Ölkə futbolu
“Neftçi” bəyanat yaydı
"Neftçi” PFK bəyanat yayıb.
Futbolxeber.az klubun rəsmi saytında yer alan məlumatı olduğu kimi təqdim edir:
- “Neftçi” PFK olaraq ictimaiyyətə məlumat vermək istərdik ki, son dövrlərdə www.sportinfo.az saytında klubumuz, onun rəhbər şəxsləri, məşqçiləri və müxtəlif futbolçuları haqqında uydurma, heç bir mənbəsi olmayan yalan informasiyalar, qərəzli yazılar tirajlanır. Azarkeşlərimiz də dəfələrlə bununla əlaqədar müvafiq addımların atılması ilə bağlı kluba müraciətlər ediblər.Bütün bu müddət ərzində prosesi izlədikdən sonra “Neftçi” PFK-ya qarşı artıq həddini aşan, jurnalistikanın etik qaydalarına sığmayan qərəzli şəkildə davamlı qarayaxma kampaniyası aparan bu saytın rəhbərliyinə dayanmayacağı halda, müvafiq addımların atılacağını da bəyan etmişdik.
Ancaq yenə də fəaliyyətində müvafiq ölçülər götürməyən, milyonlarla insanların sevimlisi, Azərbaycan futbolunun flaqmanı “Neftçi” PFK haqqında həqiqəti əks etdirməyən, tənqidlə təhqiri səhv salan, klub rəhbərliyinin işgüzar nüfuzunu, eləcə də şərəf və ləyaqətini ləkələyən yazıları davam etdirməsi ilə əlaqədar bu saytın rəhbəri Muradov İlkin Vaqif oğlu haqqında müvafiq tədbirlərin görülməsi üçün Bakı şəhəri Yasamal rayon məhkəməsinə müraciət edilmişdir.Müraciətə əsasən, mülki iş üzrə açıq məhkəmə iclası keçirilmiş və müvafiq qətnamə qəbul olunmuşdur. Təsdiqlənmişdir ki, dərc edilən məqalələrdə həqiqətən də klub rəhbərliyinin işgüzar nüfuzu, eləcə də şərəf və ləyaqətini ləkələyən məlumatlara yer verilib. Bununla əlaqədar www.sportinfo.az saytında “Təkzib” başlığı altında həmin şriftlə həmin informasiyaların təkzib edilməsi və “Neftçi” PFK-nın rəhbərindən sayta görə cavabdeh Muradov İlkin Vaqif oğlunun üzr istəməsi haqqında qərar verilmişdir.
Hazırda bu məsələyə Yasamal Rayon Məhkəməsinin icra və probasiya şöbəsində baxılır və cavabdeh şəxs hələ də Azərbaycan Respublikası adından Bakı şəhəri Yasamal rayon məhkəməsinin çıxardığı Qətnamənin icrasından yayınır.“Neftçi” PFK olaraq bir daha bildiririk ki, jurnalistlərin fəaliyyətinə daima hörmətlə yanaşmışıq. Onları bu cür çətin və məsuliyyətli işlərində daima dəstəkləmişik. İstənilən qərəzsiz tənqidlərini müsbət qarşılamışıq və mediaya daima açıq mövqe göstərməklə, jurnalistlərin ictimiayyətə klubumuz haqqında doğru, dürüst informasiyaların çatdırmasına yardım etmişik. İşini hazırda şərəflə, dürüst, jurnalistikanın etik qaydalarından kənara çıxmayaraq, insanların şəxsi həyatına toxunmadan, təhqir etmədən görən media nümayəndələrinə “Neftçi” PFK adından bir daha minnətdarlığımızı bildiririk.
Qeyd etmək istəyirik ki, vətəndaşların Azərbaycan Respublikası Konstitusiyasında təminat verilən söz və mətbuat azadlığı, öz fikir və əqidələrini hər şəkildə, o cümlədən kütləvi informasiya vasitələrində ifadə etmək hüququ var, amma Azərbaycan Respublikasının qanunvericiliyi kütləvi informasiya azadlığından sui-istifadə edilməsini də qadağan edib. Yuxarıda adı qeyd olunan sayt və onun rəhbərliyi müxtəlif variantlarla klubumuza qarşı qarayaxma kampaniyasını davam etdirəcəyi halda, klubun imicinə xələl gətirən bu və digər fəaliyyətlərə qarşı növbəti hüquqi addımları atacağıq və bu barədə də ictimaiyyətə məlumat verəcəyik.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- VII turun hakim təyinatları
- “Neftçi” 5 min manat cərimələndi
- Azərbaycan kubokunda yeni rekord
- “Səbail” qələbəni əldən verdi
- Fətiyev bürünc medal qazandı
- Asif Məmmədovdan 18 ilin rekordu
- "Sumqayıt"ın qələbə həsrəti bitdi
-
16:03
"Kəpəz" milli fasilə zamanı yoxlama oyunu keçirəcək
-
15:43
Cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı keçiriləcək
-
15:12
U-21 millimizin heyəti açıqlandı
-
14:51
Danimarkalı vinger “Arsenal” və PSJ-nin hədəfində
-
13:39
Tofiq Əliyev dünya çempionatının gümüş mükafatçısı olub
-
13:25
Emin Mahmudov: “O qol heç vaxt yaddan çıxmayacaq"
-
13:00
Azərbaycanın batut gimnastları dünya çempionatında gümüş medal qazanıblar
-
12:48
NTD-dən növbəti transfer
-
12:24
Prezident İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib FOTOLENT
-
11:56
“Yuventus” 19 yaşlı hücumçu ilə maraqlanır
-
11:33
Musa Qurbanlı: “Hər nə qədər çətinə düşsək də, hədəflərimiz dəyişmir”
-
11:17
Türkiyə klubunda yeni baş məşqçi
-
10:45
Azərbaycan gimnastı dünya çempionatında finala vəsiqə qazanıb
-
10:21
Cenk Sümer: “Neftçi” bu gün boş tribunalar önündə oynamağı haqq etmir”
-
10:09
ünün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:52
"Kasımpaşa"nın qələbəsi VİDEO
-
09:30
Cəlal oynadı, komandası qalib gəldi
-
23:05
"Neftçi" 3 xalı tək qolla qazandı VİDEO
-
22:36
Vernidub: “Sevinirəm ki, meydana sonradan çıxanlar nəticə verirlər”
-
21:58
"Zəfər Turu": "Turan Tovuz" və "Neftçi" qələbə qazandı
-
21:11
"Turan Tovuz" "Qarabağ"ı tək qolla üstələdi VİDEO
-
20:49
Qurban Qurbanov: "Bu, onların haqqı idi”
-
20:24
Kurban Berdıyevdən qələbə şərhi
-
19:00
“Neftçi” - “Kəpəz”: Heyətlər açıqlandı
-
18:37
Riçarlison “Qalatasaray”a keçir?
-
18:03
BOS: "Borussiya"nın ittihamı əsassızdır, "Barselona" isə narahat olmaya bilər" FOTOLENT
-
17:45
“Barselona” daha 3 futbolçusu ilə müqavilə yeniləyəcək
-
17:23
Azərbaycanın tamblinq millisi ardıcıl üçüncü dəfə dünya çempionu olub
-
16:56
“Qarabağ” - “Turan Tovuz”: Heyətlər müəyyənləşdi
-
16:31
Emin Mahmudov: "Milli formanı geyindiyim ilk günü heç vaxt unutmayacağam"
-
16:19
I Liqa klubunda yeni prezident
-
16:00
PFL “Ayın qolu”nun müəllifini mükafatlandırdı
-
15:38
Azərbaycanla oyuna 15 nəfər çağırıldı
-
15:02
"Turan Tovuz"un legioneri milliyə dəvət alıb
-
14:44
Üzgüçülərimiz Belarusda 2 medal qazanıblar
-
14:27
Azərbaycan - Latviya oyununun hakimləri məlum oldu
-
13:53
Stolüstü tennisçilərimiz Avrasiya Liqasında III turun oyunlarına çıxacaqlar
-
13:35
AMADA "10ların təbəssümü" layihəsi çərçivəsində qazi övladları üçün Zəfər Günü tədbiri keçirib
-
13:19
AFFA 8 komandaya texniki məğlubiyyət verdi
-
12:41
Millimizə 27 futbolçu dəvət aldı
-
12:20
“Şahdağ Qusar”a texniki qələbə verildi
-
12:08
Emin Mahmudov millidəki karyerasını başa vurur
-
11:52
Zəfər Gününə həsr olunmuş bədii gimnastika yarışı keçiriləcək
-
11:34
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:17
Azərbaycanda çıxış etmiş moldovalı futbolçu vəfat edib
-
10:45
UEFA reytinqi: Azərbaycan mövqeyini qoruyur
-
10:23
Azərbaycan gimnastları dünya çempionatında mübarizəni davam etdirirlər
-
10:09
"Milan"dan gözlənilməz məğlubiyyət VİDEO
-
09:51
Cüdoçularımız Zaqrebdə Qran-pri turnirində iştirak
-
09:30
"Beşiktaş" "Seltik"ə uduzdu VİDEO
07.11.2026
06.11.2026
























