Ölkə futbolu
Kamal Umudu: "Zəfər dəhlizindən keçəndə gözlərim yaşardı"
"Meydana çatanadək bundan xəbərim yox idi. Sadəcə, Peşəkar Futbol Liqasının Texniki İdman Şöbəsinin rəisi Elgiz Abbasov demişdi ki, oyundan əvvəl tədbir olacaq. Mənimlə bağlı olduğunu bilmirdim. Artıq tuneldə olanda deyildi ki, hələ gözlə, əvvəl komandalar, sonra sən çıxacaqsan".
Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri futbol hakimi Kamal Umudlu Azərbaycan Premyer Liqasının XIV turunun "Səbail" - "Neftçi" matçında onun üçün hazırlanan zəfər dəhlizi barədə təəssüratlarını bölüşərkən deyib.
44 günlük Vətən müharibəsinin iştirakçılarından olmuş referi həmin an möhtəşəm hisslər keçirdiyini bildirib: "117 gündən sonra meydana çıxanda qəribə bir sevinc hissi var idi. Bu, artıq mənim üçün ölümsüzləşdirilmiş an oldu. Həmin vaxt bir anlıq donub qaldım. Dəhlizin içində gedərkən sona yaxın gözlərimin yaşardığını hiss etdim və buna görə başımı aşağı əydim. Möhtəşəm hisslər keçirdim. Müharibədə ən ön sıralarda olmasam da, onu yaxından hiss etdim. Vətən müharibəsindəki zəfərdən sonra bu dəhlizdə addımlamaq, xalqın göstərdiyi o hörməti, ehtiramı görmək tamam fərqli duyğulardır".
117 gündən sonra yaşıl meydana qayıdan Umudlu fiziki baxımdan çətinlik çəkmədiyini vurğulayıb: "Dekabrın 31-də qayıtdıqdan sonra yanvarın 3-də fərdi məşqlərə başladım. Daha sonra isə komanda şəklində hazırlıqlara qoşuldum. İlk həftədə müəyyən çətinliklər olurdu. Növbəti günlərdə isə özümdə müsbət mənada dəyişikliklər olduğunu hiss etdim. Bu matçadək "Qarabağ" və "Zirə" arasındakı yoxlama görüşü idarə etmişdim. Təbii ki, rəsmi görüşlərdə ab-hava başqa cür olur. Amma özümü bu matça tam hazırlamışdım. Bu baxımdan hər hansı problem olmadı".
Döyüş meydanı ilə futbol sahəsini müqayisə edən gənc referi hərəsinin öz çətinliklərinin olduğunu söyləyib: "Döyüş meydanında sabahın olub-olmayacağını bilmirik. Orada hər şey 50/50-dir. Daim ölümlə üz-üzə qala bilərsən. Bu mənada, döyüş meydanı daha ağırdır. Həmin vaxt bütün fikrimiz döyüşlərdə olduğu üçün gələcək barədə düşünmürdük. Yalnız müharibə bitdikdən sonra bütün fikrimi öz sahəmə yönəltdim. "Oyun qaydaları" kitabını əldə etdim və biliklərimi daha da təkmilləşdirməyə, planlar qurmağa başladım. Çünki hakimliyə qarşı xüsusi sevgim var".
Umudlu müharibədə olduğu vaxt daim AFFA və PFL rəhbərliyinin dəstəyini hiss etdiyini bildirib: "Tez-tez əlaqə saxlayırdılar. Hətta qayıtdığım gün milli assosiasiyanın icraçı vitse-prezidenti Elxan Məmmədov fərdi olaraq mənimlə telefonda danışdı. Maraqlanan hər kəsə təşəkkür edirəm. Hakimlər və Hakim-İnspektorlar Departamentinin mənim üçün ən böyük jesti, hədiyəsi dünənki oyuna təyinat almağım oldu".
Referinin sözlərinə görə, onunla birlikdə daha 4 hakim ön cəbhədə xidmət edib: "Onlardan biri - Taleh Məmmədov Ordu sıralarına səfərbərliklə baş leytenenat kimi yollanmışdı. O, I Divizionda hakimlik edir. Digər hakim yoldaşlarım isə Qalib Əliyev, Əli Əliyev və Tural İbrahimov idi. Sonuncu hələ də qayıtmayıb, Qubadlıda xidmətini davam etdirir. Müharibə dövründə AFFA rəhbərliyi tərəfindən bizə həm maddi, həm də mənəvi yardım edilib" ("Report").
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- “Neftçi” 5 min manat cərimələndi
- Azərbaycan kubokunda yeni rekord
- VII turun hakim təyinatları
- Asif Məmmədovdan 18 ilin rekordu
- Fətiyev bürünc medal qazandı
- “Səbail” qələbəni əldən verdi
-
15:51
Almaniya millisinin heyəti açıqlandı
-
15:24
Zəfər Günü münasibətilə Gəncədə veloyürüş keçirilib
-
14:48
"Kəpəz"in futbolçusu milliyə çağırıldı
-
14:32
Ronaldo Portuqaliya millisinə vida etdi
-
14:00
"Şəki"də yeni baş məşqçi
-
13:17
Anatoli Ponomaryov: “Avropada bu komandaya getmək istəyirəm” deməklə iş bitmir”
-
12:56
Azərbaycan şahmatçısı U-20 dünya çempionatında bürünc medal qazanıb
-
12:23
“Neftçi”nin legionerinə millidən dəvət
-
11:39
XI turun hakim təyinatları açıqlandı
-
11:15
"Borussiya"nın qələbəsi VİDEO
-
11:01
Cüdo üzrə yeniyetmələr arasında Bakı şəhər birinciliyi keçiriləcək
-
10:48
"Real"dan əzmkar qələbə VİDEO
-
10:24
Almeyda Bakıya gəlib: Yaxşı övlad doğma evinə qayıdar
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
"Fənərbaxça" "Liverpul"a qalib gəldi VİDEO
-
21:35
Azərbaycan gimnastları dünya çempionatına uğurlu start veriblər
-
19:49
"Şamaxı"nın legioneri milliyə dəvət aldı
-
18:51
Cüdo məşçiləri üçün peşəkar inkişaf proqramı keçirilir
-
18:24
"Qarabağ" "Dinamo"ya məğlub oldu
-
18:00
“Barselona” “Atletiko” önünə itki ilə çıxacaq
-
17:37
Yamal Mbappenin rekordunu qırdı
-
17:12
İngiltərə klubunda yeni baş məşqçi
-
16:53
Çempionlar Liqasında iki rekorda birdən imza atdılar
-
16:25
Bölgə klubu oyunu boykot etdi - Maaşlar verilmir
-
16:08
FIFA-dan AFFA-ya təşəkkür məktubu
-
15:46
Aysel Əhmədli Avropa çempionatında qızıl medal qazanıb
-
15:19
"İmişli"nin U-19 komandasına 6 legioner cəlb olunub
-
14:51
Kamal Umudlunun idarə etdiyi oyunda PSJ uduzdu
-
14:34
“Turan”ın legioneri: “Əldə etdiyimiz uğur əzmkarlığın nəticəsidir”
-
14:00
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
13:42
“Turan”dan jest: Çempionlar Liqası oyununun biletləri ödənişsizdir
-
13:27
Şahin Bağırov Ağsuda yeniyetmə voleybolçuların valideynləri ilə fikir mübadiləsi aparıb
-
12:53
Azərbaycan Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
-
12:35
Turun mərkəzi oyununun biletləri satışda
-
11:46
“Qarabağ”ın legioneri ilk dəfə milliyə dəvət aldı
-
11:18
Azərbaycan - Çexiya oyunun hakimləri bilindi
-
10:21
“Neftçi” azarkeşi, nəyin çatışmır?
-
10:09
"Bavariya" Madriddən 3 xalla qayıtdı VİDEO
-
09:54
“Fənərbaxça”nın yeni baş məşqçisi açıqlandı
-
09:32
"Mançester Yunayted"dən əzmkar qələbə VİDEO
-
09:17
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:00
Batrakovun dublu "Qalatasaray"a qələbə qazandırdı VİDEO
-
21:58
Çempionlar Liqası: "Turan" Bolqarıstan klubuna qalib gəldi
-
19:12
Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə imtahan keçiriləcək
-
18:35
Millimizin UEFA Millətlər Liqasındakı rəqibləri bəlli olub
-
17:56
Avrokubok oyunları 1 dəqiqəlik sükutla başlayacaq
-
17:27
I Liqa klubları üçün seminar
-
17:00
İspaniya kubokunda bütün oyunlar təxirə salındı
-
16:41
I Liqada hakim təyinatları
-
16:19
Əfran İsmayılov: coğrafiyaşünas, yoxsa futbolçu düzəldən?
05.11.2026
04.11.2026
03.11.2026
























