Ölkə futbolu
Ukraynalı qapıçı: “Bakı” klubuna görə çox təəssüflənirəm”
"Qəbələ"də çıxış edərkən əvvəlcə hər şey qaydasında idi. Sonra baş məşqçi Roman Qriqorçuk məni altı aylıq əvəzedici heyətə göndərdi. Əsas komandaya qaytaracağını dedi, amma bunu etmədi".
Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri Ukraynanın "Minay" klubunda çıxış edən Azərbaycan millisinin sabiq qapıçısı Andrey Popoviç "Bfootball" nəşrinə geniş müsahibəsində deyib.
29 yaşlı qolkiper bildirib ki, 2015/2016 mövsümünün sonunda "Qəbələ" rəhbərliyi onunla əlaqə saxlayıb: "Həmin vaxt Kiyevdə idim. Qayıtmağımı istədilər və daha sonra müqaviləm ləğv edildi. Çağırmaqlarının səbəbini soruşduqda isə üz-üzə danışmaq istədiklərini bildirdilər. Azərbaycana qayıtdım, müqavilə ləğv olunduğu üçün bir az təzminat verildi. Çünki klubla daha birillik sözləşməm var idi. Sonra isə "Minay"a keçdim".
Popoviç Azərbaycan yığmasının formasını geyinməsinə baxmayaraq əslən ukraynalı olduğunu söyləyib: "Mən ukraynalıyam. Sadəcə pasportum var və Azərbaycan millisində oynamışam. Bu ölkə ilə yaxşı əlaqələrim mövcuddur. Artıq üç il və ya daha uzun müddətdir yığmaya çağırılmıram. Ümumiyyətlə sonuncu dəfə nə vaxt dəvət aldığımı belə xatırlamıram. Hazırda şans var. Ümid edirəm martdakı toplanışda Azərbaycan millisinə dəvət alacağam. Çünki cari mövsüm bunun üçün çox şey etmişəm".
Oyunçu Azərbaycan futbolunun durumu haqqında bunları deyib: "Orada yaxşı maliyyə var. Məsələn, "Qarabağ" klubu hərtərəfli inkişaf edib. Bu səviyyəyə yavaş-yavaş çatdılar, baş məşqçiyə güvəndilər və kluba pul yatırdılar. Komanda ardıcıl neçə mövsümdür ki, çempion olur. Hətta avrokubokların da qrup mərhələlərində iştirak edir. Onlar üçün hər şey yaxşıdır. Bəziləri isə dərhal nəticə istəyirlər. "Qəbələ"yə görə məyusam, mən orada olanda Qriqorçuku dəvət etdilər, yüksək səviyyəli oyunçular gətirdilər. Komanda çox yaxşı idi. Əsas hədəf də çempionluq olmuşdu. Amma "Qarabağ" amilinə görə şansımız az idi. Onlara qarşı görüşlərdə heç-heçə edir və ya qələbə qazana bilirdik. Amma digər komandalarla oyunlarda xallar itirdik. "Qəbələ"yə artıq böyük maliyyə yatırılmır. Halbuki orada hər şey var. İndi bazada qalmaqlarından xəbərsizəm. Həqiqətən orada hər şey ən yüksək səviyyədədir. Komandanın düşdüyü duruma görə isə təəssüflənirəm".
Azərbaycanda digər klublarda da çıxış edən ukraynalı qolkiper həmin dönəmdə ən pis şəraitin “Turan Tovuz"da olduğunu sözlərinə əlavə edib: "Komanda hazırda I Diviziondadır. Yenidən əsas liqada çıxış etmək istəyir. Bir il icarə əsasında orada oynadım, ən pis şərtlərin həmin klubda olduğunu düşünürəm. Bəxtim gətirdi ki, pulumu müqavilə ilə məxsus olduğum "Bakı" ödədi. Görürdüm ki, futbolçular orada acından ölürlər, onlara pul verirdim ki, özlərinə nəsə alsınlar. Çünki orada pul ödəmirdilər. Həm də Tovuz Gürcüstandan 100 km aralıda bir rayondur. Getməyə hansısa yer də yox idi. Oradakı azərbaycanlılar buna öyrəşiblər. Amma çoxlu legionerimiz var idi, bazada qalır, məşqə çıxır, nahar edir və orada vaxt keçirirdilər. Mənim “Playstation”um var idi, amma televizorları dördbucaq və qalın olduğundan oynaya bilmirdim. Orada formasını geyindiyim “Bakı” klubuna görə də çox təəssüflənirəm”.
Qeyd edək ki, 2011-2016-cı illərdə U-21 və əsas yığmanın formasını geyinmiş Andrey Popoviç "Bakı", "Sumqayıt", "Turan Tovuz" və "Qəbələ"də də çıxış edib (“Report”).
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- "Sumqayıt"ın qələbə həsrəti bitdi
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- “İmişli”də baş məşqçi istefası
- Kurban Berdiyev: “Bu sualı niyə mənə verirsiniz?”
-
13:31
"Fənərbaxça"dan darmadağın VİDEO
-
13:19
Yunuszadə ehtiyatda qaldı, komandası uduzdu
-
13:00
"Yuventus"dan xal itkisi VİDEO
-
12:42
Renat Dadaşov yenə oynamadı
-
12:27
"Milan"ın qələbəsi VİDEO
-
12:06
Zamiq darmadağını kənardan izlədi
-
11:54
200-cü heç-heçə
-
11:38
"İnter" "Komo"ya şans tanımadı VİDEO
-
11:13
Murad Məmmədov üçün 31 dəqiqə
-
10:45
"Çelsi" autsayderə uduzdu VİDEO
-
10:21
Mahirdən qol ötürməsi, “Rakuv”dan qələbə
-
10:09
"Liverpul" qələnə həsrətinə son qoydu VİDEO
-
09:52
Nəriman yenə ehtiyatda qaldı
-
09:30
"Barselona"dan əzmkar qələbə VİDEO
-
21:42
Millimiz Latviyaya məğlub oldu
-
20:49
"Şamaxı"dan əzmkar heç-heçə VİDEO
-
20:11
“Çempionatın ən gənc komandasıyıq”
-
19:26
“Şamaxı" və "Sumqayıt"dan xal itkisi
-
19:00
“Araz-Naxçıvan”ın futbolçusu üçün yubiley
-
18:37
"Sumqayıt" səfərdən 1 xalla qayıtdı VİDEO
-
18:16
Filipe Kandido: “Rəqibdən yaxşı oynadıq, amma bu, qələbə üçün kifayət etmədi”
-
15:43
Şahrudin Məhəmmədəliyev 100-ə çatdı
-
14:28
Azərbaycanın kayak və kanoeçiləri beynəlxalq yarışın mükafatçıları olublar
-
14:05
“Qarabağ” antirekordun bir addımlığında: 15 mövsümdə ilk dəfə
-
13:32
Azərbaycan Premyer Liqasında son 4 mövsümün antirekordu
-
13:14
“Qarabağ” üzərində qələbə bizə əlavə motivasiya verir”
-
12:59
"Roma" 3 xalı 3 qolla qazandı VİDEO
-
12:41
“Traktor” evdə qalib gəldi
-
12:27
"Tottenhem" səfərdə xalsız qaldı VİDEO
-
12:00
“Qəbələ”nin futbolçusu: “Millidə oynamaq hər bir futbolçu üçün şərəfdir”
-
11:36
"Arsenal"dan çətin qələbə VİDEO
-
11:13
Millimizin üzvü oynamadı, komandası xalsız qaldı
-
10:58
PFL-dən “Zəfər Günü” süjeti: “Futbol döyüş yorğunluğumuzu çıxarmaq üçün yaxşı vasitə idi” VİDEO
-
10:45
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:22
"Qalatasaray"ın oyununda 7 qol vuruldu VİDEO
-
10:09
Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
-
09:54
"Bavariya" səfərdə sevindi VİDEO
-
09:31
Rüfət oynadı, komandası qalib gəldi
-
09:17
"Mançester Siti" uduzdu VİDEO
-
09:00
Azərbaycan Zəfər Gününü qeyd edir
-
21:55
Zirədə 3 qol vuruldu VİDEO
-
21:37
Sadıqov: "Önəmli 3 xal qazandıq"
-
21:14
Yeton Bekiri: “Zamanımız var"
-
20:28
“Zirə” “Qəbələ”yə qalib gəldi
-
16:06
"Kəpəz" milli fasilə zamanı yoxlama oyunu keçirəcək
-
15:43
Cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı keçiriləcək
-
15:12
U-21 millimizin heyəti açıqlandı
-
14:51
Danimarkalı vinger “Arsenal” və PSJ-nin hədəfində
-
13:39
Tofiq Əliyev dünya çempionatının gümüş mükafatçısı olub
-
13:25
Emin Mahmudov: “O qol heç vaxt yaddan çıxmayacaq"
09.11.2026
08.11.2026
07.11.2026
























