5 Avqust 2026, Çərşənbə
"Sumqayıt"da braziliyalı yarımmüdafiəçi
“Şamaxı” “Qəbələ”yə qalib gəldi
Yunuszadə Türkiyə klubunda
Şeydayevin yeni klubu müəyyənləşdi

Ölkə futbolu

"Qalatasaray"dan Azərbaycana növbəti dəstək

"Qalatasaray" klubu növbəti dəfə Azərbaycana dəstək olub.

Futbolxeber.az saytının məlumatına görə, İstanbul təmsilçisi Türkiyə Superliqasının 5-ci turunda "Alanyaspor"la ev oyunu öncəsi "Türk Telekom Arena"ya iki ölkə bayrağının yer aldığı pankartlar yerləşdirilib. Pankartlarda Azərbaycan və Türkiyə ilə bağlı şüarlara yer verilib.

Qeyd edək ki, "Qalatasaray" bundan əvvəl Superliqanın 3-cü turunda "Fənərbaxça" ilə ev oyununda stadionda ölkəmizə dəstək məqsədi ilə pankart nümayiş etdirmişdi. Pankartda "Tək millət, iki dövlət" sözləri yer alıb. Sözügedən pankartın fotosu "Qalatasaray"ın sosial şəbəkə hesablarında "Qardaşlarımızın yanındayıq!" başlığı ilə paylaşılmışdı.

Qeyd edək ki, “Qalatasaray” - “Alanyaspor” görüşü bu gün Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31