5 Avqust 2026, Çərşənbə
“Şamaxı” “Qəbələ”yə qalib gəldi
Yunuszadə Türkiyə klubunda
Şeydayevin yeni klubu müəyyənləşdi
“Sumqayıt”da braziliyalı hücumçu

Ölkə futbolu

“Düşüncəmiz “Qarabağ” və “Qalatasaray”la qarşılaşmaları istədiyimiz şəkildə bitirməkdir”

"Sivasspor"un baş məşqçisi Rıza Çalımbay Türkiyə Superliqasının 7-ci turunda "Hatayaspor"la heç-heçə etdikləri oyundan (1:1) sonra fikirlərini bildirib.

Futbolxeber.az saytının məlumatına görə, o, Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda qarşılaşacaqları "Qarabağ"la oyun haqda da danışıb: "Hatayspor"la oyuna yaxşı başladıq. İstədiyimiz qolu da vurduq, amma qısa müddətdə də qol buraxdıq. Bu, bizi məyus etdi. Zədəli, hazır olmayan oyunçularımız var. Buna görə çətin vəziyyətdəyik. Qarşıda bizi “Qarabağ” və ardından “Qalatasaray”la matç gözləyir. Yeganə düşüncəmiz hər iki qarşılaşmanı istədiyimiz şəkildə bitirməkdir. 15 günlük fasilə zamanı isə zədəlilərimizin də sağalması ilə həm Super Liqada, həm də Avropa Liqasında daha uğurlu nəticələr göstərəcəyik”.

Qeyd edək ki, noyabrın 5-də Sivasda keçiriləcək “Sivasspor” - “Qarabağ” matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31