10 Mart 2026, Çərşənbə axşamı
“Sumqayıt”ın dərdi nədir? - QEYD
Vernidub: "Məğlubiyyətə layiq deyildik”
Kurban Berdıyevdən qələbə şərhi
Azər Bağırov: “Biz iki xal itirdik”

Ölkə futbolu

500-cü qolsuz heç-heçə

Azərbaycan çempionatları tarixində 500-cü dəfə qolsuz heç-heçə qeydə alınıb.

Futbolxeber.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, bu, Premyer Liqanın 19-cu turunun "Qəbələ" - "Zirə" görüşünə təsadüf edib. 1992-ci ildən keçirilən ölkə çempionatlarında bunadək 499 belə matç baş tutub. Qəbələdəki görüş 0:0 hesabı ilə nəticələnən 500-cü qarşılaşma olub.

Ən çox qolsuz sülh “Qarabağ”ın hesabındadır - 101 dəfə. Daha 5 komanda 50-dən çox oyunu qolsuz başa vurub: “Neftçi” - 89, “Keşlə” - 70, “Bakı” - 62, “Şüvəlan” - 54, “Turan” - 52. Ümumiyyətlə, 54 komandanın görüşündə belə nəticə qeydə alınıb.

Ölkə çempionatları tarixində qol vurulmayan ilk matç 1992-ci il mayın 3-də baş tutub. “Tərəqqi” və “Kürmük” arasındakı görüşdə bu hesab qeydə alınıb.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31