Ölkə futbolu
Qurban Qurbanov: “Futbolçular bu gün çox əziyyət çəkdilər”
“Milli Mətbuat Günü münasibətilə hamınızı təbrik edirəm. Bu gün sizə qələbə hədiyyə etmək istəyirdik, alınmadı".
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Aşdod”la keçirilən oyundan (0:0) sonra mətbuat konfransında deyib.
- Futbolçular bu gün çox əziyyət çəkdilər. Yaxşı müdafiə olunan komandaya qarşı oynadıq. Son 10-15 dəqiqəni nəzərə almasaq, yüksək tempdə çıxış etdik. Uşaqlar çox çalışdılar, intizamlı oynadılar. "Aşdod" da təhlükəli əks-hücuma keçən komandadır. Elə bu əks-hücumdan Maksim Medvedev qırmızı vərəqə aldı. Problemlərə baxmayaraq, cavab görüşündə ən yaxşı oyunu göstərməyə çalışacağıq.
- Cavab oyununda müdafiənin mərkəzində kimi oynadacaqsınız?
- Hələ vaxtımız var. Bəzi matçlarda Qara Qarayevi həmin mövqedə oynatmışıq. Bu barədə düşünürük. Təəssüf ki, müdafiəçilərimiz bir-bir sıradan çıxır. Sonuncu dəfə nə vaxt belə halla üzləşdiyim yadıma gəlmir. Pandemiyadan əvvəlki dönəmdə olmuşdu, onda da Qaranı orada oynatmışdıq. Bu gün üçün Qaranın çıxışı daha real görünür.
- Rəqibin baş məşqçisi də oyundan əvvəl sizi favorit görürdü. Düşünmürsünüz ki, bu heç-heçə onlara əlavə inam verdi?
- Dünya futboluna nəzər yetirsək, komandaların gücləri bərabərləşməyə doğru gedir. Bu, həm milli, həm də klub səviyyəsində belədir. Bizim öz oyun üslubumuz və heyətimiz var. Amma bəzən dəyişmək lazım gəlir. Bu gün bizdə bu dəyişikliklər gedir. Hər il bir mövqe üçün oyunçu axtarırdıqsa, bu gün hər mövqeyə axtarırıq. Bəzi oyunçular 13-14 ildir komandadır. Düzdür, rəqib buradan bərabərliklə qayıtdı. Amma düşünürəm ki, oyunumuzu daha da yaxşılaşdıra bilərik. Onlara da nadir halda hücum şansı verdik. Cavab görüşündə həmin inamı onların əlindən almağa çalışacağıq.
- "Neftçi" və "Qarabağ"da heyətlə bağlı problem eynidir. Deyilənə görə, əcnəbi futbolçular Azərbaycana gəlmək istəmir. Halbuki 10-15 il əvvəl gəlirdilər. Problem maliyyədədir?
- Azərbaycan reallığında bəlkə də, olmayan təkliflər etmişik. Böyük klubların ayrıca transfer büdcəsi olur. Bizim klublar da o səviyyəyə gəlib çıxmalıdır. İkincisi, istədiyimiz futbolçuların 80-90 faizi Azərbaycana gəlmək istəmir. Bilmirəm bu, pandemiya ilə bağlıdır, yoxsa özlərini daha yaxşı liqalarda görmək istəyirlər. Çox detallarda razılaşırıq, amma son anda fikirlərini dəyişib, deyirlər ki, gəlmək istəmirik. Yəqin ki, "Neftçi" də bu halla üzləşib. Bir neçə il əvvəl oyunçu gətirmək çox rahat idi. Klublarımıza böyük liqalardan güclü futbolçular çox rahat şəkildə gəlirdilər. Bəzi ölkələr çempionatlarında limiti aradan qaldırdılar. Hər klubda 18-20 legioner olur. Bu bizim üçün problemdir. Əlimizdəki oyunçuları qorumaq və öz oyunumuzu yaxşılaşdırmaq çox vacibdir. İkinci hissədə meydana buraxacaq oyunçumuz az idi. Biri zədədən qayıdıb, biri formada deyil. Çoxdan idi bu cür oyun keçirməmişdik. Məsələn, Zubir son 4-5 məşqdə kollektivlə birgə iştirak edib. Sanki hər şey bizim üzərimizə gəlir. Buna baxmayaraq, topa nəzarəti, öz oyun fəlsəfəmizi futbolçulara aşılayırıq. Mən burada oldum-olmadım, bu sistem qalmalıdır. Məsələn, "Barselona" heyətini itirdi, oyununu qaytara bilmədi. Həmçinin "Real" məşqçisini dəyişdi, sistem də dəyişdi. Bizdə neçə il idi hər şey düşündüyümüzdən də yaxşı alınırdı. Sadəcə, çox çalışmaq lazımdır. İnşallah, bizim çempionata gələn, çempionatımızı düşünən oyunçular çox olacaq.
- Həmkarınız dedi ki, İsraildə daha yaxşı meydançalar var. Meydança oyuna nə qədər təsir etdi?
- Bəli, meydança problemi var idi. Futbolçular topla rəftarda çətinlik çəkirdilər, ötürmələrdə səhvlər edirdilər. Yaxşı meydançada daha yaxşı oynamaq olar.
- 7 illik ənənəvi Çempionlar Liqasından sonra Konfrans Liqasında iştirakın psixoloji təsiri varmı?
- Mütləq təsiri var. Amma biz Çempionlar Liqasına vəsiqə qazanmaq üçün də neçə il mübarizə apardıq. Klub olaraq get-gedə böyüyürük. İstədiyimiz nəticələr həmişə olmur. Məsuliyyətlə turnirə başlamışıq və Konfrans Liqasında yaxşı nəticələr qazanmaq istəyirik. Məncə, futbolçularda psixoloji təsir keçib. Artıq iki aya yaxın vaxt keçib. Hamımız Avropa turniri və azarkeşlər üçün darıxmışdıq. Qarşıdakı matçlarda yaxşı çıxış üçün daha çox çalışmalıyıq.
- "Qarabağ"ın hansı sabiq futbolçusuna əvəzləyici tapmaqda çətinlik çəkirsiniz?
- Keçmişdə burada oynayanların. Onların 11-i də bir-birini tamamlayırdı. Bəzən tapşırığından daha yaxşısını meydanda edən futbolçular olur. Xavi, İnyesta kimi futbolçular sistemi daha da gözəlləşdirən simalardır. Bəlkə yaxın aylarda, illərdə belə bir kollektiv yenidən quracağıq. Keçən il qrupdakı oyunlarda futbolçulardan tam razı qalmışdım. Nəzərə alaq ki, ev oyunlarını neytral meydanda keçirdik. Bütün oyunlarda yaxşı çıxış etmişdik. Amma son iki ayın içində zədələr planlarımıza təsir etdi. Adi işdə də bəzən xəstələnirsən, bir həftə işə çıxmırsan. Futbolda da belə olur.
- Cavab görüşündə daha hücumameyilli oynamalı olacaqsınız. Bu riskə gedəcəksiniz?
- Belə getsə, 2 müdafiəçi ilə oynamalı olacağıq, hamını hücuma buraxacağam (gülür). "Aşdod" kimi komandalar çox yaxşı müdafiə olunur, əks-hücum qurur və rəqibi təhlil edir. Biz heç vaxt futbolçularda müdafiədən oynamaq düşüncəsi yaratmamışıq. Topa sahib olmaqla, öz üslubumuzla rəqib qapısına yaxınlaşmağa çalışırıq. Abbas Hüseynov qapının 5 metrliyində idi, Toral Bayramov dirəyə yaxın oynayırdı. Bəzən ad olaraq deyirlər ki, iki hücumçu meydana buraxmaq lazımdır. Amma bu gün bizdə hər kəs bir tərəfdən hücumu gücləndirirdi. Rəqibə qalib gəlmək üçün ilk növbədə onun qarşısını almalıyıq. Bunu bəzən müdafiədə, bəzən hücumda edirik. "Aşdod" istəkli komandadır, ildən-ilə inkişaf edir. İntizamlı oyunu sayəsində çempionatlarında 3-cü yeri tutub. Qarşıda 5-6 günümüz var. Ramil, Zubir, Ozobiç daha yaxşı formada olacaq. Təbii ki, müdafiəni də yaddan çıxarmaq olmaz. Say olaraq meydanda 11 nəfərlə görünə bilərik. Amma hər oyunçunun öz bacarığı var. Məsələn, Qara o mövqedə Maksimdən gözlədiyimizi verməyə də bilər.
- Ramil Şeydayevin bugünkü çıxışı sizi qane etdi?
- Ramildən bu gün tam razı ola bilmərəm. Meydana 100 faiz hazır çıxmamışdı. 3-4 gün fərdi məşq etdi, sonra yavaş-yavaş kollektivə qoşuldu. Bu gün istəsə də, tam oyununu sərgiləyə bilməz. Həm çempionatı, həm limit məsələsini, həm heyəti düşünürük. Ramil ilk növbədə fiziki cəhətdən hazır olmalıdır. Bəzi məqamlarda zəif ola bilər. Amma işgüzarlığı ilə bunu aradan qaldıra bilir. Onda istək var. Onun yaxşı formaya düşməsi üçün əlimizdən gələni edəcəyik.
- Mussa əl-Tamari "Qarabağ"a gəlib?
- Xeyr, gəlməyib.
- Ötən mövsüm "Mölde" səddini penaltilər seriyasında keçə bilmədiniz. Bu dəfəki məşq proqramınızda penaltilərə hazırlaşacaqsınız?
- Məndə belə bir düşüncə var ki, futbolçuları 3-4 gün əvvəl penaltilərə hazırlamıram. Bu, oyunçularda psixoloji gərginlik yaradır. Amma mövsümboyu futbolçuları bilmədən buna hazırlayıram, hətta özüm də zərbə vururam. Özüm də bununla kimin nəyə qadir olduğunu bilirəm (apasport.az).
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Rəhman Hacıyev “Səbail”dən getdi, yeni klubu da məlumdur
- Qurban Qurbanov Qara Qarayevin təyinatından danışdı
- "Neftçi" Çempionlar Liqasının iştirakçısı ilə qarşılaşacaq
- Azərbaycanda işləmiş məşqçi “Real”da Arbeloanın köməkçisi oldu - ÖZƏL
- “Neftçi” - “Kayrat” oyununun vaxtı müəyyənləşdi
- "Neftçi"nin "Piramids"lə oyununun vaxtı və yeri məlum oldu
- “Neftçi”nin media koordinatoru: “Azarkeşlərimiz bu cür xəbərlərə inanmasınlar”
- Rza Cəfərov “Qəbələ” yolunda: danışıqlar yekunlaşmaq üzrədir
- Azər Bağırov: “Rüfət Abdullazadəni hər komanda heyətində görmək istəyər”
- Sənə güvəndiyim dağlar...
- Yaşar Seyidov: “Bunu AFFA-nın böyük uğuru kimi qiymətləndirirəm”
- Premyer Liqanın 34 illik tarixində ilk
- Füzuli Məmmədov: “Rəhbərlik bu yöndə bizə lazımi dəstəyi göstərir”
- “Neftçi”nin hazırlıq planı bilindi
- “Turan Tovuz”: Mövsümün birinci hissəsindən yaddaqalanlar
-
16:55
Rza Cəfərov: “Mənə daha doğma gəldiyi üçün “Qəbələ”ni seçdim”
-
16:31
"Xankəndi" heyətini yeni futbolçu ilə gücləndirib
-
15:19
“Gəncə”nin qələbəsi üçün bütün fədakarlıqlara hazıram”
-
15:04
Sabiq "Sumqayıt"lı I Liqa klubunda
-
14:43
“Sumqayıt Cənubi Sudana çox bənzəyir”
-
14:27
Azərbaycanlı hakim Çelenc Kubokuna təyinat alıb
-
13:50
AMADA-nın İcraçı direktoru beynəlxalq forumda
-
13:11
Güləş Federasiyası və MOK müxtəlif layihələri müzakirə edib
-
12:38
Mateus Silva: “Yenə tarix yaza bilərik”
-
12:02
I Liqa təmsilçisi qanalı futbolçu transfer etdi
-
11:45
Azərbaycan kubokunun püşkü atılacaq
-
11:29
Patrik Andrade: “Mövsümün sonunu yox, “Neftçi” ilə oyunu düşünürük”
-
10:56
"Fiorentina" kubokla vidalaşdı VİDEO
-
10:34
Mourinyo: “Bu vəziyyətə səbəb “Qarabağ”a məğlubiyyətdir”
-
10:13
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:47
"Qarabağ" "Liverpul" səfərində
-
23:32
Qurban Qurbanov: “Sabahkı oyunda futbolçularıma inanıram”
-
18:59
Kurban Berdiyevdən başsağlığı
-
17:44
"Turan Tovuz" onunla vidalaşdı
-
16:21
Qadın boksçular arasında Azərbaycan çempionatı başa çatdı
-
16:00
"Neftçi" Rza Cəfərovla müqaviləni uzadıb icarəyə göndərdi
-
15:35
“Qarabağ”ın futbolçusuna 4 ölkədən maraq
-
15:18
Azərbaycan idmanına ağır itki üz verib
-
14:56
“Qarabağ”ın çempionat oyunları yenidən “Tofiq Bəhramov”da
-
14:23
Gənc cüdoçular üçün yeni qaydalarla bağlı seminar keçirilib
-
14:09
Bakıda atletika üzrə beynəlxalq yarış keçiriləcək
-
13:47
Elçin Məsiyev Avropa Liqasının daha bir oyununda
-
13:32
“Qəbələ” kamerunlu legionerlə vidalaşdı
-
13:14
Azərbaycanın ümumittifaq dərəcəli voleybol hakimi vəfat edib
-
13:01
Cüdo məşqçilərinin praktik bacarıqlarının qiymətləndirilməsi mərhələsinə start verilib
-
12:25
Elvin Bədəlov: “Neftçi” avrokuboklardan əlini üzməyib”
-
11:58
“Səbail” daha bir futbolçusu ilə yollarını ayırdı - ÖZƏL
-
11:36
Boris İqnatyev vəfat edib
-
11:13
Azərbaycanda oynamış hücumçu “Pünik”də
-
10:49
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:27
Avropa çempionatı: Azərbaycanlı hakimin idarə etdiyi oyunda Ukrayna qalib gəldi
-
10:00
"Beşiktaş"dan xal itkisi VİDEO
-
18:08
Yelena Parxomenko "Qalatasaray"ın oyununa təyinat alıb
-
17:46
U-21 millimizin üzvü “Səbail”də
-
17:29
"Xankəndi" yeni transferini açıqladı
-
16:50
Emil Mustafayev: “Sumqayıt”ın avrokuboklara yollanmaq şansı az deyil”
-
16:31
Krujlyak bu mövsüm ikinci dəfə “Qarabağ”ın oyununu idarə edəcək
-
16:19
“Neftçi”nin yarımmüdafiəçisi “Qaziantep”də
-
15:42
AFFA iki komandaya texniki məğlubiyyət verdi
-
15:27
AFFA-nın vitse-prezidenti “Roma”nın oyununa təyinat alıb
-
14:54
“Qarabağ” Liverpula yollanır
-
14:18
"Liverpul" - "Qarabağ" oyununun hakimləri açıqlandı
-
13:45
Tiaqo Silva: “Neftçi” ilə oyunun nəticəsi ədalətli idi”
-
13:33
Ayaz Quliyevlə yollar ayrıldı
-
13:09
Millimizin üzvü: “Bu qələbə gələcək oyunlar üçün açar oldu”
28.01.2026
27.01.2026
26.01.2026























