Ölkə futbolu
Aftandil Hacıyev: "İlk dəfə planşetlə oyun izləyib, tapşırıqlar verirdim"
"Səbail"in baş məşqçisi Aftandil Hacıyev klubun Mətbuat xidmətinin suallarını cavablandırıb. Futbolxeber.az saytı həmin müsahibəni təqdim edir.
- COVİD-19-a yoluxduğunuzu göstərən ilk əlamətlər nələr idi? Sağalma prosesi necə keçdi?
- Öncədən koronavirusun bu qədər ciddi olduğunu təsəvvür etmirdim. İlk olaraq, başımda və kürək nahiyəmdə ağrılar hiss edirdim. Hansı ki, indiyədək belə ağrılar keçirməmişdim. Qrip deyildim, öskürmürdüm, sadəcə taqətdən salan ümumi halsızlıq var idi. Həkimlərin nəzarəti ilə evdə müalicə almağa başladım. Sağaldıqdan sonra bədən güc itirdiyinə görə ilk həftədə ehtiyatlı olmağı tövsiyə etdilər.
- Məşqlərdən və oyunlardan kənar qalmaq hansı təəssüratlar yaratdı?
- Həm futbolçu, həm məşqçi kimi uzun müddətdir bu işlə məşğulam. Futbol bizim peşəmizdir. Ən sevdiyimiz məşğuliyyət olduğuna görə uzaq qalanda darıxmamaq mümkün deyil. İşimdən kənar qalmışdım deyə sıxılırdım. Amma sağlığıma görə dözməyə məcbur idim. Hamıya sağlamlığını qorumağı tövsiyə edirəm.
- İki oyunda texniki zonada olmadınız. Matçlarda virtual iştirak etmək necə idi?
- İlk dəfədir virtual olaraq, məşq və oyunlarda iştirak edirdim. Əvvəlcə qeyd edim ki, köməkçilərimə güvənirəm. Bilirdim ki, komandanın oyunlara məsuliyyətlə yanaşmasına yardım edəcəklər. “Keşlə” - “Səbail” oyununda bunun şahidi olduq. Köməkçi məşqçilərə və futbolçulara təşəkkür edirəm. İlk dəfə idi, planşetlə oyun izləyib tapşırıqlar verirdim. “Qəbələ” ilə oyunda isə iki fərqli hissə izlədik. İkinci yarıda rəqib qapısında kifayət qədər qol epizodu yarada bildik. Sadəcə olaraq, sonluğu gətirə bilmədik. Son anlara qədər cəhd etsək də, rəqib layiqli qələbə qazandı.
- “Səbail”in qış fasiləsindəki hazırlıq planı nədən ibarətdir?
- Yanvarın 4-dən məşqlərə başladıq. Legionerlər isə yanvarın 8-dək ardıcıllıqla hazırlığa qoşulacaqlar. Bir həftəlik toplanışımız olacaq. Toplanışa qədər olan məşqlərimiz daha çox fiziki hazırlıq üzərində qurulub. Toplanış ərəfəsində isə həm fiziki, həm taktiki məşqlər olacaq. Hazırlıq prosesinin sonunda isə “Sabah”la yoldaşlıq oyunu baş tutacaq. Bu gündən etibarən, yanvarın 21-də keçiriləcək “Neftçi” ilə matçın hazırlığına start vermişik.
- Qış fasiləsindəki dəyişiklikdən sonra komandada hansı mövqeni gücləndirmək istəyirsiniz?
- Komandamızda yollarımızı ayırdığımız futbolçular var. Düşünürəm ki, heç bir futbolçu meydanda az oynamaq istəməz. Belə qərara gəldik ki, daha çox oynayacaqları komandaya getsələr, yaxşı olar. Gedənlərin yerinə isə ən azı üç futbolçu heyətimizə cəlb etməyi düşünürük. Say olsun deyə yox, rəqabəti sevən və şərtlərimizə uyğun futbolçu transfer edəcəyik. Bilirik ki, vaxt çox azdır. Əgər istədiyimiz alınmasa, hazırkı komanda ilə yolumuza davam edəcəyik. Hazırda bir müdafiəçi, bir yarımmüdafiəçi, bir hücumameyilli futbolçu axtarışındayıq.
- Mövsümün 2-ci hissəsində komandanın məqsədi nə olacaq?
- Məqsədimiz mübarizəmizi sona qədər davam etdirməkdir. İki klubu çıxmaq şərti ilə, geridə qalan 6 komanda da avrokuboklara vəsiqə üçün çıxış edir. Hər kəs kimi biz də mübarizəmizə davam edəcəyik. Mayda yüksək pillədə yer alaraq, istədiyimiz nəticəni qazanmaq istəyirik.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Neftçi” 5 min manat cərimələndi
- Azərbaycan kubokunda yeni rekord
- VII turun hakim təyinatları
- Asif Məmmədovdan 18 ilin rekordu
- Fətiyev bürünc medal qazandı
- “Səbail” qələbəni əldən verdi
- "Sumqayıt"ın qələbə həsrəti bitdi
-
19:00
“Neftçi” - “Kəpəz”: Heyətlər açıqlandı
-
18:37
Riçarlison “Qalatasaray”a keçir?
-
18:03
BOS: "Borussiya"nın ittihamı əsassızdır, "Barselona" isə narahat olmaya bilər" FOTOLENT
-
17:45
“Barselona” daha 3 futbolçusu ilə müqavilə yeniləyəcək
-
17:23
Azərbaycanın tamblinq millisi ardıcıl üçüncü dəfə dünya çempionu olub
-
16:56
“Qarabağ” - “Turan Tovuz”: Heyətlər müəyyənləşdi
-
16:31
Emin Mahmudov: "Milli formanı geyindiyim ilk günü heç vaxt unutmayacağam"
-
16:19
I Liqa klubunda yeni prezident
-
16:00
PFL “Ayın qolu”nun müəllifini mükafatlandırdı
-
15:38
Azərbaycanla oyuna 15 nəfər çağırıldı
-
15:02
"Turan Tovuz"un legioneri milliyə dəvət alıb
-
14:44
Üzgüçülərimiz Belarusda 2 medal qazanıblar
-
14:27
Azərbaycan - Latviya oyununun hakimləri məlum oldu
-
13:53
Stolüstü tennisçilərimiz Avrasiya Liqasında III turun oyunlarına çıxacaqlar
-
13:35
AMADA "10ların təbəssümü" layihəsi çərçivəsində qazi övladları üçün Zəfər Günü tədbiri keçirib
-
13:19
AFFA 8 komandaya texniki məğlubiyyət verdi
-
12:41
Millimizə 27 futbolçu dəvət aldı
-
12:20
“Şahdağ Qusar”a texniki qələbə verildi
-
12:08
Emin Mahmudov millidəki karyerasını başa vurur
-
11:52
Zəfər Gününə həsr olunmuş bədii gimnastika yarışı keçiriləcək
-
11:34
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:17
Azərbaycanda çıxış etmiş moldovalı futbolçu vəfat edib
-
10:45
UEFA reytinqi: Azərbaycan mövqeyini qoruyur
-
10:23
Azərbaycan gimnastları dünya çempionatında mübarizəni davam etdirirlər
-
10:09
"Milan"dan gözlənilməz məğlubiyyət VİDEO
-
09:51
Cüdoçularımız Zaqrebdə Qran-pri turnirində iştirak
-
09:30
"Beşiktaş" "Seltik"ə uduzdu VİDEO
-
09:00
"Zəfər Turu" start götürür: "Qarabağ" "Turan Tovuz"a, "Neftçi" "Kəpəz"ə qarşı
-
21:14
Abşeron Olimpiya İdman Kompleksində kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
-
20:59
“Şəfa”da qalmaqal: maaşını tələb etdi, “23”lükdən uzaqlaşdırıldı
-
20:30
"Neftçi" "Kəpəz"lə oyuna hazırdır FOTOLENT
-
19:22
Çempionlar Liqasında həftənin ən yaxşı kim seçildi?
-
18:07
Millimiz Çexiya ilə heç-heçə etdi
-
17:46
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
-
17:33
O da FİFA prezidentliyinə namizəd olacaq
-
16:15
"Zirə" "Qəbələ" ilə oyuna hazırlaşır FOTOLENT
-
15:51
Almaniya millisinin heyəti açıqlandı
-
15:24
Zəfər Günü münasibətilə Gəncədə veloyürüş keçirilib
-
14:48
"Kəpəz"in futbolçusu milliyə çağırıldı
-
14:32
Ronaldo Portuqaliya millisinə vida etdi
-
14:00
"Şəki"də yeni baş məşqçi
-
13:17
Anatoli Ponomaryov: “Avropada bu komandaya getmək istəyirəm” deməklə iş bitmir”
-
12:56
Azərbaycan şahmatçısı U-20 dünya çempionatında bürünc medal qazanıb
-
12:23
“Neftçi”nin legionerinə millidən dəvət
-
11:39
XI turun hakim təyinatları açıqlandı
-
11:15
"Borussiya"nın qələbəsi VİDEO
-
11:01
Cüdo üzrə yeniyetmələr arasında Bakı şəhər birinciliyi keçiriləcək
-
10:48
"Real"dan əzmkar qələbə VİDEO
-
10:24
Almeyda Bakıya gəlib: Yaxşı övlad doğma evinə qayıdar
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
06.11.2026
05.11.2026
























