Ölkə futbolu
AFFA-nın Konfransı keçirilib
AFFA-nın videokonfrans formatında Növbəti Konfransı keçirilib.
Futbolxeber.az-ın assosiasiyanın rəsmi saytına istinadən verdiyi məlumata görə, əvvəlcə rəsmi prosedura uyğun olaraq 35 səs hüquqlu nümayəndənin 34 nəfərinin Konfransda iştirak etdiyi açıqlanıb. Beləliklə, Konfrans yetərsaya uyğun olaraq, səlahiyyətli sayılıb.
AFFA-nın prezidenti Rövnəq Abdullayev Konfrans iştirakçılarını salamlayıb: “Hörmətli Konfrans iştirakçıları, hörmətli qonaqlar. AFFA-nın növbəti Konfransında hər birinizi salamlayıram. Təxminən 1 ildən çoxdur ki, dünyanın əksər ölkələri COVİD-19 pandemiyası ilə mübarizə aparır. Pandemiya dövrünün öz tələbləri var. Biz də bu amilləri nəzərə alaraq bu gün videokonfrans formatında görüşürük. Əlbəttə, pandemiya ilə bağlı 2020-ci ili çətin və bəlkə də uğursuz adlandırmaq olardı. Lakin ötən il bizim üçün hər zaman zəfər ili kimi xatırlanacaq. Respublika Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz 30 ilə yaxındır işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etdi. Böyük qələbə münasibətilə hər birinizi təbrik edirəm. Vətən müharibəsində AFFA-nın Qeydiyyat sistemində qeydiyyatdan keçmiş, Azərbaycan futbol ailəsinin 191 nəfər üzvü də şəhidlik zirvəsinə ucalıb. Allah bütün şəhidlərimizə rəhmət eləsin!”
AFFA prezidentinin salamlamasından sonra icraçı vitse-prezident Elxan Məmmədov məlumat verib ki, UEFA-nın baş katibi Teodor Teodoridis AFFA-nın Konfransına videomüraciət ünvanlayıb və videomüraciət nümayiş olunub. Sonra Elxan Məmmədov ötən il AFFA tərəfindən həyata keçirilmiş tədbirlər barədə hesabat xarakterli çıxış edib. Ardınca hesabat videoçarxı nümayiş olunub.
Məlumat verilib ki, hər il olduğu kimi, AFFA-nın hesabatı affa.az saytında yerləşdirilib.
Sonra AFFA-nın Maliyyə və Mühasibatlıq Departamentinin rəisi Xalid Cavadov və müstəqil auditor Elnur Kazımov hesabat çıxışı edib.
Elxan Məmmədov məlumat verib ki, Avro-2020-nin oyunlarının keçiriləcəyi şəhərlərdə ekoloji vəziyyətə töhfə vermək, çempionatın futboldankənar uzunmüddətli irsinin saxlanılması ilə bağlı UEFA İcraiyyə Komitəsi qərar qəbul etmişdi ki, ev sahibi şəhərlərdə 50 min ədəd ağac əkilsin. AFFA UEFA-nın bu təşəbbüsünü müsbət qarşılayıb. AFFA ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış müqaviləyə əsasən müxtəlif yaşıllaşdırma idarələrinin ərazisində 50600 (əlli min altı yüz) ədəd ağac əkilib. Ağacların bir qismi Xocahəsən gölünün ətrafında, digər hissəsi isə hava limanı magistral yolunun Suraxanı rayonu ərazisindən keçən hissəsinin ətrafında əkilib. Bununla bağlı hazırlanmış videoçarx nümayiş etdirilib.
Sonra AFFA-nın texniki direktoru Cahangir Həsənzadə çıxış edərək, gənclərdən ibarət milli komandaların hazırlıq prosesi və turnirləri barədə məlumat verib.
FİFA nümayəndəsi Nodar Axalkatsi öz çıxışında FİFA tərəfindən AFFA-nın Konfransına ünvanlanmış fikirləri səsləndirib.
Səs hüquqlu Konfrans nümayəndəsi Oqtay Abdullayev çıxış edərək Tovuz rayonunda, “Turan-Tovuz” klubunun nəzdində inşa olunmuş Futbol Akademiyasının istifadəyə verilməsi ilə bağlı AFFA rəhbərliyinə minnətdarlığını bildirib.
Konfrans başa çatdıqdan sonra İcraiyyə Komitəsinin iclası keçirilib.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Azərbaycan kubokunda yeni rekord
- Asif Məmmədovdan 18 ilin rekordu
- "Sumqayıt"ın qələbə həsrəti bitdi
- “İmişli”də baş məşqçi istefası
- Kurban Berdiyev: “Bu sualı niyə mənə verirsiniz?”
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
-
10:21
"Qalatasaray"ın oyununda 7 qol vuruldu VİDEO
-
10:09
Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
-
09:54
"Bavariya" səfərdə sevindi VİDEO
-
09:31
Rüfət oynadı, komandası qalib gəldi
-
09:17
"Mançester Siti" uduzdu VİDEO
-
09:00
Azərbaycan Zəfər Gününü qeyd edir
-
21:55
Zirədə 3 qol vuruldu VİDEO
-
21:37
Sadıqov: "Önəmli 3 xal qazandıq"
-
21:14
Yeton Bekiri: “Zamanımız var"
-
20:28
“Zirə” “Qəbələ”yə qalib gəldi
-
16:06
"Kəpəz" milli fasilə zamanı yoxlama oyunu keçirəcək
-
15:43
Cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı keçiriləcək
-
15:12
U-21 millimizin heyəti açıqlandı
-
14:51
Danimarkalı vinger “Arsenal” və PSJ-nin hədəfində
-
13:39
Tofiq Əliyev dünya çempionatının gümüş mükafatçısı olub
-
13:25
Emin Mahmudov: “O qol heç vaxt yaddan çıxmayacaq"
-
13:00
Azərbaycanın batut gimnastları dünya çempionatında gümüş medal qazanıblar
-
12:48
NTD-dən növbəti transfer
-
12:24
Prezident İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib FOTOLENT
-
11:56
“Yuventus” 19 yaşlı hücumçu ilə maraqlanır
-
11:33
Musa Qurbanlı: “Hər nə qədər çətinə düşsək də, hədəflərimiz dəyişmir”
-
11:17
Türkiyə klubunda yeni baş məşqçi
-
10:45
Azərbaycan gimnastı dünya çempionatında finala vəsiqə qazanıb
-
10:21
Cenk Sümer: “Neftçi” bu gün boş tribunalar önündə oynamağı haqq etmir”
-
10:09
ünün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:52
"Kasımpaşa"nın qələbəsi VİDEO
-
09:30
Cəlal oynadı, komandası qalib gəldi
-
23:05
"Neftçi" 3 xalı tək qolla qazandı VİDEO
-
22:36
Vernidub: “Sevinirəm ki, meydana sonradan çıxanlar nəticə verirlər”
-
21:58
"Zəfər Turu": "Turan Tovuz" və "Neftçi" qələbə qazandı
-
21:11
"Turan Tovuz" "Qarabağ"ı tək qolla üstələdi VİDEO
-
20:49
Qurban Qurbanov: "Bu, onların haqqı idi”
-
20:24
Kurban Berdıyevdən qələbə şərhi
-
19:00
“Neftçi” - “Kəpəz”: Heyətlər açıqlandı
-
18:37
Riçarlison “Qalatasaray”a keçir?
-
18:03
BOS: "Borussiya"nın ittihamı əsassızdır, "Barselona" isə narahat olmaya bilər" FOTOLENT
-
17:45
“Barselona” daha 3 futbolçusu ilə müqavilə yeniləyəcək
-
17:23
Azərbaycanın tamblinq millisi ardıcıl üçüncü dəfə dünya çempionu olub
-
16:56
“Qarabağ” - “Turan Tovuz”: Heyətlər müəyyənləşdi
-
16:31
Emin Mahmudov: "Milli formanı geyindiyim ilk günü heç vaxt unutmayacağam"
-
16:19
I Liqa klubunda yeni prezident
-
16:00
PFL “Ayın qolu”nun müəllifini mükafatlandırdı
-
15:38
Azərbaycanla oyuna 15 nəfər çağırıldı
-
15:02
"Turan Tovuz"un legioneri milliyə dəvət alıb
-
14:44
Üzgüçülərimiz Belarusda 2 medal qazanıblar
-
14:27
Azərbaycan - Latviya oyununun hakimləri məlum oldu
-
13:53
Stolüstü tennisçilərimiz Avrasiya Liqasında III turun oyunlarına çıxacaqlar
-
13:35
AMADA "10ların təbəssümü" layihəsi çərçivəsində qazi övladları üçün Zəfər Günü tədbiri keçirib
-
13:19
AFFA 8 komandaya texniki məğlubiyyət verdi
-
12:41
Millimizə 27 futbolçu dəvət aldı
08.11.2026
07.11.2026
06.11.2026
























