"dan əzmkar qələbə VİDEO
-
22:21
"Sumqayıt"dan xal itkisi VİDEO
-
22:07
Kandido: “Nəticə ilə barışmalıyıq”
-
21:32
Yeniyetmə cüdoçular üçün Xankəndidə təlim seminarı təşkil olunub
-
21:18
“Qarabağ” “Azərsun Arena”ya qayıdır
-
20:56
"Sumqayıt" autsayderlə heç-heçə etdi
04.11.2026
03.11.2026
02.11.2026
























