Ölkə futbolu
Ceyhun Haşımov: "Şəhid ailəsi deyirdi ki, bizə gözaydınlığı ver"
Azərbaycanlı hakim-inspektor, keçmiş referi Ceyhun Haşımovun müsahibəsi
- 44 günlük Vətən müharibəsi dövründə Orduya fəal dəstək verənlərdən biri də siz və komandanız oldu. Əvvəlcə cəbhədə gördüyünüz işlər, üzləşdiyiniz hadisələrlə bağlı fikirlərinizi bilmək istərdik...
- Biz martın əvvəlindən fəaliyyətə başlamışıq. Əvvəlcə, hardasa 2 ayadək bu işdə oldum. Heç yerdən dəstək yox idi. Gördüm, artıq hər şey tükənir. Dost-tanışlara müraciət etdim, bu komanda formalaşdı və xeyriyyə işlərinə başladıq. Hətta Neftçalada susuzluq problemi olarkən oraya 200 ton içməli su aparmışdıq. Bütün kəndlərə payladıq. Bu cür aksiyalarda daim iştirak etməyə çalışırıq. Müharibə vaxtı isə bu cür işləri görmək üçün nəyisə düşünmək, analiz etmək, kiminləsə məsləhətləşmək lazım deyildi. Bu, hər kəsin içindən gələn bir istək idi. Dostlarla danışdıq ki, bunu edirik. 75 nəfərlik komandada hamı dedi ki, bu, bizim 1 nömrəli borcumuzdur. Bunu edən tək biz deyildik. Bütün xalq əlindən gələn köməkliyi əsirgəmirdi. Məqsəd əsgərə kömək etmək idi. Düzdür, cəbhə bölgəsinə gedəndə görürdük ki, əsgərlərimizin yeməyi də, geyimi də var. Sadəcə, onlarla görüşüb, xalqın Ordumuzla bir olduğunu bildirmək, uşaqların məktublarını onlara çatdırmaq mənəvi dəstək idi. Hərbçilərimiz tək olduqlarını, unudulduqlarını düşünməməli idilər. Hər zaman deyirdilər ki, vətəndaşlarımızın bura gəlməsi bizi qürurlandırır, bundan güc alırıq, kimə və nəyə görə döyüşdüyümüzü bilirik.
- Müharibə dövründə və sonra hansı ərazilərdə oldunuz və əsgərlərimizə daha çox hansı yardımı apardınız?
- Mən özüm də 1992-ci ildə müharibədə iştirak etmişəm, Laçında döyüşmüşəm. Ac olduğumuz üçün həftələrlə gözümüz yolda qalırdı. Biz xalq olaraq əsgərlərimizə bu hissi keçirməyə imkan vermədik. Döyüşün elə qaynar nöqtələri var idi, ora girmək olmurdu. Bu, müharibədir, belə şeylərdən qaçmaq olmur. İnsanların daşıdıqları ərzaqlar bəzən qurulmuş postlarda təhvil verilirdi. Biz isə sosial şəbəkələrdə işıqlandırılan bəzi neqativ məsələlərə görə birbaşa əsgərlərin yanına, azad olunmuş ərazilərə, səngərə gedirdik. Təhlükəsizlik baxımından həmin video və şəkilləri heç yerdə paylaşmırıq. Məqsədimiz sovqatı birbaşa əsgərə çatdırmaq idi ki, ondan özü yararlansın. Müharibə vaxtı ən çox ehtiyac olan alt geyimləri idi. Əsgərlərin paltarlarını yumaq imkanı yox idi. Əsgərlərdən biri yuxuda anasının ona kotlet bişirdiyini görmüşdü. Bütün Gəncə qadınları onlara çörəkarası kotlet göndərmişdi. Kimi şirniyyat, kimi meyvə, kimi qoyun aparırdı. Çox yerlərdə olduq. Tərtər və Goranboya gedəndə yolda əsgərlərə ərzaq aparan maşın axınını görəndə gözlərim doldu, xalqımızla fəxr etdim. Müharibə 44 gün davam etsə də, biz hardasa 60 gün cəbhə bölgəsində olduq. Axırıncı dəfə noyabrın 28-də getmişik. Ağdamda olduq, Ağdərə istiqamətində, Şahbulaqda olduq. Ağdam məscidində bütün xalqımız üçün namaz qıldıq. Şuşa məscidinə də getmək niyyətimiz var. Yəqin ki, yaxınlarda bu da bizə qismət olacaq.
- Döyüş bölgəsində olduğunuzu qeyd etdiniz. Yəqin ki, həmin vaxt təhlükə ilə üzləşdiyiniz anlar da olub...
- Tərtər-Goranboy istiqamətində gedəndə mərmi düz maşınımızın qabağına düşdü. Ermənilər ancaq minaatandan istifadə edirdilər. Digər silahlardan düzgün istifadə edə bilmirdilər. İlk dəfə Tapqaraqoyunluya gedirdik, partlayış səsi eşitdik və bir neçə mərmi yolumuzun üstünə düşdü. Xoşbəxtlikdən, xəsarət alan olmadı. Ondan sonra yolu bağladılar. Biz isə əsgərlərə gəldiyimizi demişdik. Sonradan məcbur olub apardığımız sovqatı maşınlara yükləyib göndərdik. Füzulidə qaldığımız evin yaxınlığına “Toçka-U” raketi atdılar. Vahiməli bir hadisə idi. Elə yerlər olurdu ki, başımızın üstündə dron uçurdu. Düzdür, çətin idi, buraxmırdılar. Biz isə deyirdik ki, ya bu əşyaları yandıracağıq, ya da aparıb əsgərlərə verəcəyik. Çünki qulağımıza bəzi neqativ söz-söhbətlər çatırdı.
- Cəbhədə olarkən sizi ən çox təsirləndirən hadisə nə oldu?
- Müharibənin ilk günləri idi. Bir müəllimə tanışım vasitəsilə əsgərə pay çatdırmışdı. İçində 2 blok siqaret, 4-5 corab, üzqırxanlar, ağrıkəsici dərmanlar və 10 manat pul var idi. Bu hadisə məni çox təsirləndirmişdi. Yayda Tovuzda baş vermiş hərbi əməliyyatlar zamanı oraya gedirdik. Yolda marketdən bazarlıq edib kassaya yaxınlaşanda kassir qız iki siqaret götürüb öz adından malların üstünə atdı. Dedi ki, bu da mənim payım olsun. Qızın qarşısında özümü saxlaya bilmədim. Məni görüb qız da ağladı. Özü kasıb adamdır, orada 7-10 manata işləyir. Amma gücü çatdığı qədər yardım edir. Bu, milyonlardan da dəyərlidir. Adam var ki, sərvətinin sayı-hesabı bilinmir. 100 minlik yardım etsə də, bu, onun üçün heç nədir. Amma kasıb adamın 1 manatlıq yardımı milyonlara bərabərdir. Heydər Əliyevin “Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam'' fikirlərini 44 günlük müharibə zamanı hər gün təkrar etdim. Çünki xalqımın birliyini gördüm. Həqiqətən Ordumuzla fəxr etdim. Ölkə rəhbərliynin bu müharibəyə necə hazırlaşdığının şahidi oldum. Sosial şəbəkələrdə çox şey yazdılar. Amma orduda elə hazırlıq, əsgərlərimizdə elə ruh yüksəliyi gördüm ki, yaxşı mənada təəccübləndim. Qubadlı-Zəngilan istiqamətində kolonda gedən maşınları yolda saxlayıb sovqatları birbaşa özlərinə verirdik. Gördük ki, yolun kənarında iki nəfər əsgər dayanıb, əyinlərində xəstəxana geyimi, ayaqlarında isə tərliklər var idi. Onlara yaxınlaşıb orada niyə dayandıqlarını soruşduq. Dedilər ki, yaaralanmışıq, hospitalda qalırıq, amma dura bilmirik, əsgərlərimizin yanına getmək istəyirik. Bu, bilirsiniz, nə deməkdir? Onlara bildirdim ki, bizim kifayət qədər əsgərimiz, ehtiyat qüvvəmiz var. Yalvardılar ki, səsinizi çıxartmayın, biz getməliyik. Orada belə hadisələrin şahidi olduq. Bir dəfə apardığımız sovqatı əsgərlərə paylayarkən, bir də gördük ki, maşınımızı ermənilərin əkib-becərdiyi meyvə-tərəvəzlə doldururlar. Bizim üçün pay qoyurdular. Bu, Ordumuzun qüdrətini, əsgərimizin aliliyini göstərir. Əsasən müdafiə mövqeyində olan əsgərlərimizə sovqat aparanda deyirdilər ki, bizə az verin, irəlidəki qardaşlarımıza çatdırın. Onların daha çox ehtiyacı var. Belə şeyləri görəndə ürəyimiz parçalanırdı. Biz hospitallarda da olurduq. Həkimlərlə söhbət edəndə bildirdilər ki, ölkə başçısının bizə 1 nömrəli tapşırığı odur ki, əlinizdən gələni edin, heç bir əsgərin əli-ayağı amputasiya olunmasın. Zərgərlər üzüyün üstünə qaşı necə yığırlarsa, onlar da deyirdilər ki, lazım olsa, sümükləri xırda-xırda yığmalıyıq. Bu, əsgərə, hərbçiyə verilən qiymətin göstəricisidir. Bu, həm Ordumuzun, həm də xalqımızın qələbəsidir. Müharibədə xalq əsgərinin yanında oldu.
- 1992-ci ildə Laçında döyüşdüyünüzü bildirdiniz. 44 günlük müharibədə iştirak etmək üçün müvafiq qurumlara müraciətiniz oldumu?
- Bəli, 2 dəfə hərbi komissarlığa müraciət etdim. Müharibə yeni başlamışdı. Evdə mənə dedilər ki, səni aparmayacaqlar, yaşın çoxdur, özün də yaralanmısan. Komissarlıqdan mənə bildirdilər ki, get evə, sənə ehtiyac yoxdur, lazım olsa, çağırarıq. Cəbhədə məndən də yaşlı insanların döyüşdüyünü görəndə əsəbləşdim, qanım qaraldı. Sonra müvafiq orqanlara zəng vurub, bununla maraqlandım. Mənə dedilər ki, onlar Qarabağın yerli sakinlərdir, kömək üçün gediblər. Digərləri isə zabitlərdir. Orada başqa sıravi vətəndaş yoxdur. Daha sonra könüllü partizan dəstəsi yaratmaq istədik, buna da icazə vermədilər.
- Şahid və qazi ailələrinə də dəstək verirsiniz. Onlarla görüşlərdə hansı hissləri keçirirsiniz?
- İndiyədək sosial şəbəkədəki səhifəmdə şəhid şəkli paylaşmamışam. Çünki bu, məni sanki tikə-tikə parçalayır, ölüb-dirilirəm. İnsan öz şəhidinə gecələr nə qədər ağlayar? Ölkədə bəziləri toy, şənlik edir. Düşünmürlər ki, şəhidin valideynlərinin, balasının gözü yoldadır. Rayonlarda şəhid ailələrinin evində qonaq oluruq. Bəzi ailələr mənə deyir ki, bizə gözaydınlığı ver, övladımız şəhid olub. Bildirirlər ki, başını dik tut, Vətən sağ olsun. Onların simasında 1 qram kədər his görmədim. Fəxr edirlər ki, övladları torpaq uğrunda şəhid olub. Özümdə güc tapıb, şəhid dəfninə gedə bilmirdim. Sonradan evlərinə gedirdim. İçəridə əziyyət çəksələr də, büruzə vermirdilər. Sabirabadda insanların içində şəhidin atasını axtarıram ki, başsağlığı verim. Heç kimin üzündə dərdli ata cizgisini görə bilmədim. Şəhidin atası orada bəlkə də ən gümrah adam idi. Füzulidə bir şəhid ailəsinin evinə getdik. Atasının ayaqları yox idi, gəzə bilmirdi. Onu evdə hərəkət etdirən, yatağına aparıb-gətirən oğlu idi. Amma o Vətən borcunu ödəmək üçün döyüşüb və şəhid olub. Görün, biz necə oğulları itirmişik. Amma içimizdə olan qara qüvvələr bu qələbəyə kölgə salır. Bəziləri deyir ki, bu qələbəni çox da şişirtmək lazım deyil. Buna necə ləkə salmaq olar? (“Report”)
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Neftçi”nin oyununda dava
- "Turan Tovuz" Türkiyə klubunu darmadağın etdi
- "Sumqayıt"ın baş məşqçisi müəyyənləşdi
- Azərbaycan klublarının yay transferləri (Yenilənir)
- Joni Montiel: “İşimiz baş məşqçini çətinə salmaqdır”
- "Neftçi"dən ayrıldı, sabiq klubuna qayıtdı
- DÇ-2026: Fransa yarımfinalda
- Coko Haciyevski: “Neftçi” kimi, “Sileks” də tarixi klubdur”
- "Neftçi"dən böyük hesablı qələbə
- Konfrans Liqası: “Neftçi” və “Zirə”nin potensial rəqibləri bilindi
- “Neftçi” sifariş vərəqəsini UEFA-ya göndərdi
- Tahir Gözel: “Bu, Qurban hocanın da arzusu idi, amma alınmırdı...”
- Nuriyev Macarıstan klubunda
- “Neftçi” azarkeşlərinin gözlədiyi transfer Bakıya gəldi: sabah 3 illik müqavilə imzalanacaq
- “Zirə”də gözlənilməz ayrılıq
-
18:31
Kluyvertin oğlu “Barselona”da debüt etdi
-
18:15
"Qarabağ" məşqçilərin peşəkar inkişafına yönəlmiş yeni təlim proqramına start verib
-
17:57
Zamiq Əliyev yenidən klubunun düşərgəsində
-
17:22
Azərbaycan atıcısı Avropa çempionatının finalına yüksəlib
-
17:00
“Kəpəz” moldovalı yarımmüdafiəçi transfer edib
-
16:43
Azərbaycanda oynamış futbolçu Ermənistan klubunda
-
16:16
“Gəncə”dən yeni transfer
-
15:58
I Liqada 2026/2027 mövsümünün püşkü atıldı VİDEO
-
15:24
Yunuszadə Türkiyə klubunda
-
15:01
II Liqa klubunda yeni qapıçı
-
14:39
"Karvan-Yevlax" iki futbolçu ilə vidalaşıb
-
14:15
Bakıda dünya çempionatında AMADA-nın maarifləndirmə proqramı keçirilib
-
13:52
Qusarda 16 yaşadək yeniyetmələrin Respublika Şahmat Olimpiadasına start verilib
-
13:27
Xuraman Alimovanın yeni klubu bilindi
-
13:00
"Fiorentina" "Yuventus"un müdafiəçisini icarəyə götürdü
-
12:43
Ronaldo Azərbaycan klubundan ayrıldı
-
12:06
“Ayaks” Ter Ştegeni heyətinə qatdı
-
11:38
Miron Markeviç: "Qarabağ" mütləq məğlub etməli olduğumuz rəqibdir"
-
11:14
Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək
-
10:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:29
"Real"ın hücumçusu İngiltərə klubunda
-
10:05
ABŞ klubu Axundzadənin müqaviləsindəki detalları açıqladı
-
09:47
“Yuventus” müdafiəçi transfer edir
-
00:32
Nəriman Axundzadə Türkiyə klubuna keçir
-
21:40
"Neftçi" ölkə çempionatının hazırlığına start verdi FOTOLENT
-
20:24
Şeydayevin yeni klubu müəyyənləşdi
-
20:09
"Turan Tovuz" Türkiyə klubunu darmadağın etdi
-
19:52
Yardımlıda akrobatika və aerobika gimnastikası üzrə ölkə çempionatı keçiriləcək
-
18:36
"Neftçi"də yunan baş məşqçi vəzifəsinə təyin edib
-
18:17
Azərbaycan velosipedçisi Çində uğurlu nəticə göstərib
-
17:43
“Sumqayıt”da braziliyalı hücumçu
-
16:55
“Səbail” Rahid Əmirquliyevi transfer etdi
-
16:28
Konfrans Liqası: “Qarabağ”ın potensial rəqibi bilindi
-
16:21
“Zirə”də gözlənilməz ayrılıq
-
16:00
Lukaku “Napoli”ni tərk etməyə hazırlaşır
-
15:34
"Turan" Cənubi Koreya millisinin üzvünü heyətinə qatıb
-
15:19
“Milan” “Fənərbağça”nın təklifini geri çevirdi
-
15:02
Voleybol millimiz Latviya və Belarus ilə qarşılaşacaq
-
14:46
ÇL-də pley-offun püşkü atıldı
-
13:57
Azərbaycanın yeniyetmə boksçuları Şamaxıda toplanışa başlayıb
-
13:23
Avropa Kubokunda 13 cüdoçumuz iştirak edəcək
-
12:35
“Sevilya” “Real”ın qapıçısını transfer etdi
-
12:12
Ehtiram Quliyev Bakıda Aziz Yıldırımla görüşdü FOTOLENT
-
11:48
“Barselona” Rodri üçün 50 milyon avro ödəməyə hazırdır
-
11:29
Pakistan yığmasının kapitanı "Qarabağ"da
-
11:04
Roman Salenko: “Qarabağ” keyfiyyətli futbol nümayiş etdirir”
-
10:31
"Qalatasaray" - "Renn" matçında 6 qol VİDEO
-
09:56
Krivotsyukun komandasından qələbə
-
09:42
Argentina millisinin üzvü "Çelsi"də
-
09:27
Mahirin qolu xal qazanmaq üçün yetmədi
04.08.2026
03.08.2026
























