Ölkə futbolu
"Dedim ki, buna penalti vermək olmaz"
“Neftçi”ni təbrik edirəm. Neçə illər idi çox istəkli idilər. Bu il buna nail oldular”.
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının sonuncu - 28-ci turunda “Neftçi” ilə keçirilən oyundan sonra deyib.
“Dalğa Arena”da keçirilən həlkedici qarşılaşmanın son dəqiqələrində qol buraxan Ağdam təmsilçisi 0:1 hesabı ilə məğlub olub.
Matçdan sonra təşkil edilən mətbuat konfransında Qurbanov fikrini bu sözlərlə davam etdirib:
“Futbolçularımı təbrik edirəm. Çox nadir hallarda futbolçularıma narazılıq bildirirəm. İllərdir əziyyət çəkirlər. Dəyişik rejimdə oynayırlar, ilboyu böyük stress keçirirlər. Onlardan da daim uğur tələb olunur. Bu da futbolçularda gərginliyi, məsuliyyəti artırır. İlboyu bu rejimdə işləmək asan deyil. Amma onlar bunu bacardılar. Neçə illərdir çox əziyyət çəkirik. Həmişə komandanı bu vəziyyətdə qorumağa çalışırıq”.
- Uzun fasilədən sonra Çempionlar Liqasından başlamayacaqsınız. Konfrans Liqasından başlamaq motivasiya baxımından çətin olmayacaq?
- Deməzdim ki, çətin olacaq. İstənilən halda Avropa təcrübəsidir. Digər ölkələrin komandaları da iştirak edəcək. Yeni bir turnirdir. Orada iştirak etmək, turnirin gücünü bilmək maraqlı olacaq. Çempionlar Liqasından iki həftə sonra başlamalıydıq. Bu da əlavə üstünlük olacaq. Üstəlik, millinin futbolçuları da toplaşacaq. Futbolçuların istirahətə çox ehtiyacı var. Turnirdə maksimum nəticəyə çalışacağıq.
- “Qarabağ”ın məğlubiyyətinin səbəbi Rahil Məmmədovun meydana daxil olaraq müdafiədə çaşqınlıq yaratması olmadı?
- Mən belə bir səbəb görmürəm. Oyunun gedişinə görə qərar veririk. Əvvəlcə Patrik Andradeni, ikinci hissədə oyunu ələ aldığımız vaxt Mahir Emrelini itirdik. Belə epizodlar oyunun gedişində çox olur. Ani çaşqınlıq idi. Elə qolluq epizod da deyildi.
- Rəqibin baş məşqçisi Xayme Romeronun epizodunun penalti olmadığını dedi. Siz necə düşünürsünüz?
- Kimə necə sərf edirsə, o cür danışır. İkinci epizodda penalti olduğunu deyirdilər. Baxdım, dedim ki, buna penalti vermək olmaz. Amma Xaymenin epizodunda penalti var idi. Amma bununla özümə haqq qazandırmaq istəmirəm. Bəzən futbolçuların haqqına girilir. Amma hər kəs öz fikrini bildirir.
- Sizə ən çox təsir edən Qarabağın işğaldan azad olunduğu il çempionluğu itirmək olmadı?
- Torpaqlarımız geri alındığı zaman demişdim ki, indi “Qarabağ”da özümü daha rahat hiss edəcəm. Torpaqlarımız rəqibdə olanda daim məndə qorxu, həyəcan var idi. Bəlkə də, bəzi səhvlərə yol verirdim. Amma indi daha ürəkliyəm. Bu gün müdafiəyəmeyilli oynaya da bilərdik. Amma torpaqlarımızın işğaldan azad olunması böyük qalibiyyətdir. Hər gələn legionerə Qarabağ həqiqətləri haqda məlumat verirdik. Onlar bilirlər ki, hansı komandada iştirak edirlər. Daha çox azarkeşlərə görə heyfsiləndim. Xüsusən də, stadiona gələ bilmədikləri üçün. Bu gün də oyuna gələndə bazanın qarşısında idilər, bizi yola saldılar. İnşallah, qarşıdakı illərdə bəzi dəyişikliklər edəcəyik. Son iki ildə həddən artıq çox oyunçu getdi. Onların yerini doldurmaq asan deyil. “Barselona”, “Real” kimi böyük klublarda da 3-4 oyunçu gedəndə onların yerini doldura bilmirlər. Amma biz yenə də öz düşüncələrimizi bir yerə qoyacağıq ki, daha yaxşı nəticələr qazanaq. (Qol.az)
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Azərbaycan kubokunda yeni rekord
- Asif Məmmədovdan 18 ilin rekordu
- "Sumqayıt"ın qələbə həsrəti bitdi
- “İmişli”də baş məşqçi istefası
- Kurban Berdiyev: “Bu sualı niyə mənə verirsiniz?”
- Maksimov məğlubiyyəti şərh etdi
-
16:03
"Kəpəz" milli fasilə zamanı yoxlama oyunu keçirəcək
-
15:43
Cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı keçiriləcək
-
15:12
U-21 millimizin heyəti açıqlandı
-
14:51
Danimarkalı vinger “Arsenal” və PSJ-nin hədəfində
-
13:39
Tofiq Əliyev dünya çempionatının gümüş mükafatçısı olub
-
13:25
Emin Mahmudov: “O qol heç vaxt yaddan çıxmayacaq"
-
13:00
Azərbaycanın batut gimnastları dünya çempionatında gümüş medal qazanıblar
-
12:48
NTD-dən növbəti transfer
-
12:24
Prezident İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib FOTOLENT
-
11:56
“Yuventus” 19 yaşlı hücumçu ilə maraqlanır
-
11:33
Musa Qurbanlı: “Hər nə qədər çətinə düşsək də, hədəflərimiz dəyişmir”
-
11:17
Türkiyə klubunda yeni baş məşqçi
-
10:45
Azərbaycan gimnastı dünya çempionatında finala vəsiqə qazanıb
-
10:21
Cenk Sümer: “Neftçi” bu gün boş tribunalar önündə oynamağı haqq etmir”
-
10:09
ünün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:52
"Kasımpaşa"nın qələbəsi VİDEO
-
09:30
Cəlal oynadı, komandası qalib gəldi
-
23:05
"Neftçi" 3 xalı tək qolla qazandı VİDEO
-
22:36
Vernidub: “Sevinirəm ki, meydana sonradan çıxanlar nəticə verirlər”
-
21:58
"Zəfər Turu": "Turan Tovuz" və "Neftçi" qələbə qazandı
-
21:11
"Turan Tovuz" "Qarabağ"ı tək qolla üstələdi VİDEO
-
20:49
Qurban Qurbanov: "Bu, onların haqqı idi”
-
20:24
Kurban Berdıyevdən qələbə şərhi
-
19:00
“Neftçi” - “Kəpəz”: Heyətlər açıqlandı
-
18:37
Riçarlison “Qalatasaray”a keçir?
-
18:03
BOS: "Borussiya"nın ittihamı əsassızdır, "Barselona" isə narahat olmaya bilər" FOTOLENT
-
17:45
“Barselona” daha 3 futbolçusu ilə müqavilə yeniləyəcək
-
17:23
Azərbaycanın tamblinq millisi ardıcıl üçüncü dəfə dünya çempionu olub
-
16:56
“Qarabağ” - “Turan Tovuz”: Heyətlər müəyyənləşdi
-
16:31
Emin Mahmudov: "Milli formanı geyindiyim ilk günü heç vaxt unutmayacağam"
-
16:19
I Liqa klubunda yeni prezident
-
16:00
PFL “Ayın qolu”nun müəllifini mükafatlandırdı
-
15:38
Azərbaycanla oyuna 15 nəfər çağırıldı
-
15:02
"Turan Tovuz"un legioneri milliyə dəvət alıb
-
14:44
Üzgüçülərimiz Belarusda 2 medal qazanıblar
-
14:27
Azərbaycan - Latviya oyununun hakimləri məlum oldu
-
13:53
Stolüstü tennisçilərimiz Avrasiya Liqasında III turun oyunlarına çıxacaqlar
-
13:35
AMADA "10ların təbəssümü" layihəsi çərçivəsində qazi övladları üçün Zəfər Günü tədbiri keçirib
-
13:19
AFFA 8 komandaya texniki məğlubiyyət verdi
-
12:41
Millimizə 27 futbolçu dəvət aldı
-
12:20
“Şahdağ Qusar”a texniki qələbə verildi
-
12:08
Emin Mahmudov millidəki karyerasını başa vurur
-
11:52
Zəfər Gününə həsr olunmuş bədii gimnastika yarışı keçiriləcək
-
11:34
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:17
Azərbaycanda çıxış etmiş moldovalı futbolçu vəfat edib
-
10:45
UEFA reytinqi: Azərbaycan mövqeyini qoruyur
-
10:23
Azərbaycan gimnastları dünya çempionatında mübarizəni davam etdirirlər
-
10:09
"Milan"dan gözlənilməz məğlubiyyət VİDEO
-
09:51
Cüdoçularımız Zaqrebdə Qran-pri turnirində iştirak
-
09:30
"Beşiktaş" "Seltik"ə uduzdu VİDEO
07.11.2026
06.11.2026
























