Ölkə futbolu
Və bir daha “Neftçi” haqda...
Ötən həftənin cümə axşamısı Azərbaycan futbolu üçün uğursuz bir gün idi. Eyni gündə Konfrans Liqasındakı hər 3 təmsilçimiz - “Neftçi”, “Zirə” və “Qəbələ” meydanı məğlub tərk etdi. Həmin vaxt yazdığımız Azərbaycan futbolunun “qara cümə axşamı”sı ifadəsi bəzi azarkeşlərin xətrinə dəysə də, fakt faktlığında qalır...
Amma 2 gün əvvəl hər şey fərqli oldu. “Qəbələ” özündən güclü “Fehervar”ı doğma divarlar arasında üstələdi. 2:1 hesablı qələbə mərhələ adlamaq üçün kifayət etməsə də, buna görə kimsə Elmar Baxşıyevin komandasını qınamadı. Çünki “Qəbələ”nin məhdud büdcə ilə gördüyü işlər alqışa layiqdi. Azarkeşlərdən birinin yazdığı kimi: “Biz klubun dağılmaması üçün dua etdiyimiz halda, “Qəbələ” bura qədər gəldi”...
“Zirə” çətin Tel-Əviv səfərindən heç-heçə ilə qayıtdı. Rəşad Sadıqovun komandası əzmkarlığı ilə ilk matçda alınan məğlubiyyətin təsadüf olduğunu sübuta yetirdi. “Zirə” ilə “Makkabi”nin büdcəsi, heyəti arasındakı fərq çox böyükdü. Təmsilçimizin istər ev, istər səfər oyununda meydana ilk “11-lik”də cəmi 3 legionerlə çıxması nəzərə alınmayacaq fakt deyil...
O ki qaldı “Neftçi”yə, “ağ-qaralar” ümidləri doğrultdu. Hələ oyundan əvvəl qeyd etmişdik ki, “Neftçi” iyulun 28-də mütləq qələbə qazanmalıdı. Flaqmanın özünü, azarkeşlərini rəqibləri qarşısında əzməyə haqqı yoxdu. Komanda ya qələbə qazanıb “Aris”i mübarizədən kənarlaşdırmalı, ya da daha bir il “Qarabağ”ın böyüklüyünü qəbul etməlidi idi...
Oyunsonrası mətbuat konfransında həmkarlardan biri “Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampfa “Bir həftədə nə dəyişdi ki, bu gün qalib gəldiniz?” sualını ünvanladı. Rumın mütəxəssisin cavabı bir yana, amma reallıq budur ki, bir həftə ərzində ciddi nəsə dəyişiklik etmək mümkün deyil.
Bəli, ilk oyun təsadüf idi. Amma “Neftçi”yə vaxt lazımdı. Yeni baş məşqçi cəmi bir aydı komandanı çalışdırır, legionerlərin hamısı da onun gəlişindən sonra heyətə cəlb olunub. “Aris”lə cavab oyununda start heyətində meydana çıxanlardan 5-i ilk dəfə idi Bakıda “Neftçi”nin formasını geyirdi. Yerdə qalan 6 futbolçudan üçü isə yanvarda “ağ-qaralar”ın heyətinə cəlb olunub. Hər nə qədər güclü məşqçi gətirsən də, səviyyəli legionerlə güclənsən də, ilk növbədə vaxta ehtiyac var. Çünki uyğunlaşma üçün mütləq və mütləq zaman tələb olunur. Məsələn, bir dostum əminliklə iddia edir ki, üçüncü qolu vuran Kenni Sayef çox güclü futbolçudu. Texnikası, sürəti və güclü zərbələri var. Əgər Sayef komandaya tam uyğunlaşsa, 1-2 aydan sonra Zubirdən daha güclü təsir bağışlayacaq. Gözləyək...
Amma bütün bunlar da ən əsas səbəb deyil. Dünən axşam “Neftçi TV” “Aris”lə oyunla bağlı video hazırlayıb. Həmin 7 dəqiqə 10 saniyəlik video hər şeyi deyir, baxmayanlar mütləq izləsinlər.
“Neftçi” “Aris”i bilirsiz niyə keçdi?
Oyundan öncə futbolçuların əllərindən tutaraq meydana çıxan 44 nömrəli formalı şəhid övladlarına görə;
90 dəqiqə boyunca dayanmadan sevimli komandalarını dəstəkləyən “Forza”ya görə;
Oyuna canlı olaraq stadiondan həyat yoldaşı, balaları ilə birgə tamaşa edən xanımlara görə;
“Neftçi” sevgisini nəvələrinə ötürən babalara görə;
Yalnız qarşılaşmanın start fitindən sonra qan-tər içində tribunaya qalxa bilən Rüstəmə görə;
Görüşdən əvvəl də, oyunun gedişində də fanatları coşduran, UEFA-nın mümkün cəriməsinə məhəl qoymadan tribunada möhtəşəm ab-hava yaradan İsmayıla görə;
Qələbədən sonra sevincini dəlicəsinə qeyd edən Vüqara görə;
Rəqibin hər təhlükəli hücumundan sonra “müdafiəçilər topu çıxarsınlar, onların eşqinə bir dənə siqaret yandıracam” deyən Rövşənə görə;
Final fitindən sonra hamıdan birinci meydana qaçan Çingizə görə...
...Bir sözlə, prezidentindən sıravi işçisinə, mühafizəçisindən azarkeşinə qədər “Neftçi” bir yumruq ətrafında birləşməyi bacardığı üçün “Aris”i keçdi!
Uzun illərdən sonra ilk dəfə məhz iyulun 28-də “Neftçi”nin “Xalqın komandası” olduğuna şahidlik etdik. Tribunada hər yaşda insan var idi. Bu, əsl sevgidir. Flaqmana olan sevgi.
Amma bu, hələ yolun başlanğıcıdı “Neftçi”. Sən hələ heç nə etməmisən. Sənə könül verən, səni sevən yüz minlər, milyonlar daha artığını gözləyir. Qarşıda “Rapid”lə oyun var. Avqustun 4-də də fanatlarına eyni sevinci yaşatmalısan. Çünki bu azarkeşin səndən gözləntisi çoxdu. Bu dəstəyin, bu sevginin qarşılığını mütləq verməlisən!
İBRAHİM
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Azərbaycan kubokunda yeni rekord
- VII turun hakim təyinatları
- Fətiyev bürünc medal qazandı
- “Səbail” qələbəni əldən verdi
- Asif Məmmədovdan 18 ilin rekordu
- "Sumqayıt"ın qələbə həsrəti bitdi
-
09:30
"Beşiktaş" "Seltik"ə uduzdu VİDEO
-
21:14
Abşeron Olimpiya İdman Kompleksində kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
-
20:59
“Şəfa”da qalmaqal: maaşını tələb etdi, “23”lükdən uzaqlaşdırıldı
-
20:30
"Neftçi" "Kəpəz"lə oyuna hazırdır FOTOLENT
-
19:22
Çempionlar Liqasında həftənin ən yaxşı kim seçildi?
-
18:07
Millimiz Çexiya ilə heç-heçə etdi
-
17:46
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
-
17:33
O da FİFA prezidentliyinə namizəd olacaq
-
16:15
"Zirə" "Qəbələ" ilə oyuna hazırlaşır FOTOLENT
-
15:51
Almaniya millisinin heyəti açıqlandı
-
15:24
Zəfər Günü münasibətilə Gəncədə veloyürüş keçirilib
-
14:48
"Kəpəz"in futbolçusu milliyə çağırıldı
-
14:32
Ronaldo Portuqaliya millisinə vida etdi
-
14:00
"Şəki"də yeni baş məşqçi
-
13:17
Anatoli Ponomaryov: “Avropada bu komandaya getmək istəyirəm” deməklə iş bitmir”
-
12:56
Azərbaycan şahmatçısı U-20 dünya çempionatında bürünc medal qazanıb
-
12:23
“Neftçi”nin legionerinə millidən dəvət
-
11:39
XI turun hakim təyinatları açıqlandı
-
11:15
"Borussiya"nın qələbəsi VİDEO
-
11:01
Cüdo üzrə yeniyetmələr arasında Bakı şəhər birinciliyi keçiriləcək
-
10:48
"Real"dan əzmkar qələbə VİDEO
-
10:24
Almeyda Bakıya gəlib: Yaxşı övlad doğma evinə qayıdar
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
"Fənərbaxça" "Liverpul"a qalib gəldi VİDEO
-
21:35
Azərbaycan gimnastları dünya çempionatına uğurlu start veriblər
-
19:49
"Şamaxı"nın legioneri milliyə dəvət aldı
-
18:51
Cüdo məşçiləri üçün peşəkar inkişaf proqramı keçirilir
-
18:24
"Qarabağ" "Dinamo"ya məğlub oldu
-
18:00
“Barselona” “Atletiko” önünə itki ilə çıxacaq
-
17:37
Yamal Mbappenin rekordunu qırdı
-
17:12
İngiltərə klubunda yeni baş məşqçi
-
16:53
Çempionlar Liqasında iki rekorda birdən imza atdılar
-
16:25
Bölgə klubu oyunu boykot etdi - Maaşlar verilmir
-
16:08
FIFA-dan AFFA-ya təşəkkür məktubu
-
15:46
Aysel Əhmədli Avropa çempionatında qızıl medal qazanıb
-
15:19
"İmişli"nin U-19 komandasına 6 legioner cəlb olunub
-
14:51
Kamal Umudlunun idarə etdiyi oyunda PSJ uduzdu
-
14:34
“Turan”ın legioneri: “Əldə etdiyimiz uğur əzmkarlığın nəticəsidir”
-
14:00
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
13:42
“Turan”dan jest: Çempionlar Liqası oyununun biletləri ödənişsizdir
-
13:27
Şahin Bağırov Ağsuda yeniyetmə voleybolçuların valideynləri ilə fikir mübadiləsi aparıb
-
12:53
Azərbaycan Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
-
12:35
Turun mərkəzi oyununun biletləri satışda
-
11:46
“Qarabağ”ın legioneri ilk dəfə milliyə dəvət aldı
-
11:18
Azərbaycan - Çexiya oyunun hakimləri bilindi
-
10:21
“Neftçi” azarkeşi, nəyin çatışmır?
-
10:09
"Bavariya" Madriddən 3 xalla qayıtdı VİDEO
-
09:54
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
-
09:32
"Mançester Yunayted"dən əzmkar qələbə VİDEO
-
09:17
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
06.11.2026
05.11.2026
04.11.2026
























