Ölkə futbolu
“UEFA-nın qərarı mənə çatmadı”
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasında I qrupun ilk turunda İsrailin "Makkabi" (Təl-Əviv) komandası ilə keçirəcəkləri səfər oyunu öncəsi Heydər Əliyev Beynəlxalq Aeroportunda müsahibə verib.
- İsrailə hansı əhval-ruhiyyə ilə yollanırsınız?
- Şükürlər olsun, hər gün cəbhədən şad xəbərlər alırıq. Cənab Prezidentin özü açıqladıqda isə tam əminlik yaranır. Arxayın oluruq ki, bu şəhərlər, rayonlar götürülüb. Dünən Zəngilən şəhərinin işğaldan tam azad olunması bizim üçün sevindiricidir. Bu, azərbaycanlı kimi hamımıza əlavə güc, inam verir. Hər gün bu cür xəbərlər gözləyirik.
- UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, "Qarabağ" qrupdakı ev oyunlarını neytral meydanda keçirəcək. Bu qərara münasibətiniz necədir və rəqiblərinizi hansı ölkədə qəbul etmək istəyirsiniz?
- Açığı, hələ planda bir şey yoxdur. Dünən gecə qərarı 2 dəfə dəyişdilər. Əvvəl yazmışdılar ki, alternativ variant da ola bilər. Amma sonradan matçın tam neytral meydanda keçiriləcəyini yazdılar. Bunun üçün 3 ölkəni göstəriblər: Kipr, Macarıstan və Polşa. Əfsuslar olsun ki, yenə bizi Azərbaycandan kənara atdılar. Bunu arzulamazdım. Sadəcə, heç birimiz heç nə əldə edə bilmədik ki, niyə belə etdilər? Ölkədə çempionat davam edirsə, niyə neytral meydanda oynamalıyıq? Düzü, bu qərar mənə çatmadı. İllərdir əziyyət çəkirik ki, qrupda oynayaq, böyük komandalar Azərbaycana gəlsin və bizim mentalitetimizi görsün, tanış olsunlar. Xüsusilə də belə bir zamanda bu, vacibdir. Təəssüf ki, buna nail ola bilmədik. Həm klub, həm də federasiya olaraq, UEFA-ya təsir göstərə bilmədik. Ümumiyyətlə, kluba heç bir məlumat verilmədi. "Legiya" ilə pley-off oyunu neytral meydana salınanda ən azı klubla əlaqə saxlayırdılar. Hər gün yazırdılar, fikir mübadiləsi aparırdıq. Amma bu dəfə kluba heç nə bildirmədilər. Birdən dedilər ki, UEFA belə qərar qəbul edib. Biz həmişə Azərbaycanın mədəniyyətini qoruyub-saxlamışıq. Daxildə reaksiya versək də, qərarları normal qarşılamışıq. Yenə də əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Bəzən belə şeylər bizə motivasiya verir. Amma böyük klublara qarşı neytral meydanda oynamaq o qədər də asan deyil. Hələ ki, bir oyunun Bakıda olmayacağını deyiblər. Amma digərlərinin də burada keçirilməsinə icazə verəcəklərinə inanmıram. Bizim üçün həddindən artıq çətin mövsüm olacaq. Bundan sonrakı qərarları gözləyəcəyik.
- "Qarabağ"ın direktoru Emrah bildirib ki, ev oyunlarını Türkiyədə keçirmək üçün UEFA-ya müraciət ediləcək. Hazırda bu variant nə dərəcədə realdır?
- Alternativ variant olacağı halda, sevə-sevə Türkiyəni təklif edəcəyik. Amma açığı, inanmıram. Yəqin ki, buna mane olan qüvvələr var. Düşünürəm ki, boşa gedəcək. Çünki belə bir qərar veriblərsə, məncə, başqa variantımız olmayacaq.
- Neytral meydan üçün 3 ölkədən - Polşa, Macarıstan və Kiprdən birini seçməlisiniz. Siz daha çox bunların hansında oynamağın tərəfdarısınız?
- Buna hər şeyi götür-qoy etdikdən sonra qərar verəcəyik. Təkcə bizim oraya gedib oynamağımız bəs etmir. Eyni zamanda, bizə təhlükəsizliklə bağlı təminat verməlidirlər. Ev sahibi olsaq da, orada qonağıq. Dövlət, federasiya səviyyəsində təminat olmalıdır. Yəqin ki, həm ölkələr, həm də federasiyalarla danışıqlar aparılacaq. Ondan sonra qərar qəbul edəcəyik.
- "Makkabi" ilə sabahkı görüş haqqında fikirləriniz necədir və matçdan nə gözləmək olar?
- Səfərə yaxşı oyun və nəticə üçün gedirik. Qrupun ilk oyunudur. Bakıya uğurlu nəticə ilə qayıdacağımıza inanıram.
- Mövsümə uğursuz start versə də, sanki son hadisələrin ardından "Qarabağ" daha motivasiyalı oynayır. Ümumiyyətlə, komandanızda psixoloji vəziyyət necədir?
- Həmişə qeyd etmişəm ki, psixoloji yorğunluq olsa belə, fiziki durum daha önəmlidir. Qrupun 6 oyununu səfərdə keçirmək, 3-4 gündən bir milli komandada, çempionatda oyun keçirmək futbolçuları həm fiziki, həm də psixoloji anlamda həddindən artıq yorur. Bu isə motivasiyada problem yaradır. Düzdür, illərdir bu təcrübəni keçirik. Amma hələ bu qədər ağır mövsümlə qarşılaşmamışdıq. 3 turnirdə oynamaq heç də asan deyil. Həmçinin, komandada futbolçu sarıdan ötənilki say çoxluğu da yoxdur. Ötən mövsüm heyətdə meydana çıxa biləcək 23 futbolçu var idisə, indi bu rəqəm 15-16-dır. 3-4 nəfər də gənc oyunçumuz var. Hər bir halda, hamının, xüsusilə də gənclərimizin üzərinə böyük məsuliyyət düşür. Bəlkə də bunun həmin futbolçuların daha tez böyümələrinə böyük faydası dəyəcək (“Report”).
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Turan Tovuz" Türkiyə klubunu darmadağın etdi
- "Sumqayıt"ın baş məşqçisi müəyyənləşdi
- Azərbaycan klublarının yay transferləri (Yenilənir)
- Joni Montiel: “İşimiz baş məşqçini çətinə salmaqdır”
- "Neftçi"dən ayrıldı, sabiq klubuna qayıtdı
- DÇ-2026: Fransa yarımfinalda
- Coko Haciyevski: “Neftçi” kimi, “Sileks” də tarixi klubdur”
- Azərbaycanda oynamış futbolçu Ermənistan klubunda
- "Neftçi"dən böyük hesablı qələbə
- “Zirə”də gözlənilməz ayrılıq
- Konfrans Liqası: “Neftçi” və “Zirə”nin potensial rəqibləri bilindi
- Nuriyev Macarıstan klubunda
- “Neftçi” sifariş vərəqəsini UEFA-ya göndərdi
- Tahir Gözel: “Bu, Qurban hocanın da arzusu idi, amma alınmırdı...”
- “Neftçi” azarkeşlərinin gözlədiyi transfer Bakıya gəldi: sabah 3 illik müqavilə imzalanacaq
-
16:29
Qazaxıstan millisinin baş məşqçisi müəyyənləşdi
-
15:45
Azərbaycanın gənc qolfçusu beynəlxaq turnirin qalibi olub
-
15:13
Tanınmış klubun baş məşqçisi xəstəxanaya yerləşdirilib
-
14:52
Ponomarenko “Qarabağ”a vurduğu qoldan danışdı
-
14:34
“Gəncə”də yeni müqavilə
-
14:08
Bədii gimnastika üzrə 31-ci Azərbaycan çempionatı başa çatıb
-
13:41
Bakı "Azerbaijan Junior Open 2026" beynəlxalq turnirinə ev sahibliyi edəcək
-
13:27
“Qarabağ” hələ tam hazır deyil, amma çox təhlükəlidir”
-
13:00
Azər Məmmədov: "Gəncə stadionunu tam dolduracağıq"
-
12:36
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
11:59
"Karvan-Yevlax"dan qapıçı transferi
-
11:13
Murad oynadı, “Pafos” uduzdu
-
10:45
"Sabah" - "Orhus" matçının hakimləri dəyişdirilib
-
10:22
"Qarabağ"ın məğlubiyyəti VİDEO
-
10:08
Azərbaycan UEFA reytinqində neçəncidir?
-
09:54
Mahir İsveç klubuna qarşı 90 dəqiqə oynadı
-
09:31
"Qarabağ"ın potensial rəqiblərinin qarşıdurmasında darmadağın
-
09:17
İqor Kostyuk: "Qarabağ"a daha çox qol vura bilərdik"
-
09:00
Qurban Qurbanov: “Hücumda bir az aqressivlik çatmadı”
-
22:56
“Qarabağ” “Dinamo”ya məğlub oldu
-
21:39
"Kəpəz" "Karvan-Yevlax"a qalib gəldi
-
21:17
"Şəfa" rəhbərliyi komandanın məşqində
-
20:24
Slavik Alxasov I Liqa klubuna keçdi
-
19:00
Boks millimiz Avropa çempionatına Türkmənistanla birlikdə hazırlaşır
-
18:43
Asim Xudiyevə UEFA-dan yeni təyinat alıb
-
17:35
Azərbaycanda şahmatın inkişafı və beynəlxalq əməkdaşlıq müzakirə edilib
-
17:16
"Trabzonspor" Salahla müqavilə imzaladı
-
16:51
"Kürü keçək?! 5"də rekord sayda üzgüçü
-
16:28
AFFA rəsmisinə UEFA-dan təyinat
-
16:02
"Qarabağ"ı Polşada neçə azarkeş dəstəkləyəcək?
-
15:49
"Turan Tovuz" serbiyalı müdafiəçi transfer etdi
-
14:37
Vera Klimoviç Azərbaycan klubunda
-
14:14
"Araz-Naxçıvan" Slavik Alxasovla yollarını ayırıb
-
14:00
DÇ-2018-in qalibi: “Qəbələdə meydançalar əladır”
-
13:23
“Qarabağ” akademiyasında məşqçi təyinatları
-
12:55
Dünya çempionatından sonra "More Than Medals World" layihəsinə start verilib
-
12:16
Sabiq “Araz-Naxçıvan”lı: “Buna görə də “Qarabağ” “Dinamo”ya qarşı daha əsəbi olacaq”
-
11:31
“Qarabağ” - “Dinamo” oyununun biletləri satışa çıxır
-
11:08
"Nyukasl"ın yeni baş məşqçisi müəyyənləşdi
-
10:42
Salahı Trabzonda 25 min azarkeş qarşıladı
-
10:29
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
10:17
"Fənərbaxça" "Şturm"u məğlub etdi VİDEO
-
09:54
"Mingəçevir"də yeni baş məşqçi
-
19:12
Qızlardan ibarət basketbol millimiz İslandiyaya uduzub
-
18:06
"Kəpəz" qapıçısısı ilə müqaviləni yenilədi
-
17:28
"Cəbrayıl" və "Quba" klublarının adları dəyişdirilib
-
16:53
"Qarabağ" Polşaya yollandı
-
16:30
Azərbaycan II Liqasının püşk atıldı
-
16:19
Azərbaycan yığması UEFA turnirində iştirak edəcək
-
15:44
Taekvondoçularımız "Batumi Open" turnirində 22 medal qazanıblar
07.08.2026
06.08.2026
05.08.2026
























