7 Noyabr 2026, Şənbə
Kurban Berdıyevdən qələbə şərhi
Millimizə 27 futbolçu dəvət aldı
Millimiz Çexiya ilə heç-heçə etdi
XI turun hakim təyinatları açıqlandı

Ölkə futbolu

"Sürix"in qapıçısı: "Qarabağ"la oyunda uğurlu start önəmlidir" -

“Çempionlar Liqasının qrupu üçün hələ çox uzun yol var. "Qarabağ"la matçda sadə top itkilərinə yol verməməli və lazım olan qələbəni qazanmaq üçün qapımızı toxunulmaz saxlamalıyıq".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Sürix”in qapıçısı Yanik Brexer Çempionlar Liqasının 2-citəsnifat mərhələsində “Qarabağ”la keçiriləcək cavab oyunu öncəsi açıqlamasında deyib.

O, "Qarabağ"ı mübarizədən kənarlaşdırmaq və ÇL-in qrupuna qədər irəliləmək istədiklərini bildirib: “Hamımız Çempionlar Liqasının himnini eşitmək istəyirik. “Qarabağ”la cavab matçına uğurlu start çox önəmlidir".

Qeyd edək ki, bu gün “Letsiqrund” stadionunda keçiriləcək “Sürix” - “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bakıdakı ilk matçda Ağdam təmsilçisi 3:2 hesablı qələbə qazanıb.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30