6 Avqust 2026, Cümə axşamı
"Qarabağ" Polşaya yollandı
Azərbaycan II Liqasının püşk atıldı
"Sumqayıt"da braziliyalı yarımmüdafiəçi
“Şamaxı” “Qəbələ”yə qalib gəldi

Ölkə futbolu

Mahirin qolları “Legiya”nı qrup mərhələsinə daşıdı

Millimizin futbolçusu Mahir Emrelinin şərəfini qoruduğu "Legiya" Avropa Liqasının pley-off mərhələsində cavab oyununa çıxıb.

Futbolxeber.az saytının məlumatına görə, Polşa təmsilçisi evdə Çexiya "Slaviya"sı ilə qarşılaşıb. Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. "Legiya"nın hər iki qolunun müəllifi Mahir Emreli olub. O, 59 və 70-ci dəqiqələrdə fərqlənib. Millimizin üzvü start heyətdə meydana daxil olub və 80-ci dəqiqədə əvəzlənib.

Bu qələbə ilə Varşava klubu Avroliqanın qrup mərhələsinə yüksəlib.

Qeyd edək ki, Emreli bu komandalar arasında 2:2 hesabı ilə başa çatan ilk görüşdə də komandasının ilk qolunu vurmuşdu.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31