6 Avqust 2026, Cümə axşamı
"Qarabağ" Polşaya yollandı
Azərbaycan II Liqasının püşk atıldı
"Sumqayıt"da braziliyalı yarımmüdafiəçi
“Şamaxı” “Qəbələ”yə qalib gəldi

Ölkə futbolu

“Qəbələ” Elmar Baxşıyevlə bağlı qərarını verdi: gedir, ya qalır?

Cari mövsüm qitəmiqyaslı yarışlara qatılmayacağı Premyer Liqanın son turunda rəsmiləşən “Qəbələ”nin növbəti çempionatda baş məşqçisinin kim olacağına aydınlıq gəlib.

Futbolxeber.az saytının məlumatına görə, klub rəhbərliyi hazırkı çalışdırıcı Elmar Baxşıyevlə işbirliyini davam etdirəcək.

Mövsüm başa çatdıqdan sonra “qırmızı-qaralar”la 41 yaşlı mütəxəssis arasında daha 1 illik müqavilə imzalanacaq.

İnformasiyanı dəqiqləşdirmək üçün “Qəbələ”nin baş meneceri Zaur Əzizovla əlaqə saxladıq. Həmsöhbətimiz dolayısı ilə olsa da, məlumatımızı təsdiqlədi:

“Hazırda bu məsələ müzakirə mövzusu deyil. Növbəti mövsüm üçün də məşqçi dəyişikliyi planlarımıza daxil deyil”.

Qeyd edək ki, 41 yaşlı Baxşıyev A lisenziyasını sahibdir. Hazırda o, Pro lisenziyası almaq üçün AFFA-nin təşkil etdiyi kurslarda iştirak edir (Sport24.az).

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31