4 Avqust 2026, Çərşənbə axşamı
Yunuszadə Türkiyə klubunda
Şeydayevin yeni klubu müəyyənləşdi
“Sumqayıt”da braziliyalı hücumçu
“Zirə”də gözlənilməz ayrılıq

Ölkə futbolu

"Neftçi" və "Qarabağ"ın cavab oyunlarının da hakimləri müəyyənləşdi

"Neftçi" və "Qarabağ"ın Konfrans Liqasının pley-off mərhələsindəki cavab oyunlarına hakim təyinatları açıqlanıb.

Futbolxeber.az saytının məlumatına görə, çempionumuzun İsraildə Hayfa "Makkabi"sinə qarşı keçirəcəyi matçı Şimali Makedoniya Futbol Federasiyasından Aleksandr Stavrev idarə edəcək. Ona həmyerliləri Deyan Kostadinov və Qoçe Peterski köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Deyan Yakimovski yerinə yetirəcək.

"Qarabağ"ın Şotlandiya "Aberdin"i ilə səfər görüşü isə Avstriya Futbol Federasiyasından Harald Lexnerə tapşırılıb. Andreas Haydenrayx və Maksimilian Kolbiç yan xətt hakimləri, Culian Vaynberger dördüncü hakim olacaq.

Qeyd edək ki, cavab oyunları avqustun 26-da keçiriləcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31