31 Oktyabr 2025, Cümə
"Kəpəz" 10 min manat cərimələndi
Millimiz Qazaxıstana qalib gəldi
Samir Abasovdan qələbə şərhi
Sadıqov: “Çox vacib 3 xal qazandıq”

Ölkə futbolu

Xəyalın 100-cü oyunu

“Sumqayıt”ın futbolçusu Xəyal Nəcəfov Premyer Liqada 100-cü oyununu keçirib.

Futbolxeber.az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, bu, XXII turun “Qarabağ”la görüşünə (1:4) təsadüf edib.

O, ölkə çempionatında yalnız bir klubun şərəfini qoruyub. Debütü 2014/15 mövsümünə təsadüf edən Nəcəfov 100 çempionat matçını “Sumqayıt”da keçirib.

O, klub tarixinə Premyer Liqada 100 və daha çox matça çıxan 4-cü oyunçu kimi düşüb. Xəyala qədər Vurğun Hüseynov (178), Bəxtiyar Həsənalızadə (158) və Slavik Alxasov (126) buna nail olub.

Qeyd edək ki, Nəcəfov 100 matçda 2 qol vurub.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31