8 Avqust 2026, Şənbə
Nəriman rəsmən “Erzurumspor”da
“Sumqayıt” Qətər klubu ilə heç-heçə etdi
“Zirə” Namik Ələsgərovla yolları ayırdı
“Qarabağ” “Dinamo”ya məğlub oldu

Ölkə futbolu

Avriliqa: "Qarabağ"ın pley-offdakı potensial rəqibləri

"Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsindəki potensial rəqibləri müəyyənləşib.

Futbolxeber.az saytının məlumatına görə, Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Molde"yə uduzduğu üçün mübarizəyə Avroliqada davam edəcək Ağdam təmsilçisi pley-offun püşkündə “səpələnmişlər” səbətində yer alacaq.

Avropa Liqasında hələ II təsnifat mərhələsi yekunlaşmadığı üçün təmsilçimizin potensial rəqibləri ilə bağlı da qarışıq vəziyyətdir. Bu gün keçiriləcək qarşılaşmalardan sonra daha dəqiq nəsə söyləmək olar.

“Qarabağ”ın hazırda 29 potensial rəqibi var. Ermənistanın “Ararat” klubu Avroliqada növbəti mərhələyə yüksəlsə belə, iki ölkə arasındakı münaqişəyə görə püşkdə Azərbaycan təmsilçisi ilə düşə bilmədiyi üçün potensial rəqiblər sırasına daxil deyil:

“Ludoqorets” (Bolqarıstan)

“Tirana” (Albaniya)

“Riqa” (Latviya)/”Tre Fiore” (San-Marino) - “Seltik” (Şotlandiya)

“Sarayevo” (Bosniya və Herseqovina) – “Astana” (Qazaxıstan)/”Buduçnost” (Monteneqro)

“Legiya” (Polşa) - “Sileks” (Şimali Makedoniya)/”Drita” (Kosovo)

“Şerif” (Moldova) - “İnter” (Andorra)/”Dandolk” (İrlandiya)

“Yurqorden” (İsveç)/”Europa” (Cəbəllütariq) - ÇFR (Rumıniya)

KuPS (Finlandiya)/”Slovan” (Slovakiya) - “Suduva” (Litva)

“Klaksvik” (Farer adaları) - “Konnahs Kuey” (Uels)/”Dinamo” (Tblisi Gürcüstan)

“Linfild” (Şimali İrlandiya)/”Floriana” (Malta) - “Flora” (Ettoniya)/”Reyktavik” (İslandiya)

“Ararat” (Ermənistan)/”Fola” (Lüksemburq) - “Çelye” (Sloveniya)

Qeyd edək ki, Avropa Liqasında pley-off mərhələsinin püşkü sabah atılacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31