Ölkə futbolu
Füzuli Məmmədov: "Kobud səhvlər məğlubiyyətə səbəb oldu"
“Oyuna çox ciddi hazırlaşmışdıq. Komandamız yaxşı konsentrasiya olmuşdu. Meydana qələbə üçün çıxmışdıq. Amma bu səviyyədə rəqiblər xırda səhvi də bağışlamırlar".
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Füzuli Məmmədov Avropa Liqasının 2-ci təsnifat mərhələsində “Qalatasaray”la Bakıda keçirilən oyundan (1:3) sonra mətbuat konfransında deyib.
- Daha diqqətli oynamaq lazımdır. Komandamız çox əzmkarlıq göstərdi, qələbə qazanmaq üçün əziyyət çəkdi. Bu gün etdiyimiz kobud səhvlər məğlubiyyətə səbəb oldu. Artıq diqqətimizi qarşıdakı oyunlara yönəldəcəyik.
- Oyunla bağlı planınızın olduğunu demişdiniz. Həmin plan nə idi?
- Rəqibin orta xətti çox güclüdür. Onlara daha yığcam oynamaq və səhvlərdən istifadə edib əks-hücum qurmaq istəyirdik. İlk yarıda 1-2 belə imkanımız oldu. Orta sahə oyunçuları özlərini kompakt hiss etmirdilər, çünki yığcam oynayırdıq. Düşünürəm ki, qurduğumuz plan rəqibin rahat oynamasına imkan verməmək idi. Bir əks-hücumdan da fərqlənə bilərdik. Bu gün uşaq səhvlərindən uduzduq. "Neftçi"də oynayan futbolçular belə uşaq səhvləri etməməlidir. Həyəcan ola bilər. İkinci hissədə qol vurduqdan dərhal sonra top buraxmaq üzücü oldu.
- İbara start heyətində yer almışdı. Onun oyunundan razı qaldınız?
- Bəli, tapşırığı maksimum yerinə yetirməyə çalışdı. Bir fürsəti də oldu ki, yararlansın, amma Samana ötürmə verdi. Bunu özünə də dedim. Fikrimcə, daha yaxşı oynayacaq.
- Uşaq səhvi edənlərdən biri Aqil Məmmədov idi. Səlahət Ağayevi niyə oynatmırsınız?
- Səlahətin dirsəyində zədəsi var, məşq etmir. Yaxın günlərdə kollektivə qoşulacaq.
- Monrozun oynamama səbəbi nə idi?
- Monroz "Sumqayıt"la görüşdə də sonradan meydana çıxmışdı. Zədəli idi. İynə ilə çıxış etmişdi. Bu həftə bizimlə məşq etməmişdi. Qərara aldıq ki, tam müayinə olsun. Həkimlərin dediyinə görə, tezliklə komandaya qoşulacaq.
- "Şkupi" və "Sumqayıt"la görüşlərdə daha kobud səhvlər var idi...
- Sizinlə razıyam. Bilisiniz necə səhvlər deyirəm? Əvvəl komanda müdafiəçilərə yaraşmayan səhvlər edirdi. Bu gün daha diqqətli oynamağı tapşırmışdıq. Bilirdik ki, top müdafiəçidə, qapıçıda olanda rəqib pressinq edəcək. Belə anda sadə oynamaq lazımdır. "Qalatasaray" dünyanın ən yaxşı pressinq edən komandasıdır. Aqil də, Emin də sadə oynamalı idi. Başa düşürəm, futbolçular topa nəzarət edib hücum qurmaq istəyirdilər. Amma belə komandalara qarşı çox dəqiq oynamalısan. Top səndən 1 metr uzaqlaşdısa, o artıq rəqibindir. Qalib gəlmək istəyiriksə, belə səhvlər etməməliyik. Buna da məcbur edən rəqibin keyfiyyəti idi.
- "Neftçi" bu mövsüm ən yaxşı oyununu keçirdi. Belə çıxır ki, komandada motivasiya çatmır?
- Doğrudur. "Şkupi" ilə oyunda motivasiyalı idik, sadəcə kobud səhvlər edirdik. "Qalatasaray"la matçda əvvəlki səhvləri təkrarlamadıq. Sadəcə, ötürmələrdə xırda səhvlər etdik. Bizi "Qarabağ"la çətin oyun gözləyir. Həmin görüşə də meydana qalib gəlmək üçün çıxacağıq.
- Yusuf Laval sanki bu gün daha yaxşı idi...
- Lavalın keyfiyyətlərini bura gəlməzdən əvvəl bilirdim. Həmçinin Sabirin, Talissonun, Renerin də. Lavalın fərdi keyfiyyətləri çox yaxşıdır. Sadəcə, bu futbolçulara bir az zaman lazımdır. Vaxt keçdikdə bu oyunçular da kollektivə tam uyğunlaşacaq. Pandemiya digər komandalar kimi, bizə də təsir etdi. Qarşıdakı oyunlara psixoloji cəhətdən hazır olmağa çalışacağıq.
- Bəzi epizodlarda futbolçular həddən artıq fərdi oynayırdılar. Bu, sizin tapşırığınız idi?
- Emin oyun qurucusudur, hücumları qurmalı idi. Bunu bacarırdı. Sadəcə, ona da, digərlərinə də tapşırılmışdı ki, oyunu risksiz qurmaq lazımdır. "Qalatasaray" isə dünyada top səviyyədə olan komandadır. Qapıya yaxın mövqedəki səhvlər bağışlanılmır.
- "Sumqayıt"la görüşdə İbaranı sol cinaha çəkmişdiniz. Bu gün ikinci hücumçunu niyə mübarizəyə qoşmadınız?
- Prins çox yorulmuşdu və sarı vərəqəsi var idi. İkinci sarı almaq riski var idi. Yorğun halda meydanda qalması bir oyunçunu itirməyimiz anlamına gəlir (apasport.az).
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Neftçi” 5 min manat cərimələndi
- Azərbaycan kubokunda yeni rekord
- VII turun hakim təyinatları
- Asif Məmmədovdan 18 ilin rekordu
- Fətiyev bürünc medal qazandı
- “Səbail” qələbəni əldən verdi
- "Sumqayıt"ın qələbə həsrəti bitdi
-
19:00
“Neftçi” - “Kəpəz”: Heyətlər açıqlandı
-
18:37
Riçarlison “Qalatasaray”a keçir?
-
18:03
BOS: "Borussiya"nın ittihamı əsassızdır, "Barselona" isə narahat olmaya bilər" FOTOLENT
-
17:45
“Barselona” daha 3 futbolçusu ilə müqavilə yeniləyəcək
-
17:23
Azərbaycanın tamblinq millisi ardıcıl üçüncü dəfə dünya çempionu olub
-
16:56
“Qarabağ” - “Turan Tovuz”: Heyətlər müəyyənləşdi
-
16:31
Emin Mahmudov: "Milli formanı geyindiyim ilk günü heç vaxt unutmayacağam"
-
16:19
I Liqa klubunda yeni prezident
-
16:00
PFL “Ayın qolu”nun müəllifini mükafatlandırdı
-
15:38
Azərbaycanla oyuna 15 nəfər çağırıldı
-
15:02
"Turan Tovuz"un legioneri milliyə dəvət alıb
-
14:44
Üzgüçülərimiz Belarusda 2 medal qazanıblar
-
14:27
Azərbaycan - Latviya oyununun hakimləri məlum oldu
-
13:53
Stolüstü tennisçilərimiz Avrasiya Liqasında III turun oyunlarına çıxacaqlar
-
13:35
AMADA "10ların təbəssümü" layihəsi çərçivəsində qazi övladları üçün Zəfər Günü tədbiri keçirib
-
13:19
AFFA 8 komandaya texniki məğlubiyyət verdi
-
12:41
Millimizə 27 futbolçu dəvət aldı
-
12:20
“Şahdağ Qusar”a texniki qələbə verildi
-
12:08
Emin Mahmudov millidəki karyerasını başa vurur
-
11:52
Zəfər Gününə həsr olunmuş bədii gimnastika yarışı keçiriləcək
-
11:34
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:17
Azərbaycanda çıxış etmiş moldovalı futbolçu vəfat edib
-
10:45
UEFA reytinqi: Azərbaycan mövqeyini qoruyur
-
10:23
Azərbaycan gimnastları dünya çempionatında mübarizəni davam etdirirlər
-
10:09
"Milan"dan gözlənilməz məğlubiyyət VİDEO
-
09:51
Cüdoçularımız Zaqrebdə Qran-pri turnirində iştirak
-
09:30
"Beşiktaş" "Seltik"ə uduzdu VİDEO
-
09:00
"Zəfər Turu" start götürür: "Qarabağ" "Turan Tovuz"a, "Neftçi" "Kəpəz"ə qarşı
-
21:14
Abşeron Olimpiya İdman Kompleksində kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
-
20:59
“Şəfa”da qalmaqal: maaşını tələb etdi, “23”lükdən uzaqlaşdırıldı
-
20:30
"Neftçi" "Kəpəz"lə oyuna hazırdır FOTOLENT
-
19:22
Çempionlar Liqasında həftənin ən yaxşı kim seçildi?
-
18:07
Millimiz Çexiya ilə heç-heçə etdi
-
17:46
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
-
17:33
O da FİFA prezidentliyinə namizəd olacaq
-
16:15
"Zirə" "Qəbələ" ilə oyuna hazırlaşır FOTOLENT
-
15:51
Almaniya millisinin heyəti açıqlandı
-
15:24
Zəfər Günü münasibətilə Gəncədə veloyürüş keçirilib
-
14:48
"Kəpəz"in futbolçusu milliyə çağırıldı
-
14:32
Ronaldo Portuqaliya millisinə vida etdi
-
14:00
"Şəki"də yeni baş məşqçi
-
13:17
Anatoli Ponomaryov: “Avropada bu komandaya getmək istəyirəm” deməklə iş bitmir”
-
12:56
Azərbaycan şahmatçısı U-20 dünya çempionatında bürünc medal qazanıb
-
12:23
“Neftçi”nin legionerinə millidən dəvət
-
11:39
XI turun hakim təyinatları açıqlandı
-
11:15
"Borussiya"nın qələbəsi VİDEO
-
11:01
Cüdo üzrə yeniyetmələr arasında Bakı şəhər birinciliyi keçiriləcək
-
10:48
"Real"dan əzmkar qələbə VİDEO
-
10:24
Almeyda Bakıya gəlib: Yaxşı övlad doğma evinə qayıdar
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
06.11.2026
05.11.2026
























