9 Avqust 2026, Bazar günü
Nəriman rəsmən “Erzurumspor”da
“Sumqayıt” Qətər klubu ilə heç-heçə etdi
“Zirə” Namik Ələsgərovla yolları ayırdı
“Qarabağ” “Dinamo”ya məğlub oldu

Ölkə futbolu

Qurban Qurbanov: "Səfərə böyük ümidlə gedirik"

"Sürix" oyun üslubuna görə bizə uyğun olmayan rəqibdir. Hər bir halda Bakıda rəqibi daha yaxından tanıdıq. Səfərə böyük ümidlə gedirik".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Sürix"ə qarşı keçiriləcək cavab oyunu üçün İsveçrəyə yollanarkən Heydər Əliyev adına hava limanında jurnalistlərə açıqlamasında deyib.

Təcrübəli mütəxəssis cavab qarşılaşması öncəsi komandasının hazırlığından danışıb: "Bu komandaya qarşı sona kimi yaxşı mübarizə aparıb, ağıllı oyun qurmaq istəyirik. Ola bilər ki, risklərə gedək. Hər bir halda komandamın durumu pis deyil. Hazırlığımız yaxşı səviyyədədir. Oyuna iki günümüz qalıb. Onu da daha çox taktiki, texniki çalışmalara ayıracağıq".

Qeyd edək ki, iyulun 27-də keçiriləcək "Sürix" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bakıda keçirilən ilk görüşdə "Qarabağ" 3:2 hesablı qələbə qazanıb.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31