Ölkə futbolu
Ayxan Abbasov və komandasının adətkarlığı
Milli komandaların oyunları ilə əlaqədar Azərbaycan Premyer Liqasında yaranan 2 həftəlik fasilə başa çatdı. Şənbə və bazar günü keçirilən qarşılaşmalardan sonra turnir cədvəlində xeyli dəyişiklik oldu. Ən əsası lider dəyişdi.
Meydana çıxarkən beşinci pillədə qərarlaşan “Sumqayıt” son 2 turda adından söz etdirən “Zirə”ni məğlub etməklə zirvəni ələ keçirdi. “Qarabağ”la oyunda son saniyələrdə qələbəni əldən verən “Gənclik şəhəri” təmsilçisi bu dəfə üstünlüyünü sona kimi qorudu.
Hələ ötən mövsüm adından söz etdirən “Sumqayıt” cari mövsümdə daha inamlı təsir bağışlayır. Yayda bir neçə aparıcı futbolçunun klubu tərk etməsi belə komandanın çıxışına mənfi təsir göstərməyib. Düzgün strategiya, heyətə cəlb olunan futbolçular və məşqçi işi kollektivi uğura aparır. Təsadüfi deyil ki, “Sumqayıt” klub tarixinin rekorduna imza atıb. “Gənclik şəhəri” təmsilçisi indiyədək heç vaxt çempionatda belə uğurlu start götürməyib. Ayxan Abbasovun komandası 6 turdan sonra 11 xala malikdir ki, bu da 2011/12 mövsümündən Premyer Liqada çıxış edən Sumqayıtın eyniadlı təmsilçisinin rekordudur. Komanda indiyədək heç vaxt ilk 6 turda 11 və ya daha çox xal toplamamışdı. “Sumqayıt” - “Qarabağ” oyunundan sonra həmkarım, tanınmış şərhçi Gündüz Abbaszadə Ayxan Abbasova təxminən belə bir sual vermişdi ki, “ən azı 1 günlük turnir cədvəlində lidersiniz. Bu, necə hissdir?” Ayxan Abbasovdan öncə “Sumqayıt”ın mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov gülərək “ötən həftə də lider idik” cavabını verdi. Ayxan Abbasov isə “keçən mövsüm də bir neçə dəfə lider olmuşduq” söyləyərək, bir növ liderliyin onlar üçün yenilik olmadığına işarə etdi. Onu da bildirdi ki, əsas sonda yaxşı yerdə qərarlaşmaqdı.
Bütün bunları xatırlamağımız səbəbsiz deyil. Cari mövsüm 6 tur geridə qalıb və “Sumqayıt” artıq üçüncü dəfədir ki, turnir cədvəlində zirvəni ələ keçirir. Belə görünür ki, artıq liderlik “Sumqayıt” üçün yad hiss deyil. Ayxan Abbasov və komandası sanki liderliyə adət edib.
Turnir cədvəlində zirvəyə yüksələn “Sumqayıt”dan fərqli olaraq “Sabah” üzüaşağı gedir. Üçüncü turda “Sumqayıt”la birgə şərikli lider olan paytaxt təmsilçisinin bu çıxışını bəziləri çox şişirtmişdilər. Hətta efirdə belə “Sabah”ı az qala “Barselona” səviyyəsinə qaldıranlar da vardı. Halbuki həmin 2 qələbə təsadüfi xarakter daşıyırdı. “Qəbələ” ilə oyunda yaxaladığı qol epizodlarını maksimum dəyərləndirən “Sabah”ı “Zirə” ilə oyunda Saşa Stamenkoviç xilas etdi. Serb qapıçının vacib qurtarışları olmasaydı, “Sabah” Zirə səfərindən 3 xalla qayıda bilməzdi. Ardıcıl alınan 3 məğlubiyyət də göstərdi ki, “Sabah” özünə gəlir. Əsl “Sabah” məhz budu. Bir şeyi unutmayaq ki, milli komandanın aparıcı futbolçularını transfer etmək, ölkənin ən perspektivli gənclərini heyətə qatmaq, yaşı 30-dan yuxarı legionerləri komandaya cəlb etmək, İspaniyadan məşqçi gətirmək uğur qazanmaq üçün bəs etmir. Bir futbol klubunda uğur qazanmaq üçün idarəetmə işi bilən adama tapşırılmalıdır. Klubun təsisçisi, prezidenti, icraçı direktoru, baş meneceri futboldan bixəbər adamlardısa, uğur qazanmaq qeyri-mümkündü.
İBRAHİM
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- VII turun hakim təyinatları
- “Neftçi” 5 min manat cərimələndi
- Azərbaycan kubokunda yeni rekord
- “Səbail” qələbəni əldən verdi
- Fətiyev bürünc medal qazandı
- Asif Məmmədovdan 18 ilin rekordu
- "Sumqayıt"ın qələbə həsrəti bitdi
-
16:03
"Kəpəz" milli fasilə zamanı yoxlama oyunu keçirəcək
-
15:43
Cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı keçiriləcək
-
15:12
U-21 millimizin heyəti açıqlandı
-
14:51
Danimarkalı vinger “Arsenal” və PSJ-nin hədəfində
-
13:39
Tofiq Əliyev dünya çempionatının gümüş mükafatçısı olub
-
13:25
Emin Mahmudov: “O qol heç vaxt yaddan çıxmayacaq"
-
13:00
Azərbaycanın batut gimnastları dünya çempionatında gümüş medal qazanıblar
-
12:48
NTD-dən növbəti transfer
-
12:24
Prezident İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib FOTOLENT
-
11:56
“Yuventus” 19 yaşlı hücumçu ilə maraqlanır
-
11:33
Musa Qurbanlı: “Hər nə qədər çətinə düşsək də, hədəflərimiz dəyişmir”
-
11:17
Türkiyə klubunda yeni baş məşqçi
-
10:45
Azərbaycan gimnastı dünya çempionatında finala vəsiqə qazanıb
-
10:21
Cenk Sümer: “Neftçi” bu gün boş tribunalar önündə oynamağı haqq etmir”
-
10:09
ünün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:52
"Kasımpaşa"nın qələbəsi VİDEO
-
09:30
Cəlal oynadı, komandası qalib gəldi
-
23:05
"Neftçi" 3 xalı tək qolla qazandı VİDEO
-
22:36
Vernidub: “Sevinirəm ki, meydana sonradan çıxanlar nəticə verirlər”
-
21:58
"Zəfər Turu": "Turan Tovuz" və "Neftçi" qələbə qazandı
-
21:11
"Turan Tovuz" "Qarabağ"ı tək qolla üstələdi VİDEO
-
20:49
Qurban Qurbanov: "Bu, onların haqqı idi”
-
20:24
Kurban Berdıyevdən qələbə şərhi
-
19:00
“Neftçi” - “Kəpəz”: Heyətlər açıqlandı
-
18:37
Riçarlison “Qalatasaray”a keçir?
-
18:03
BOS: "Borussiya"nın ittihamı əsassızdır, "Barselona" isə narahat olmaya bilər" FOTOLENT
-
17:45
“Barselona” daha 3 futbolçusu ilə müqavilə yeniləyəcək
-
17:23
Azərbaycanın tamblinq millisi ardıcıl üçüncü dəfə dünya çempionu olub
-
16:56
“Qarabağ” - “Turan Tovuz”: Heyətlər müəyyənləşdi
-
16:31
Emin Mahmudov: "Milli formanı geyindiyim ilk günü heç vaxt unutmayacağam"
-
16:19
I Liqa klubunda yeni prezident
-
16:00
PFL “Ayın qolu”nun müəllifini mükafatlandırdı
-
15:38
Azərbaycanla oyuna 15 nəfər çağırıldı
-
15:02
"Turan Tovuz"un legioneri milliyə dəvət alıb
-
14:44
Üzgüçülərimiz Belarusda 2 medal qazanıblar
-
14:27
Azərbaycan - Latviya oyununun hakimləri məlum oldu
-
13:53
Stolüstü tennisçilərimiz Avrasiya Liqasında III turun oyunlarına çıxacaqlar
-
13:35
AMADA "10ların təbəssümü" layihəsi çərçivəsində qazi övladları üçün Zəfər Günü tədbiri keçirib
-
13:19
AFFA 8 komandaya texniki məğlubiyyət verdi
-
12:41
Millimizə 27 futbolçu dəvət aldı
-
12:20
“Şahdağ Qusar”a texniki qələbə verildi
-
12:08
Emin Mahmudov millidəki karyerasını başa vurur
-
11:52
Zəfər Gününə həsr olunmuş bədii gimnastika yarışı keçiriləcək
-
11:34
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:17
Azərbaycanda çıxış etmiş moldovalı futbolçu vəfat edib
-
10:45
UEFA reytinqi: Azərbaycan mövqeyini qoruyur
-
10:23
Azərbaycan gimnastları dünya çempionatında mübarizəni davam etdirirlər
-
10:09
"Milan"dan gözlənilməz məğlubiyyət VİDEO
-
09:51
Cüdoçularımız Zaqrebdə Qran-pri turnirində iştirak
-
09:30
"Beşiktaş" "Seltik"ə uduzdu VİDEO
07.11.2026
06.11.2026
























