6 Oktyabr 2026, Çərşənbə axşamı
U-21 millimiz Cəbəllütariqə qarşı
Millimiz Litvanı tək qolla məğlub etdi
U-20 millimiz Moldovaya uduzdu
“Qarabağ” "Zirə”yə qalib gəldi

Ölkə futbolu

“Neftçi” “Aris”lə oyuna hazırlaşır: azarkeşlərdən komandaya dəstək

“Neftçi” Konfrans Liqasının II təsnifat mərhələsində qarşılaşdığı “Aris” (Limassol) klubu ilə cavab oyununun hazırlığını davam etdirir. 

Futbolxeber.az saytının məlumatına görə, iyulun 21-də Kiprin Larnaka şəhərindəki “AEK Arena”da baş tutan ilk matçın ertəsi günü bərpa məşqi edən komanda birgünlük fasilədən sonra - iyulun 24-də məşqlərə başlayıb. Bu gün “Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan növbəti hazırlıq prosesində əsasən toplu çalışmalar icra olunub.

Məşqi izləyənlər arasında “Neftçi”nin azarkeşləri də olublar. Fanatlar komandaya dəstəklərini nümayiş etdiriblər.

Qeyd edək ki, “Neftçi” - “Aris” matçı iyulun 28-i saat 21:00-da “Bakcell Arena”da keçiriləcək.

 

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31